Müsahibə - Turhan Poyraz
  Ana səhifə Haqqımızda Biznes kataloq Partnyorlar Əlaqə   AZ RU EN  
1 USD 1.7012   1 EUR 1.9839   1 AED 0.4632   1 ARS 0.0976   1 AUD 1.3507   1 BRL 0.5408   1 BYN 0.8726   1 CAD 1.3612   1 CHF 1.7974   100 CLP 0.2609   1 CNY 0.2521   1 CZK 0.0762   1 DKK 0.2668   1 EGP 0.0951   1 GBP 2.2164   1 GEL 0.7078   1 HKD 0.2179   100 IDR 0.0128   1 ILS 0.4772   1 INR 0.0264   100 IRR 0.0047   100 JPY 1.5327   1 KGS 0.0246   100 KRW 0.1526   1 KWD 5.6303   1 KZT 0.0052   100 LBP 0.1128   1 MDL 0.0939   1 MXN 0.0961   1 MYR 0.3975   1 NOK 0.2127   1 NZD 1.2655   1 PLN 0.4654   1 RUB 0.0284   1 SAR 0.4536   1 SDR 2.3874   1 SEK 0.2073   1 SGD 1.2498   1 TJS 0.1933   1 TMT 0.4868   1 TRY 0.4787   1 TWD 0.0561   1 UAH 0.0659   100 UZS 0.0421   1 XAG 28.0409   1 XAU 2135.9417   1 XPD 1440.9164   1 XPT 1594.0244   1 ZAR 0.1315   

Bakı

+23°   +33°

    
            satış  
            alış  
    
  AMB kursu  /  Məzənnələr

    Banklar
    Sığorta
    Lizinq
    Neft və qaz
    Digər xəbərlər
    Dünya xəbərləri
    Müsahibə

«NİKOİL» İKB-nin İnkişaf Departamentinin Direktoru
Rəşad Cümşüdov

sual vermək
cavablara baxmaq
 
«CLC» (Corporate Legal Consultancy) hüquq şirkətinin Direktoru
Pərviz Məmmədov

sual vermək
cavablara baxmaq
 
«AtaHoldinq» ASC-nin İctimaiyyətlə Əlaqələr və Reklam şöbəsinin rəisi
Dilarə Zamanova

sual vermək
cavablara baxmaq
 
  Əmək Bazarı üzrə Ekspert
Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
Kseniya Trohimets

sual vermək
cavablara baxmaq

    Bankların siyahısı
    Bank müdirləri
    Kredit
    Depozit
    Avtokredit üzrə cədvəl
    Depozit üzrə cədvəl
    Bankların maliyyə hesabatları
    Gürcüstan bankları
    Moskva bankları
    Türk bankları

 

    Sığorta şirkətləri
    Sığorta növləri

    Valyuta birjası
    Fond birjası

    Biznes kataloq
    Vakansiyalar
    CV





Müsahibə - Turhan Poyraz


"Excelsior Hotel Baku" hotelinin Baş Meneceri
Turhan bəy ilk öncə özünüzü qəzetimizin oxucularına təqdim edərdiniz . . .

Bakıya ilk dəfə 2000-ci ildə gədim. 2001-ci ildə isə burada öz şirkətimi qurdum və iş həyatıma başladım. Türkiyədə turizm və hotel idarəetməsi fakültəsini bitirmişəm. Məzun olduğum ilk illərdən bu sahədə fəaliyyət göstərmişəm. Türkiyənin ən məşhur “Hilton” hotelində uzun illər çalışdım. Onu da deyim ki, bu gün Türkiyədə ən bacarıqlı hotel menecerlərinin böyük əksəriyyəti “Hilton”nun çətiri altından çıxıb, bu məktəbi keçiblər.


Hotelçilikdə ən aşağı pillədən başlamışam, departament müdiri, baş menecerə qədər yüksəlmişəm. Ancaq 90-cı illərdə turizm sahəsindən uzaqlaşdım, reklam və marketinq sahəsində çalışmağa başladım. Azərbaycanda qurduğumuz şirkət də bu sahə ilə məşğul olurdu. Təbii ki, ilk əlaqə qurduğum sahə turizm və hotelçilik oldu. Turizm, marketinq, reklam işində konsaltinq xidmətləri göstərməyə başladıq, yeni hotellərin açılması işinə böyük dəstək verdik. Bildiyiniz ki, 2000-ci illərdə Azərbaycanda bu sahədə kadr qıtlığı hiss olunurdu.

Biz hotellərin inşaat məsələlərindən tutmuş dizaynına qədər layihələr hazırlayırdıq. Daha sonra hotellərə mal və xidmət satan yeni bir şirkət qurduq, onların yerli və əcnəbi kadrlarla təminatı məsələsində yardımçı olmağa çalışdıq.

İndi baş meneceri olduğum “Excelsior Hotel Baku” da bizim konsaltinq xidməti göstərdiyimiz hotellərdən biri idi. Burada baş menecer kimi təxminən bir il əvvəl fəaliyyətə başlasam da,artıq uğurlu nəticələrimiz var. Əminliklə deyə bilərəm ki, bizim indiki vəziyyətimiz ölkə üzrə ortaq göstəricidən yüksəkdir. Otaqlarımızın 50 faizi daimi olaraq dolu olur.

Bir qədər hotelinizdən bəhs edərdiniz . . .

Öncə onu deyim ki, “Excelsior Hotel Baku” ölkədə yeganə “5+” kateqoriyalı hoteldir. Bu isə o deməkdir ki, burada deluxe hotelə xas olan bütün müsbət keyfiyyətlər ən yüksək səviyyədə qonaqlarımıza təqdim olunur. Hotelimizin daxili və zahiri tərtibatı klassik üslubdadır və bu deluxe hotellərə xas olan ortaq cəhətdir. Burada beynəlxalq səviyyədə nəzərdə tutulmuş bütün xidmətlər müştərilərə təqdim edilir.

Restoranımız, barımız, banket və konfrans zalımız, spa mərkəzimiz fəaliyyət göstərir, qapalı və açıq hovuzlarımız, trenajor zalımız, tennis kortu və digər bütün xidmətlərimiz daimi olaraq qonaqlarımızın ixtiyarındadır. Hotelimizdə 62 otaq var ki, onlardan 8-i suit, 8-i isə juniordur. Bizim hoteldə ölkədə yeganə 350 kvadrat metr sahəsi olan kral suit yerləşir. Kral suitin ayrıca təhlükəsizlik sistemi, xüsusi lifti və qarajı var.

Lüks hotellərin çoxluq təşkil etdiyi indiki məqamda sizin üçün rəqabət aparmaq çətin deyil ki?

Xeyir, çətin deyil. Düzdür, müştəri qıtlığını hiss edirik, ancaq Azərbaycanın gələcəyi Dubay modelidir. Ölkə rəhbərliyi də Bakını dünyanın turizm, mədəniyyət, nəqliyyat və alış-veriş mərkəzinə çevirməyi düşünür və bu sahədə də böyük işlər görülür. Bu səbəbdən ölkədə lüks kateqoriyalı hotellərin açılması vacibdir və bu gələcəyə hesablanmış addımdır.

Bir insan qonaq qəbul etməzdən əvvəl evini səliqəyə saldığı kimi, ölkələr də ilk öncə turizm infrastrukturunu yaratmalı, gələn turistləri məmnun yola salmalıdırlar. Əks təqdirdə bu ölkənin nüfuzuna mənfi təsir etmiş olar. Mənim 2000-ci illər yaxşı yadımdadır. Regionlarda hotel yox idi. İcra hakimiyyətləri böyük çətinliklə bizi qalacaq yerlə təmin edirdilər. Ancaq indi demək olar ki, bütün rayonlarda müasir hotellər inşa edilib.

Lüks hotel eyni zamanda yüksək səviyyəli xidmət deməkdir. Xidməti necə, eyni səviyyədə təşkil edə bilirsinizmi?

Bu məsələdə bir az əksik tərəflərimiz var. Bu gün Azərbaycanda daha çox hotel binalarının tikintisinə, onların böyük zövqlə tərtib olunmasına daha çox önəm verilir. Bununla yanaşı, unutmaq lazım deyil ki, sizin ən möhtəşəm hoteliniz belə standartlara cavab verən xidmət səviyyəsi qurulmasa,bunun heç bir önəmi olmaz. Xidmət sektoru vaxt,səbir,təmkin tələb edən sahədir.

Digər bir vacib məsələ isə nəqliyyatdır. Bakı şəhərində ictimai nəqliyyat yaxşı təşkil olunsa da, rayonlarla bağlı hələlik bunu demək tezdir. İnsanlar daha çox taksilərdən istifadə etmək məcburiyyətində qalır. Avropa və digər inkişaf etmiş ölkələrdə taksi bahalı və çox az istifadə olunan nəqliyyat vasitəsidir.

Məsələn, Qəbələni internetdə görüb bəyənən turist Bakıya gəldi, amma rayonlara necə gedəcək. Turistlər ictimai nəqliyyatdan rahat istifadə edib hava limanına və digər yerlərə tez bir zamanda çatmaq istəyir. Düzdür bu həm də şəhərin yenidən qurulması ilə bağlıdır, ancaq qısa müddətdə həll olunmalı məsələlər sırasındadır. Biz “Excelsior Hotel Baku” olaraq şəhərin mərkəzinə ayrıca avtobus ayırırıq ki, müştərilərimiz rahat hərəkət edə bilsinlər.

Sizcə, mövcud resursları nəzərə alaraq ölkədə hansı turizm sahələri daha çox inkişaf etdirilməlidir?

Bildiyiniz kimi Azərbaycanda hələlik turizm əsasən Bakı ilə məhdudlaşır və ana istiqamətdə biznes turizmidir. Sadə turistləri cəlb etmək üçün əlavə imkanlar olmalıdır. Real yanaşsaq, turistləri dəniz, təbiət, tarix, mədəniyyət, qış turizmi imkanları və müasir əyləncə və alış-veriş mərkəzləri cəlb edir. Dəniz baxımından alternativlərlə müqayisə etsək, o qədər də, böyük resurs görmürəm. Təbiət baxımından regionlarda böyük potensial var. Tarix, mədəniyyət musiqi baxımından üstünlüklər mövcuddur.

Qış turizmi ilə bağlı Qusarda böyük işlər görülür. Müasir ticarət və əyləncə mərkəzləri isə Bakıda tikilməkdədir. Məncə təbii imkanlardan daha çox istifadə edilən turizm sahələrinə yönəlmək lazımdır. Regionların təbiəti, müalicə turizmi əsas istiqamətlərdən ola bilər. Azərbaycanda bir çox şəfalı sular və neft var. Bunlardan səmərəli istifadə etmək lazımdır. Qış turizmi canlandırılmalıdır ki, ölkəyə il boyu turist cəlb oluna bilsin. “Şahdağ”turizm kompleksi bu baxımdan gözəl nümunədir.

Türkiyədən nümunə göstərim. Uludağda onlarla qış turizm mərkəzi fəaliyyət göstərir və kifayət qədər də turist cəlb edə bilir. Dənizlə bağlı turizmi ancaq yerli turistlər və ən uzağı MDB ölkələri üçün mümkün hesab edirəm. Avropa və ya Asiyadan insanlar İtaliya, İspaniya, Türkiyə Yunanıstan və ya Tailand kimi tanınmış dəniz turizmi ölkələrinə üstünlük verirlər. Bununla belə, bütövlükdə ölkənin və Bakının turizmlə bağlı gələcəyini dinamik görürəm və hesab edirəm ki, gələcəkdə də əsas sahə biznes turizmi olacaq. Çünki, buraya daha çox iş imkanları üçün gəlirlər və biznes sahələri daha da genişlənir. Təbii ki, bununla bərabər digər turizm sahələrini də inkişaf etdirmək lazımdır.

Poyraz bəy 2015-ci il Avropa oyunlarından bir hotel olaraq nə gözləyirsiniz?

Belə beynəlxalq tədbirlər ölkənin tanıdılması, turizmin təbliği baxımından əvəzsizdir. Bundan əlavə, 2015-ci il üçün görülən hazırlıqlar, yenidən qurulan infrastruktur ölkənin özü üçün də faydalıdır. Bu cür tədbirlər ölkədə 5-10 ilə görüləcək işlərin daha tez bir zamanda tamamlanmasına gətirib çıxarır. Bundan əlavə, Azərbaycanın da artıq dünyadakı mövqeyi, statusu dəyişib.

Eurovision sübut etdi ki, burada ən böyük beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək olar. Bu baxımdan “Eurovision”la müqayisədə 2015-ci il Avropa Oyunlarına daha çox turist gələcək və ölkə bir başqa yönünü dünyaya göstərmiş olacaq. Bir məqamı da diqqətinizə çatdırım ki, “Eurovision” musiqi yarışması, ümumiyyətlə, böyük turist axını ilə müşahidə olunan yarışma deyil. Cəmi 3 gün davam edən proqramın əsasən final gecəsinə gələnlər üstünlük təşkil edir.

Ancaq Avropa oyunları ən az yarım ay davam edəcək. Bu isə o deməkdir ki, paytaxt Bakı 1 ay qonaq-qaralı olacaq. Bu səbəbdən dəqiq deyə bilərəm ki, 2015-ci il ölkə turizmi üçün həm təbliğat, həm də turist sayı baxımından uğurlu il olacaq.





<< geri



financetime Company Products Connect with us
About Business catalog Facebook Facebook
Partners Interview LinkedIn LinkedIn
Support Expert Twitter Twitter
  Rating  
  Payment