Müsahibə - Vüsal Əliyev
  Ana səhifə Haqqımızda Biznes kataloq Partnyorlar Əlaqə   AZ RU EN  
1 USD 1.7002   1 EUR 2.0070   1 AED 0.4629   1 ARS 0.0973   1 AUD 1.2879   1 BRL 0.5193   1 BYN 0.8497   1 CAD 1.3356   1 CHF 1.7134   100 CLP 0.2697   1 CNY 0.2565   1 CZK 0.0785   1 DKK 0.2697   1 EGP 0.0964   1 GBP 2.2488   1 GEL 0.6239   1 HKD 0.2177   100 IDR 0.0126   1 ILS 0.4837   1 INR 0.0262   100 IRR 0.0043   100 JPY 1.5104   1 KGS 0.0244   100 KRW 0.1549   1 KWD 5.6261   1 KZT 0.0051   100 LBP 0.1127   1 MDL 0.0969   1 MXN 0.0893   1 MYR 0.4085   1 NOK 0.2076   1 NZD 1.1636   1 PLN 0.4735   1 RUB 0.0285   1 SAR 0.4534   1 SDR 2.3960   1 SEK 0.2028   1 SGD 1.2544   1 TJS 0.1929   1 TMT 0.4858   1 TRY 0.4410   1 TWD 0.0566   1 UAH 0.0642   100 UZS 0.0211   1 XAG 29.0309   1 XAU 2176.2561   1 XPD 1671.2966   1 XPT 1582.8862   1 ZAR 0.1202   

Bakı

+23°   +33°

    
            satış  
            alış  
    
  AMB kursu  /  Məzənnələr

    Banklar
    Sığorta
    Lizinq
    Neft və qaz
    Digər xəbərlər
    Dünya xəbərləri
    Müsahibə

«NİKOİL» İKB-nin İnkişaf Departamentinin Direktoru
Rəşad Cümşüdov

sual vermək
cavablara baxmaq
 
«CLC» (Corporate Legal Consultancy) hüquq şirkətinin Direktoru
Pərviz Məmmədov

sual vermək
cavablara baxmaq
 
«AtaHoldinq» ASC-nin İctimaiyyətlə Əlaqələr və Reklam şöbəsinin rəisi
Dilarə Zamanova

sual vermək
cavablara baxmaq
 
  Əmək Bazarı üzrə Ekspert
Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
Kseniya Trohimets

sual vermək
cavablara baxmaq

    Bankların siyahısı
    Bank müdirləri
    Kredit
    Depozit
    Avtokredit üzrə cədvəl
    Depozit üzrə cədvəl
    Bankların maliyyə hesabatları
    Gürcüstan bankları
    Moskva bankları
    Türk bankları

 

    Sığorta şirkətləri
    Sığorta növləri

    Valyuta birjası
    Fond birjası

    Biznes kataloq
    Vakansiyalar
    CV





Müsahibə - Vüsal Əliyev


"AtaTravel" MMC-nin Direktoru
Azərbaycanla Macarıstanın mədəniyyət və məişəti oxşardır.

Vüsal Əliyev: "Şengen" ölkələrinə getmək istəyən turistin bank hesabında hər gün üçün 100 avro olmalıdır"

Yay fəsli başa çatmaqdadır, deməli, turizm mövsümi də qızğın dövrünü geridə qoymaqdadır. Keçdiyimiz dövrdə Azərbaycanın turizm şirkətləri necə fəaliyyət göstərdi, necə yadda qaldılar, bunu həmin qurumların rəhbərlərindən soruşmaq daha maraqlı olardı.


Söhbətləşmək üçün məhz "AtaTravel" MMC-nin baş direktoru Vüsal Əliyevi seçməyimizin isə qeyd etdiklərimizdən başqa da səbəbi vardı. Çünki bu şirkət Azərbaycanla Macarıstan arasında sözün əsl mənasında yeni körpü salmaqdadır. Azərbaycan turistlərinin birbaşa hava reysi vasitəsilə, olduqca ucuz qiymətə Avropanın mərkəzində yerləşən bu ecazkar ölkəyə səfərlərini təşkil edən "AtaTravel" öz xidmətləri ilə həm də iki dövlətin xalqları arasında hərtərəfli münasibətlərin daha da möhkəmlətməsinə zəmin yaratmış oldu.

- Bu mövsüm doğrudan da şirkətimiz üçün çox uğurlu olub. Yay mövsüminin başlanğıcında yeni istiqamətin seçilməsi, yəni şirkətimizin Macarıstanla əlaqələr qurması bizim ən böyük qələbəmizdir. Çünki bununla təkcə şirkətimiz deyil, həm də Macarıstan və Azərbaycan xalqları çox şey qazandılar. Onsuz da tarixən dost əlaqələrə malik xalqlarımız arasında vasitəmizlə yeni bir körpü salınmış oldu, məhz bu münasibətlər turizm sahəsində əlaqələrin dərinləşməsinə şərait yaratdı.

- Sizin vasitənizlə ölkələrimiz arasında birbaşa təyyarə uçuşları başlanılıb…

- Yay mövsüminin əvvəlində Budapeşt-Bakı-Budapeşt birbaşa hava reysi açılıb ki, bu da turistlər üçün çox əhəmiyyətlidir. Olduqca aşağı qiymətə bilet alan sərnişinlərə həmin uçuşlarda mükəmməl xidmət göstərilir. Uçuşlar hələlik həftədə iki dəfə həyata keçirilir.

- Macarıstana turlar təşkil edirsiniz, bu barədə məlumat verərdiniz…

- Turlar 3 gün, 6 gün və 10 günlük təşkil edilir. Onu da deyim ki, 3 günlük turlar adətən həftənin sonuna təsadüf edir - şənbə, bazar və bazar ertəsi günləri. Bu turlarda iki nəfər üçün qiymət 450-500 manatdır. Hansı ki, bu qiymət paketinə aviabiletdən başlamış oteldə qalmaq, transfer, oteldə səhər yeməyi də daxildir.

- Dünyada 200 ölkə olduğu halda niyə məhz Macarıstanı seçdiniz?

- Əlbəttə, müştərilərimiz müxtəlif ölkələrə səfər etmək istədiklərini bildirirlər və gedirlər. Amma biz Macarıstanı yeni istiqamət olaraq seçmişik. Əvvəla, Azərbaycanla Macarıstan arasında sıx dostluq əlaqələri mövcuddur. Üstəlik, birbaşa hava reyslərinin açılması da bizim bu fəaliyyətə başlamağımıza stimul verdi. İstəyirik ki, bu istiqamət Azərbaycanda yetərincə tanınsın. Elə buna görə də iyun ayının 29-dan iyulun 5-dək Macarıstana səfər etməklə tanışlıq turu keçirmişik. Həmin səfərdə biz Macarıstanın gəzməli-görməli yerlərinə baş çəkmişik, paytaxt Budapeşti, Peç şəhərini gəzdik, müalicəvi suyu ilə məşhur olan Heviz gölü sahillərində olduq, Avropanın ən iri qapalı su hövzəsi sayılan Balaton gölünə tamaşa elədik.

Yeri gəlmişkən, Balaton gölünün ətrafı çox əsrarəngiz təbii gözəlliyə malikdir. Bundan əlavə, Macarıstana səfər edən turistlər oradan qonşu ölkələrə də gedə bilərlər. Məsələn, biz Budapeştdə olanda avtobusla birgünlük qonşu Avstriyaya - Vyana şəhərinə də səfər etdik…

- Bu səfərin qiyməti də turpaketə daxildir?

- Yox, burada əlavə ödəniş etmək lazım gəlir, amma çox aşağı məbləğdir. Təsəvvür edin ki, səhər saat 9-dan axşam saat 9-dək olan birgünlük səfər üçün getmək və qayıtmaq, eləcə də peşəkar bələdçinin xərci də daxil olmaqla cəmi 40 avro ödəmək lazımdır. Onu da deyim ki, Budapeştdən Vyanaya 2 saatlıq yoldur. Həm də təkcə Avstriya deyil, digər 6 qonşu ölkəyə də səfər etmək mümkündür.

- Eşitdiyimizə görə, yaxın vaxtlarda Macarıstandan Azərbaycana nümayəndə heytinin gəlişi gözlənilir və bu səfər sizin dəvətinizlə baş tutacaq…

- Macar turistlərin Azərbaycanın böyük turizm potensialı ilə tanış olması çox əhəmiyyətlidir. Bu səbəblə də oktyabrın 1-də Macarıstandan turizm idarəsinin və bizim əməkdaşlıq etdiyimiz turizm şirkətinin nümayəndələri, eləcə də media mənsublarından ibarət bir heyət Bakıya səfər edəcək. Məqsəd sırf tanışlıqdır və bu işdə Mədəniyyət və Turizm Nazirliyi də bizə kömək göstərir. Səfər oktyabrın 1-dən 6-dək davam edəcək. Çalışacağıq onları respublika daxilindəki tarixi məkanlara, Qəbələ və Naftalana, eləcə də muzey və digər mədəniyyət obyektlərinə aparıb Azərbaycanın zənginlikləri ilə tanış edək.

- Turlar qiymət baxımından hər bir vətəndaşın cibinə uyğun olsa da, "Şengen" zonası ölkələrinin tələbinə görə viza almaq üçün bank hesabının göstərilməsi maneə törədir. Mümkündürmü ki, şirkətiniz heç olmaya özünüzün apardığınız turistlər üçün bu şərti aradan qaldırmaq üçün danışıqlar aparsın? Məncə, bankdan hesab tələb olunmayacağı təqdirdə ölkələrimiz arasında gediş-gəlişin həcmi on dəfə artar…

- "Şengen" ölkələrinə getmək istəyən turistin bank hesabında otel və təyyarə biletinin qiymətindən başqa hər gün üçün 100 avro olmalıdır. Bu isə o deməkdir ki, Avropaya gedən adam orada olduğu müddətdə oteldə qalmaq, yemək, gəzmək və sair xərcləri ödəmək üçün normal vəsaitə malikdir. Yəni turist Avropa ölkəsinə köçkün kimi deyil, gəzməyə getdiyini isbatlamalıdır.

- Yeri gəlmişkən, turistləri necə cəlb edirsiniz? Məsələn, Macarıstana uçan təyyarələri sərnişinlə necə doldura bilirsiniz?

- Bu bir qədər çətin prosesdir. Amma Macarıstana gəlincə, bu ölkə Avropanın mərkəzində yerləşir, qədim tarixə və əsrarəngiz təbii gözəlliklərə malikdir, zəngin mədəniyyəti və məişəti Azərbaycandakına xeyli bənzərdir. Bundan əlavə, Macarıstanda bazarların ucuz və keyfiyyətli olması da turistləri cəlb edir. Gedib gələn də razı qalır, yaxınlarına tərifləyir ölkəni və beləliklə insanlarda bu ölkəyə maraq artır. Məsələn, bu ilin iyun ayından indiyədək olan qısa müddətdə şirkətimiz vasitəsilə Macarıstana təxminən 300 nəfər səfər edib.





<< geri



financetime Company Products Connect with us
About Business catalog Facebook Facebook
Partners Interview LinkedIn LinkedIn
Support Expert Twitter Twitter
  Rating  
  Payment