|
|
|
Lizinq | | | "ANSAR LEASİNG” "Elektron arayış"dan istifadə edəcək |
06.04.2015 | |
| |
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) ilə "Azərbaycan Lizinq Şirkəti" MMC (ticarət nişanı “ANSAR LEASİNG”) arasında müqavilə bağlanıb.
MHM-dən AZƏRTAC-a bildiriblər ki, müqaviləyə əsasən "ANSAR LEASİNG” öz fəaliyyətində elektron arayışlardan istifadə edəcək.
Elektron arayış vətəndaş tərəfindən "Elektron Hökumət” portalı vasitəsilə formalaşdırılan elektron sənəddir. Vətəndaş elektron arayışı sutkanın istənilən vaxtı əldə edə bilər.
Qeyd edək ki, "Azərbaycan Lizinq Şirkəti" MMC Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası tərəfindən təsis edilib. MMC-nin nizamnamə kapitalının həcmi 5000000 manat təşkil edir. Müəssisə əsasən maliyyə lizinqi xidmətlərinin göstərilməsi ilə məşğuldur.
http://azertag.az/
|
|
|
|