Ekspertə Sual - Biznes portal Finance Time








   

 

1 USD 1.7001   1 EUR 2.0087   1 AED 0.4629   1 ARS 0.0975   1 AUD 1.3336   1 BRL 0.5369   1 BYN 0.8701   1 CAD 1.3586   1 CHF 1.7328   100 CLP 0.2719   1 CNY 0.2567   1 CZK 0.0782   1 DKK 0.2699   1 EGP 0.0964   1 GBP 2.2277   1 GEL 0.6836   1 HKD 0.2179   100 IDR 0.0126   1 ILS 0.4872   1 INR 0.0262   100 IRR 0.0045   100 JPY 1.5018   1 KGS 0.0248   100 KRW 0.1501   1 KWD 5.6257   1 KZT 0.0051   100 LBP 0.1121   1 MDL 0.0982   1 MXN 0.0902   1 MYR 0.4023   1 NOK 0.2137   1 NZD 1.1879   1 PLN 0.4741   1 RUB 0.0296   1 SAR 0.4533   1 SDR 2.4013   1 SEK 0.2086   1 SGD 1.2504   1 TJS 0.1932   1 TMT 0.4858   1 TRY 0.4644   1 TWD 0.0562   1 UAH 0.0641   100 UZS 0.0211   1 XAG 29.1567   1 XAU 2187.0085   1 XPD 1616.7950   1 XPT 1565.7921   1 ZAR 0.1252   
           
AMB kursu / Məzənnələr

 

 

Rəşad Cümşüdov

«NİKOİL» İKB-nin İnkişaf Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dilarə Zamanova

«AtaHolding» ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq
















Ekspertə Sual


Sual: Salam, 30 qram italyan qızıla, nə qədər kredit pul götürmək olar, 12 ay odəməklə, ayda nə qədər ödəniş etmək olar?
Məmmədova Aybəniz (24.02.2015)

Hörmətli Aybəniz xanım,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

30qram qızılı girov yerləşdirməklə, 675USD məbləğində kredit əldə edə bilərsiniz. Bu məbləği 1 illik götürdüyünüz halda, aylıq ödəniş cəmi 64,01USD təşkil edəcək.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və yaxud da, bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam. Ev almaq istəyirəm Masallı rayonunda, bilmək istəyirəm bu evi Sizin bankda kreditə sala bilərəm? Bina evidir. Çox sağ olun.
Mayılov Hikmət (23.02.2015)

Hörmətli Hikmət müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Yeni evin alınması üçün ipoteka krediti mövcuddur, amma, ipoteka rayon ərazisində olan evlərə şamil edilmir. Əgər başqa bir eviniz varsa, həmin evi girov yerləşdirib kredit götürə bilərsiniz.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və yaxud da, bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən Kürdəmir rayonunda yaşayıram, Mən Sizin Bankdan 4.000 AZN kredit götürmək üçün nə etməliyəm?
Rəşad Mayılov (03.02.2015)

Hörmətli Rəşad müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

4000 AZN məbləğində kredit qızıl girovu ilə verilə bilər. Əgər, Nikoyl Bankın müştərisi olmusunuzsa, iş yerindən arayış və zamin təqdim etməklə də bu məbləğ Sizə düşə bilər.

Xahiş edərdik ki, qeydiyyatınız və gəlirləriniz barədə ətraflı məlumatı bank@nikoil.az elektron ünvanına yazasınız ki, Sizə daha dəqiq və ətraflı məlumat verə bilək.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya bizə yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, 70 manatlıq kartla, kredit götürmək olarmı Sizin Bankdan? Necə və nə qədər kredit verirlər?
Səfiyeva Esmira (02.02.2015)

Hörmətli Esmira xanım,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Sizin qeyd etdiyiniz 70 AZN-lik kart əmək haqqı kartıdır, ya təqaüd kartıdır? Digər banklarda öhdəlikləriniz var?

Xahiş edərdik ki, qeydiyyatınız və gəlirləriniz barədə ətraflı məlumatı bank@nikoil.az elektron ünvanına yazasınız ki, Sizə daha dəqiq və ətraflı məlumat verə bilək.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya bizə yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən kredit götürmək istəyirəm, Diamona MMC-da satıcı işləyirəm, 300 AZN alıram, 3 ildir işləyirəm, 2000 AZN götürə bilərəm?
Əlizadə Gülşən (25.12.2014)

Hörmətli Gülşən xanım,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Zəhmət olmasa, banco.az və yaxud da alkredit.az saytlarında elektron müraciət doldurub, bizə göndərin. Kredit mütəxəxssisi özü Sizinlə əlaqə saxlayıb, Sizi filiala dəvət edəcək.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və yaxud bizə yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən Sizdən kredit götürmək istəyirəm, iş yerim, Transqeyit MMC, əmək haqqım 180 manat. Öncədən təşəkkür edirəm.
Nail Əhmədov (24.12.2014)

Hörmətli Nail müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün sizə təşəkkür edirik.

Xahiş edirik ki, daha ətraflı məlumatı bank@nikoil.az elektron ünvanına yazasınız. O zaman Sizə daha dəqiq məlumat çatdıra bilərik.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və yaxud bizə yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam Nərmin xanım. Mən Binəqədi neft şirkətində (17 il) işləyirəm. 10000 manat məbləğində pul götürmək istəyirəm. Başqa banklara borcum var. Alıb, onları bağlayardım. Əmək haqqım 430-500-dir. Bu qədər, təşəkkür edirəm.
Rəhimli Emin (03.12.2014)

Hörmətli Emin müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

10000 AZN məbləğ üçün Siz sahib olduğunuz əmlakı (evi) banka girov şəklində təqdim etməlisiniz. Bu növ kredit 7 il müddətinə 25% illik faiz dərəcəsi ilə verilir. Bu krediti əldə etmək üçün yalnız kupçanın təqdim olunması kifayətdir.

Zəhmət olmasa, digər banklarda olan öhdəlikləriniz haqqında ətraflı məlumatı bank@nikoil.az elektron ünvanına yazın, Sizə daha dəqiq məlumat çatdıra bilək.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, ------- markalı avtomobilin umumi borcu
Şamil Məmmədov (01.12.2014)

Hörmətli Şamil müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Kredit borcu haqqında məlumat məxfi sayıldığı üçün bu şəkildə verilmir. Bu sualla bağlı zəhmət olmasa, Nikoyl Bankın kredit götürdüyünüz filialına müraciət edin. Şəxsiyyət vəsiqənizi təqdim etməklə, hesabınız barədə istədiyiniz məlumatı əldə edə bilərsiniz.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam Mən Naxçıvanda qeydiyyatdayam və kredit götürmək istəyirəm, Bakida evimiz var, girov qoyub, kredit götürmək istəyirəm!
Orxan (20.11.2014)

Hörmətli Orxan müəllim!

“Nikoyl” Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik!

Təəssüflər olsun ki, Naxçıvan MR-da filialımız olmadığı səbəbindən, həmin bölgədə qeydiyyatda olan müştərilərə kredit ayrılmır.

Əlavə suallarınız yarandıqda (012) 981 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, kredit kart almaq üçün Baki qeydiyyatım yoxdur, amma, adıma evim var, evin orderini qeydiyyat əvəzi taqdim edə bilərəm?
Murad Mustafayev (10.11.2014)

Hörmətli Murad müəllim,

Bankımıza müraciət etdiyiniz üçün, Sizə təşəkkür edirik.

Kredit kartı əldə etmək üçün Siz iş yerinizdən arayış və 1 nəfər Bakı qeydiyyatında olan zamin təqdim etməlisiniz.

Əlavə sualınız yaranarsa , 981 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam xanım, bir sualla baglı Sizi narahat edirəm. Sizin bankda banka getmədən hesab kartına pul qoymaq olar? Posterminallar vasitesilə əvvəlcədən Sizi narahat etdiyim üçün bağıslayın.
Qurbanov Tural (09.11.2014)

Hörmətli Tural müəllim,

Bankımıza müraciət etdiyiniz üçün, Sizə təşəkkür edirik.

Plastik kartlara mədaxil yalnız filiallar vasitəsi ilə mümkündür. Siz, həmçinin Card to Card xidmətindən istifadə edərək, bir kartdan digər karta məbləğ köçürə bilərsiniz.

Əlavə sualınız yaranarsa , 981 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam. Sizdən xahiş edirəm Mənə deyəsiniz - Mən Sabunçu rayonu Əli Kərim küçəsində yaşayıram. Evi girov qoyub 40000 AZN kredit və hansı şərtlərlə götürə bilərəm?
Orxan (07.11.2014)

Hörmətli Orxan müəllim,

Bankımıza müraciət etdiyiniz üçün, Sizə təşəkkür edirik.

Siz daşınmaz əmlak girovu ilə 8 000 – 70 000 AZN məbləğində kredit götürə bilərsiniz. İllik faiz dərəcəsi 25%, maksimal müddət isə 84 aya bərabərdir. Gəlirləri təsdiq edən sənəd təqdim etdiyiniz halda əmlakın dəyərinin maksimum 90%, təqdim etmədiyiniz halda isə - 40%. Bu kredit növündən yararlanmaq üçün evin “kupçasının” olması vacibdir.

Əlavə sualınız yaranarsa , 981 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Sizdə hansı kartları almaq olar?
Qurban (05.11.2014)

Hörmətli Qurban müəllim,

Bankımıza müraciət etdiyiniz üçün, Sizə təşəkkür edirik.

Bankımız Sizə müxtəlif çeşiddə VİSA və Master tipli kartları təklif edir. Ofislərimizdən birinə yaxınlaşaraq, Siz Bankımıza məxsus olan unikal CareCard və Telekart da əldə edə bilərsiniz.

Əlavə sualınız yaranarsa , 981 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, hər vaxtınız xeyir. Mən kredit götürmək istəyirdim. Hal-hazırda kreditim var. Bu ay altıncı ay tamam olur. Nikol bankdan kredit götürmək mümkündürmü?
Azad Salmanov (01.11.2014)

Hörmətli Azad müəllim,

Bankımıza müraciət etdiyiniz üçün, Sizə təşəkkür edirik.

Bankımızda müxtəlif kredit növləri mövcuddur və hər bir kredit növünün xüsusi şərtləri var. Siz Nikoyl Bankdan şəxsiyyət vəsiqəsi və iş yerindən arayış təqdim etməklə kredit əldə edə bilərsiniz. Bu zaman Sizin aylıq ödənişlərinizin cəmi əmək haqqınızın 50%-ni keçməməlidir. Zəhmət olmasa, götürmək istədiyiniz məbləği və özünüz haqqında ətraflı məlumatı bank@nikoil.az elektron ünvanına yazın, biz Sizə daha etraflı məlumat verək.

Əlavə sualınız yaranarsa , 981 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Təmiz əlimə aldığım maaş 750 manatdır. 7 ildir ARDNŞ-də işləyirəm. 3000 manat kredit 12 aylığa zaminsiz kredit götürə bilərəmmi, ayda faktiki nə qədər ödəməliyəm? Təşəkkür edirəm.
Nəbi Nəbiyev (28.10.2014)

Hörmətli Nəbi müəllim,

Bankımıza müraciət etdiyiniz üçün, Sizə təşəkkür edirik.

İstehlak kreditləri üzrə illik faiz dərəcəsi 30%-dir. 1000 AZN-dən yüksək məbləğ əldə etmək üçün Siz iş yerinizdən arayış və 1 nəfər zamin təqdim etməlisiniz. 3000 AZN 12 aylıq götürüldüyü halda Sizin aylıq ödənişləriniz 292 AZN təşkil edəcək.

Əlavə sualınız yaranarsa , 981 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam. Mən uzun müddətli kredit almaq istəyirəm, ancaq heç bir bank göründüyü kimi deyil, yəni kredit vermir. Xahiş edirəm Mənə yardım edin.
Ziyəddin (20.10.2014)

Hörmətli Ziyəddin müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Biz Sizə kömək etməyə çalışarıq. Zəhmət olmasa, daha ətraflı məlumatı bank@nikoil.az elektron ünvanına göndərin.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Mənə təcili kredit lazımdır, necə ala bilərəm?
Aynur (14.10.2014)

Hörmətl Aynur xanım,

Bankımıza müraciət etdiyiniz üçün, Sizə təşəkkür edirik.

Bankımızda müxtəlif kredit növləri mövcuddur və hər bir kredit növünün xüsusi şərtləri var. Siz Nikoyl Bankdan şəxsiyyət vəsiqəsi və iş yerindən arayış təqdim etməklə kredit əldə edə bilərsiniz. Zəhmət olmasa, götürmək istədiyiniz məbləği və özünüz haqqında ətraflı məlumatı bank@nikoil.az eelektron ünvanına yazın, biz Size daha etraflı məlumat verək.

Əlavə sualınız yaranarsa , 981 nömrasi ilə əlaqə saxlaya bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən bilmək istəyirdim ki, Sizin Bankda ev girov qoymaqla kredit götürmək mümkündürmü, xatırladım ki, ev yeni tikili binalarda olduğu üçün kupça ilə deyil müqavilə ilədir, amma tam hazırdır.
Tural (13.10.2014)

Hörmətl Tural müəllim,

Bankımıza müraciət etdiyiniz üçün, Sizə təşəkkür edirik.

Təəssüf ki, ev girovu ilə ayrılan kreditdə kupçanın təqdim edilməsi mütləqdir.

Əlavə sualınız yaranarsa , 981 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, ev girovu ile, 1000 AZN məbləğində kredit almaq olarmı? Və həmçinin iş yerindən arayiş lazımdırmı?
Ismayil Muradov (10.10.2014)

Hörmətli İsmayıl müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Ev girovu ilə kredit növündə məbləğ 8000AZN-dən başlayır. İş yerindən arayış tələb olunmur. 1000AZN məbləği Siz qızıl girovu ilə və yaxud iş yerindən arayış təqdim etməklə, əmək haqqı müqabilində əldə edə bilərsiniz.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən hərbçiyəm, ipoteka ilə ev almaq istəyirem, mümkündürmü? Amma müddətdən artıq, hərbi quluqçuyam, 760 AZN əmək haqqımdır.
Ramin (10.10.2014)

Hörmətli Ramin müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Hal-hazırda Bankımızda dövlət ipotekası üzrə limit bitdiyi üçün növbəti ilə qədər dayandırılıb. Sizə hərbiçi olaraq, dövlət xətti ilə güzəştli ipoteka düşə bilər. Ona görə də məsləhət görərdik ki, limitin ayrılmasını gözləyəsiniz.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam. Başqa banklara 13000 manat borcum var. Sizin bank vasitəsilə həmin borcu bağlamaq olar? İş yerim Bahar Enerji Əməliyyat şirkətidir. Əmək haqqı - 1000 manatdır.
Məcidov Hüseyn (01.10.2014)

Hörmətli Hüseyn müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Zəhmət olomasa, Nikoyl Bankın Sizə yaxın olan filiallardan birinə yaxınlaşın və kredit mütəxəssisinə müraciət edin. Kredit mütəxəssisi Sizin kredit tarixçənizi yoxladıqdan sonra Sizə məlumat verə bilər.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və yaxud bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Mən Sumqayıt şəhərində yaşayıram. 4 otağlı evim var. Girov qoyub, 30 000 AZN bankdan götürmək istəyirəm. Başqa banka yaxınlaşdım, 25 000 AZN təklif elədi. Amma Məni qane eləmədi. Köməklik edə bilərsiniz?
Ağayev Elvin (01.10.2014)

Hörmətli Elvin müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Qiymətləndirilmə aparılır. Evə qoyulmuş qiymətin 90%-i həcmində məbləği iş yerindən arayışla, 40%-i həcmində isə iş yerindən arayış təqdim etmədən əldə edə bilərsiniz.

İllik faiz dərəcəsi 25%-dir, maksimal olaraq, 7il müddətinə verilir.

Şəxsiyyət vəsiqəsi və evin sənədi, məbləğdən asılı olaraq, iş yerindən arayış təqdim olunmalıdır.

Sumqayıtda yerləşən filialımıza yaxınlaşa bilərsiniz.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və yaxud bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam Nərmin xanım. Bilmək istərdim ki, Nikoil bankın Şəki filialının fəaliyyətə bağlanması planda var?
Elvin (24.09.2014)

Hörmətli müştəri,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik. Hələki Şəkidə filialın açılması planda yoxdur.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, xahiş edirəm sualımı ətraflı məlumatlandırasınız. Əvvəlcədən təşəkkürlər. Nikoil Bankda evi girova qoyanda hansı sənədlər lazımdır?
Yeganə (02.09.2014)

Hörmətli Yeganə xanım,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

İlkin mərhələ üçün şəxsiyyət vəsiqəsi və evin kupçası tələb olunur, ehtiyac olarsa, iş yerindən arayış təqdim olunur.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mənim adıma kreditdə olan maşın var, onu adımdan necə çıxara bilərəm. Maşın adıma alınıb 2012-ci ildə, kreditin qurtarma vaxti 2015-ci ilin 11 ayında qurtaracaq. Adımdan çıxartmaq istəyirem.
Imaməli (01.09.2014)

Hörmətli İmaməli müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Bu proseslə əlaqədar zəhmət olmasa, kreditin rəsmiləşdiyi filiala yaxınlaşın.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən 656 AZN əmək haqqı alıram, Mənə nə qədər kredit düşür?
Anar Hüseynov (24.08.2014)

Hörmətli Anar müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Başqa banklarda kreditiniz yoxdursa, Sizə 3000 AZN-ə qədər kredit düşə bilər.

Şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və bir nəfər zamin təqdim etməlisiniz.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, 1000 AZN kredit götürmək üçün neçə qram qızıl qoymalıyıq?
Hicran (24.08.2014)

Hörmətli müştəri,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Qızıl girovu ilə ayrılacaq kredit qızılın əyyarından asılıdır. Zəhmət olmasa, ətraflı məlumatı bank@nikoil.az elektron ünvanına yazın, Sizi dolğun məlumatla təmin edək.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, evi girov qoymaqla kredit götürmək mümkündürmü? Mümkünsə, bunun üçün nə qədər kredit ayrılır və hansı sənədlər lazımdır?
Əli (20.08.2014)

Hörmətli Əli müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Bəli, mümkündür. Girov qoyacağınız ev qiymətləndiriləcək, qiymətin 40% (iş yerindən arayış olmadan) və yaxud 90% (iş yerindən arayış təqdim etməklə) həcmində kredit ayrılır. Şəxsiyyət vəsiqəsi, evin sənədləri və lazım olduqda iş yerindən arayış təqdim edilməlidir.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, 5000 AZN pul krediti götürmək üçün nə lazımdır?
Toğrul (19.08.2014)

Hörmətli Toğrul müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Əgər, Nikoyl Banka ilk dəfə müraciət edirsinizsə, o zaman, bu məbləği qızıl girov qoymaqla və yaxud da 3000AZN-ə qədər iş yerindən arayış və zamin təqdim etməklə əmək haqqınız müqabilində əldə edə bilərsiniz.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam. Nikol bankın Qəbələ fillialından 1000 AZN nağd kredit almışıq, artıq 3 aydır ödəyirik, indi isə Mən Qəbələ ş. olan evimi girov qoyub (20.000 AZN) kredit götürmək istəyirəm, bunun üçün minimum ə/h nə qədər olmalıdır və neçə ay müddətinə təxminən və hər ay nə qədər ödəməliyəm?
Rəvan (15.08.2014)

Hörmətli Rəvan müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Əmlakınız qiymətləndiriləcək və qiymətin 40% (iş yerindən arayış təqdim etmədən) və yaxud 90%-I həcmində (iş yerindən arayış təqdim etməklə) kredit götürə bilərsiniz. Siz bu krediti maksimal olaraq, 5illik götürə bilərsiniz və bu zaman aylıq ödəniş 563,81 AZN təşkil edir.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mənim atamın Sizin bankdan maaş kartı var və əmək haqqı 260 AZN-dir və pensiya kartı da var, o da 100 AZN-dir. Bir nəfər də zamin var, onun əmək haqqı da 180 AZN -dir. Bilmək istəyirəm 5000 AZN götürə bilərik Sizin bankdan?
Səxavət (14.08.2014)

Hörmətli Səxavət müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Sizə kredit verilməsinə baxıla bilər. Başqa banklarda kreditiniz olub-olmamasından asılıdır. Zəhmət olmasa, atanız filiallarımızdan birinə yaxınlaşsın.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən Bakı şəhərində ev almaq istəyirəm. Sadəcə, hərbçiyəm. Sizin Bank Mənə normal şərtlərlə 50 min AZN pul krediti verə bilər və ya hazır ipotekada ev? Zəhmət olmasa xəbər verin.
Elnur (07.08.2014)

Hörmətli Elnur müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Nikoyl Bank dövlət fondunun xətti ilə ipoteka krediti ayırır. Sizə bir hərbiçi kimi güzəştli şərtlərlə (4%) ipoteka düşür. Sadəcə olaraq, hal-hazırda güzəştli ipoteka üzrə limit bitdiyi üçün kredit verilişi müvəqqəti olaraq dayandırılıbdır. Amma, Siz 8%-li ipoteka üçün müraciət edə bilərsiniz. Nikoyl Bankın 8 saylı filialına (S. Rüstəm küç.,60/44, Dostluq kinoteatrının yaxınlığı) müraciət edə bilərsiniz.

Əlavə sualınız yaranarsa, 981 nömrəsinə zəng etməklə və yaxud da bank@nikoil.az elektron ünvanına yazmaqla bizimlə əlaqə saxlaya bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən 5000 AZN kredit götürsəm 2 ilə, ayda neçə manat ödəməliyəm? Birdə xidmət haqqı neçə manat tutulur?
Yunis (07.08.2014)

Hörmətli Yunis müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Kredit üzrə aylıq ödəniş 279,57AZN təşkil edəcək. Komissiya haqqı 3% tutulur.

Əlavə sualınız yaranarsa, 981 nömrəsinə zəng etməklə və yaxud da bank@nikoil.az elektron ünvanına yazmaqla bizimlə əlaqə saxlaya bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən orta (8000 AZN) məbləğində kredit götürmək üçün Sizi narahat edirəm. Buna görə təkcə evi girov qoymaqla, bu məbləği Sizin bankdan götürmək olarmı? Mümkün olarsa 2-3 illik götürməklə, aylıq odəniş nə qədər olacaqdır? Xahiş edirəm cavabı aydın yazardınız. Təşəkkürlər.
Ramil Novruzov (01.08.2014)

Hörmətli Ramil müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

8000AZN ev girovu ilə verilə bilər. Ev qiymətləndiriləcək, qiymətin 40%-i həcmində kredit ayrılacaq. İllik faiz dərəcəsi 25%-dir. 2 il müddətinə götürsəniz, aylıq ödəniş 426,97AZN, 3 il müddətinə isə aylıq ödəniş 318,08AZN təşkil edir. Filiallarımızdan birinə yaxınlaşa bilərsiniz.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və yaxud bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən avtomobilin kreditini və ya gecikməsini necə yoxlaya bilərəm?
Vəliyev Müzəffər (01.08.2014)

Hörmətli Müzəffər müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Zəhmət olmasa, kredit götürdüyünüz filiala yaxınlaşıb şəxsiyyət vəsiqənizi təqdim edin. Sizi kredit borcunuz haqqında istədiyiniz məlumatla təmin edəcəklər.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və yaxud bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, bağışlayın, daşınmaz əmlak üçün ipoteka krediti verirsinizmi? Və əgər verirsinizsə şərtlərini deyərdiniz. Təşəkkürlər.
Naza (18.07.2014)

Hörmətli Naza xanım,

Nikoil Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Bəli, Nikoyl Bank Azərbaycan İpoteka Fondunun xətti ilə ipoteka krediti ayırır.

Hal-hazırda limit bitdiyi üçün yalnız, 8%-li ipoteka verilir. Şərtlər aşağıdakı kimidir:

Maksimal məbləğ - 50000AZN

Ilkin ödəniş - 30%

İllik faiz dərəcəsi - 8%

Müddət - 300ay

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və yaxud bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam. Mən, Bakı şəhərində mənzil almaq üçün ipoteka götürmək istəyirəm. Özüm hərbiçiyəm. 40 yaşım var, 20 ildir xidmət edirəm. Lakin, Mənə iş yerindən gəlirlər haqqında arayış verilmir. Masallı rayonunda 270 AZN dəyərində daşınmaz mülküm var və bütün sənədlər var (kupça, qiymətləndirmə). Mən Sizin bankdan və ya fillialardan ipoteka götürə bilərəm? Olarsa, hansı sənədlər və şərtlər necə olacaq, faizlər, müddət və güzəşt necə olacaq?
Ilqar (18.07.2014)

Hörmətli İlqar müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Hərbiçilər üçün güzəştli şərtlətlə 4%-lə verilən ipoteka limit bitdiyi üçün müvəqqəti olaraq dayandırılıbdı. Amma, Siz 8%-lə verilən ipoteka üzrə müraciət edə bilərsiniz. Amma, Siz mütləq şəkildə iş yerindən arayış təqdim etməlisiniz.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və yaxud bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam. Mən bilmək istəyirəm ki, Nikoil bankda əməliyyatcı şöbədə işə düzəlmək üçün ali təhsil mütləq lazımdır? Mən bankda kollec diplomu ilə işləyə bilərəm? Kompüter biliyim də var. Öncədən təşəkkür edirəm.
Bahar (17.07.2014)

Hörmətli Bahar xanım,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Məsləhət görərdik ki, CV formanızı hr@nikoil.az və bank@nikoil.az elektron ünvanlarına göndərəsiniz. Sizə uyğun vakansiya olan zaman Sizinlə əlaqə saxlanılacaq.

Nikoyl Bank Sizə uğurlar arzulayır.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən 8 km bazarında işləyirəm, Ramanada ev tikirəm, torpağın sənədi var, amma evin hələ şiferini, üstünü vururam. Ondan sonra kupçanı düzəldəcəyəm. İndi Mən o torpağın sənədi ilə bankdan pul götürə bilərəmmi? Qeyd edim ki, torpağın qiyməti 3500 AZN, 4 sotdur.
Təbriz (09.07.2014)

Hörmətli Təbriz müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Əmlak girovu ilə kredit növündə torpaq sahəsi nəzərə alınmır, yalnız, ev və yaxud avtomobil girova qəbul olunur. Girova qoyulacaq əmlakın sənədləri müraciət olunan zaman hazır olmalıdır.

Əmlak girovu ilə kreditin şərtləri aşağıdakı kimidir:

Minimal məbləğ - 8000 AZN

Maksimal məbləğ - 100000 AZN

Minimal müddət - 6ay

Maksimal müddət - 60ay

Tələb olunan sənədlər - şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və əmlaka aid sənədlər.

Əgər, iş yerindən arayış təqdim edə bilmirsinizsə, əmlakın qiymətinin 40%-i həcmində məbləğ əldə etmək mümkündür.

Qeyd edək ki, girov saxlanılacaq əmlak kredit üçün müraciət edən şəxsin adına olmalıdır.

Əlavə suallarla bağlı 981 nömrəsinə və yaxud da bank@nikoil.az elektron ünvanına müraciət edə bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, əmək haqqım 600 AZN. İş stajım 4 aydır. Sizin Bankdan nağd pul krediti, hansı məbləğdə götürə bilərəm?
Günel (07.07.2014)

Hörmətli Günel xanım,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Kredit götürmək üçün son iş yerində minimal staj 6 ay olmalıdır. Zəhmət olmasa, 6 ay tamam olanda müraciət edin.

Əlavə suallarla bağlı 981 nömrəsinə və yaxud da bank@nikoil.az elektron ünvanına müraciət edə bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Sizin Bankdan kredit götürmək istəyirəm, bu mümkündürmü?
Məmmədova Gilas (07.07.2014)

Hörmətli Gilas xanım,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Zəhmət olmasa, şəxsi məlumatlarınızı (iş yeriniz, əmək haqqınız, stajınız barədə) bank@nikoil.az elektron ünvanına göndərin, Sizi tam dəqiq məlumatla təmin edək.

Əlavə suallarla bağlı 981 nömrəsinə müraciət edə bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam. Sizin Banka qızıl girov qoymaqla, kredit götürmək olar 1000 AZN? Hansı sənədlər təqdim olunmalıdır?
Nurlan (05.07.2014)

Hörmətli Nurlan müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Bəli, qızıl girovu ilə kredit əldə etmək mümkündür. Qızılın əyyarından asılı olaraq, qrama düşən məbləğ dəyişir. Sizdən, yalnız, şəxsiyyət vəsiqəsi tələb olunacaq.

Əlavə suallarla bağlı 981 nömrəsinə və yaxud da bank@nikoil.az elektron ünvanına müraciət edə bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən Sizi Beyləqan rayonundan narahat edirəm. Verilən tel. nomrələrlə Sizinlə əlaqə alınmadı. Xahiş edirəm ki, Beyləqandakı filialın telefonu verəsiniz (mobil).
Salmanov Zakir (01.07.2014)

Hörmətli Zakir müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik. Nikoyl Bankın Beyləqan rayonunda filialı yoxdur.

981 nömrəsi (qaynar xətt) ilə əlaqə saxlaya bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam Nərmin xanım, Biz Nikoil bankdan kreditə maşın götürmüşük, aylıq 268 AZN ödəyirik, amma hər dəfə kreditleri gec veririk. Bilmək istəyirəm, Mənə cərimə yazılacaq?
Nizami İsmayılov (23.06.2014)

Hörmətli Nizami müəllim,

Hər gecikdirilən günə cərimə faizi yazılır.

Siz şəxsiyyət vəsiqənizlə kredit götürdüyünüz filiala yaxınlaşsanız, Sizə borcunuz haqqında ətraflı məlumat verilər.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, avtomobilin qalan borcunu necə bilmək olar?
Xankişiyev Şəhriyar (02.06.2014)

Hörmətli Şəhriyar müəllim,

Zəhmət olmasa, şəxsiyyət vəsiqənizlə kredit götürdüyünüz filiala yaxınlaşın.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya, bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mən Səba ASC-də fevral ayından mühasib işləyirəm. Əmək haqqım 750 AZN-dir. Mən Sizin Bankdan kredit kartı götürə bilərəm? Doğum tarixim 12.10.92-ci il. Kredit katını nağd alış-veriş etmək üçün istəyirəm.
İlkin Vəlizadə (30.05.2014)

Hörmətli İlkin müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Kredit götürən şəxsin son iş yerində minimal stajı 6 ay olmalıdır. Zəhmət olmasa, 6 aylıq stajınız olan zaman müraciət edin.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya, bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, bağlanmaq təhlukəsində olan 10 bank haqqında məlumat almaq istərdim. Əvvəlcədən təşəkkürlər.
Toğrul Babayev (29.05.2014)

Hörmətli Toğrul müəllim,

Təəssüf ki, bu barədə heç bir məlumatımız yoxdur.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Mənim 18 yaşım var. Sizin bankdan kredit almaq istəyirəm. Bizneslə məşqulam (alver ilə). Sizin bank Mənə kredit verə bilərmi?
Nicat (23.05.2014)

Hörmətli Nicat müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Kredit üçün müraciət üzrə minimal yaş həddi 20 yaşdır. 20 yaşınız olan zaman müraciət edə bilərsiniz.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya, bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Sual: Salam, Mənim bir neçə kreditim var. Onları bağlamaq və evimin təmirini başa çatdırmaq ucun Sizin Bankdan 10000 AZN götürə bilərəm mi (ayda 270-280 AZN ödəməklə)?
Kazımov Azad (22.05.2014)

Hörmətli Azad müəllim,

Nikoyl Banka müraciət etdiyiniz üçün Sizə təşəkkür edirik.

Zəhmət olmasa, Nikoyl Bankın Sizə yaxın olan filialına yaxınlaşın və kredit mütəxəssisinə müraciət edin. Sizin kredit tarixçəniz yoxlanıldıqdan sonra, Sizə tam dəqiq məlumat veriləcək.

Əlavə sualınız yaranarsa, 981 nömrəsi ilə əlaqə saxlaya və ya, bank@nikoil.az elektron ünvanına yaza bilərsiniz.






13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri


17.05.2016
Yusif Ağayev
“AlfaSığorta” ASC-nin Marketinq şöbəsinin rəisi


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi

20.11.2015
Vüsal Əliyev
“AtaTravel” MMC-nin Baş Direktoru


21.11.2016
Cahangir Qənizadə
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru

21.10.2014
Orxan Məmmədov
"AtaSığorta" ASC-nin İdarə Heyətinin Sədr Müavini

26.08.2016
Nikoloz Şurqaia
“Nikoyl” İKB ASC-nin İdarə Heyətinin Sədri


13.10.2014
Rəşad Rəsullu
"AtaHolding" ASC-nin İdarə Heyətinin sədr müavini




Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment