Müsahibə - Əli Hacızadə
  Ana səhifə Haqqımızda Biznes kataloq Partnyorlar Əlaqə   AZ RU EN  
1 USD 1.7008   1 EUR 1.9972   1 AED 0.4631   1 ARS 0.0996   1 AUD 1.3328   1 BRL 0.5367   1 BYN 0.8742   1 CAD 1.3333   1 CHF 1.7483   100 CLP 0.2622   1 CNY 0.2543   1 CZK 0.0764   1 DKK 0.2685   1 EGP 0.0958   1 GBP 2.1893   1 GEL 0.7078   1 HKD 0.2174   100 IDR 0.0127   1 ILS 0.4705   1 INR 0.0265   100 IRR 0.0045   100 JPY 1.5368   1 KGS 0.0246   100 KRW 0.1489   1 KWD 5.6309   1 KZT 0.0051   100 LBP 0.1128   1 MDL 0.0954   1 MXN 0.0955   1 MYR 0.3957   1 NOK 0.2139   1 NZD 1.2306   1 PLN 0.4653   1 RUB 0.0284   1 SAR 0.4535   1 SDR 2.3936   1 SEK 0.2106   1 SGD 1.2435   1 TJS 0.1930   1 TMT 0.4866   1 TRY 0.4808   1 TWD 0.0560   1 UAH 0.0665   100 UZS 0.0409   1 XAG 28.3864   1 XAU 2160.5261   1 XPD 1508.6096   1 XPT 1619.1616   1 ZAR 0.1278   

Bakı

+23°   +33°

    
            satış  
            alış  
    
  AMB kursu  /  Məzənnələr

    Banklar
    Sığorta
    Lizinq
    Neft və qaz
    Digər xəbərlər
    Dünya xəbərləri
    Müsahibə

«NİKOİL» İKB-nin İnkişaf Departamentinin Direktoru
Rəşad Cümşüdov

sual vermək
cavablara baxmaq
 
«CLC» (Corporate Legal Consultancy) hüquq şirkətinin Direktoru
Pərviz Məmmədov

sual vermək
cavablara baxmaq
 
«AtaHoldinq» ASC-nin İctimaiyyətlə Əlaqələr və Reklam şöbəsinin rəisi
Dilarə Zamanova

sual vermək
cavablara baxmaq
 
  Əmək Bazarı üzrə Ekspert
Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
Kseniya Trohimets

sual vermək
cavablara baxmaq

    Bankların siyahısı
    Bank müdirləri
    Kredit
    Depozit
    Avtokredit üzrə cədvəl
    Depozit üzrə cədvəl
    Bankların maliyyə hesabatları
    Gürcüstan bankları
    Moskva bankları
    Türk bankları

 

    Sığorta şirkətləri
    Sığorta növləri

    Valyuta birjası
    Fond birjası

    Biznes kataloq
    Vakansiyalar
    CV





Müsahibə - Əli Hacızadə


"Hajizade Group" şirkətinin Baş Direktoru
Əli bəy şirkətiniz nə vaxt fəaliyyətə başlayıb və fəaliyyətinin əsas istiqamətləri hansılardır?

Şirkətimiz 2012 – ci ildən fəaliyyət göstərir, fəaliyyət istiqamətlərimiz kifayət qədər çoxşaxəlidir, Kütləvi İnformasiya vasitələri, İctimaiyyətlə əlagələr, Social Media Marketing, Korporativ sosial məsuliyyət və sair.

Hansı istiqamət sizin üçün daha çox prioritet təşkil edir?

Sözün düzünü desəm, qeyd etdiyim hər istiqamət prioritetlərə daxildir, fəqət hal-hazırda Social Media Marketing və Korporativ sosial məsuliyyət daha çox prioritetlidir.



Azərbaycan şirkətləri və umumiyyətlə biznes qurumları Korporativ sosial məsuliyyətə yanaşmada xarici həmkarlarından nə ilə fərqlənir? Hansı üstünlükləri və ya mənfi cəhətləri vardır?

İlk olaraq onu deyim ki, bu istiqamət bizim şirkətlər üçün hələ ki, yeni bir istiqamətdir. Bu sahədə şirkətlərə konsultasiya və yardım edə biləcək mütəxəssislər və xüsusi şirkətlər kifayət qədər azdır.

Yerli şirkətlər bəzən Korporativ sosial məsuliyyəti yalnız internatlara və uşaqlar evlərinə bayramdan-bayrama gedib yardım göstərməkdə görürlər. Bu tip tədbirlər isə bu sahədə görülə biləcək ən bəsit ən primitiv və ən ucuz tədbirlərdi.

Həmçinin onu da deyim ki, şirkətlər çox vaxt çalışır ki, KSM-ə dair layihəni və ya tədbiri onların öz işçiləri hazırlasın, ideyanın verilməsindən tutmuş onun icrasına qədər, bu da əksər hallarda keyfiyyətsiz olur. Bunun da obyektiv səbəbləri var, çünki o insanlar sadəcə olaraq KSM üzrə təcrübələri və bilikləri olmayan insanlar olur.

Ancaq bununla bərabər bir neçə iri yerli şirkətin həyata keçirdiyi uğurlu KSM layihələri də mövcuddur.

Bəs Social Media Marketing sahəsində yerli şirkətlərdə vəziyyət necədir?

Bu sahədə KSM – dən fərqli olaraq vəziyyət nisbətən yaxşıdır. Amma diqqətlə nəzər salsaq, keyfiyyətli kontentin və təcrübəli mütəxəssislərin sayının az olmasını görərik. Bəzi şirkətlərin marketinq mütəxəssisləri hesab edir ki, Facebook sosial şəbəkəsində səhifə yaratmaq və orada hərdən-bir hər hansı isə bir məlumatla paylaşmaq artıq kifayətdir.

Qeyd edim ki, bu kökündən səhv bir yanaşmadır, Facebook, Instagram, Youtube, Twitter hər bir sosial şəbəkənin öz üstünlüyü və biznesinizə verə biləcəyi faydası var.

Bəzən isə dövriyyələri on milyonlarla manat olan yerli şirkətlər SMM – də qanaət etmək üçün, sosial şəbəkələrdəki korporativ hesablarının idarəsini tələbələrə tapşırır. Çünki tələbələr SMM mütəxəssisdən və ya bu sahə ilə məşğul olan şirkətdən fərqli olaraq çox ucuz bir qiymətə çalışır. Nəticədə görülən iş də kifayət qədər keyfiyyətsiz və nizamsız olur.

Həmçinin qeyd etmək lazımdır ki, bu tip fəaliyyət Azərbaycan üçün kifayət qədər yeni olduğundan, inanıram ki, vaxt keçdikcə bu işlər öz yoluna düşəcək.

Bildiyimizə görə siz bəzi Rusiya KİV – lərinin ekspertlər qrupunun üzvüsünüz və orada tez-tez məqalələriniz çıxır və Rusiyanın elektron KİV – lərində çıxış edirsiniz, Rusiyada İctimaiyyətlə əlagələr sahəsində hansı problemlər və ya müsbət tendensiyalar var?

Bilirsiz Rusiya böyük ölkədir, böyük ölkə, böyük imkanlar deməkdir. Bu böyük imkanlar hər sahəyə aiddir, həmçinin İctimaiyyətlə əlagələr sahəsinə. Əlbətdəki, Rusiyada bu sahədə kifayət qədər problem var, amma bununla bərabər bu problemləri həll edə biləcək mütəxəssislər və ya həlləri təklif edə biləcək şirkətlər də var.

Rusiyada bu sahə bizə nisbətən daha yaxşı inkişaf edib və hesab edirəm ki, bizim mütəxəssislər və şirkətlər oradakı həmkarlarından çox şey öyrənə bilər.

Hajizade Group Azərbaycanda bir neçə ilkə imza atıb bu əsasən Instagram və Twitter sosial şəbəkələri ilə bağlı olub, bu sahədə yeni bir layihəniz və ya tədbiriniz varmı?

Bəli ilklərimiz olub, indi bir layihə üzərində çalışırıq, sosial şəbəkələrlə bağlı deyil, informasiya ilə bağlı bir layihədir, çalışacağıq ki, ilin sonuna kimi bitirib ictimaiyyətə təqdim edək.

Sizin fikrinizcə hər hansı bir sahədə uğur əldə etmək üçün nə lazımdır?

Hesab edirəm ki, ilk növbədə insan nə istəyini bilməlidir, qısa müddətli və uzunmüddətli məqsədlərinin nə olduğunu bilməlidir ora gedən yolu bilməlidir. Nə istədiyini bilən insan uğura yaxın olan insandır, çünki nə istədiyini bilmək işin yarısıdır.

Bununla yanaşı öz işinin mütəxəssisi olmalısan, uğurlara və məqsədlərinə nail olduqca bir yerdə durmamalısan daim özünü və ətrafdakıları inkişaf etdirməlisən.





<< geri



financetime Company Products Connect with us
About Business catalog Facebook Facebook
Partners Interview LinkedIn LinkedIn
Support Expert Twitter Twitter
  Rating  
  Payment