1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


Azpetrol Beyləqanda yeni yanacaqdoldurma məntəqəsini açdı
23.12.2015

Baki, Finance Time.  “Azpetrol” şirkəti Beyləqanda özünün yeni yanacaqdoldurma məntəqəsini açıb. Bu, “Azpetrol”un sayca 84-cü yanacaqdoldurma məntəqəsidir.

Yeni məntəqənin açılışında Beyləqan şəhəri İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, yerli dövlət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Məntəqənin açılışı zamanı “Azpetrol” şirkətinin baş direktoru Ceyhun Məmmədov qeyd edib ki, bu gün şirkətin yeni yanacaqdoldurma məntəqəsinin açılışı Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsinə təsadüf etdiyindən xüsusilə əlamətdardır: “Respublikada özəl sektorun inkişafı, ictimai-siyasi sabitliyin, davamlı inkişafın təminatçısı olan sahibkarlar sinfinin formalaşması da məhz ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri ilə bağlıdır. Hələ 1994-cü ilin sentyabr ayında prezident Heydər Əliyevin bilavasitə iştirakı ilə Bakıda “Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma” mövzusunda beynəlxalq konfransda dərin məzmunlu çıxışında prezident xarici şirkətləri ölkə iqtisadiyyatına sərmayə qoymağa çağırmış, sahibkarların fəaliyyətinə dövlət təminatının mövcudluğunu xüsusi qeyd etmişdi”.

Öz çıxışında C. Məmmədov onu da vurğulayıb ki, hazırda özəl sektorun Azərbaycanda gedən uğurlu proseslərdən bəhrələnərək günü-gündən güclənməsi prezident İlham Əliyevin birbaşa rəhbərliyi və nəzarəti altında keçirilən uğurlu və ardıcıl iqtisadi siyasətin məntiqi nəticəsidir.

Şirkətin rəhbəri daha sonra qeyd edib ki, yeni məntəqənin istifadəyə verilməsi ilə yeni iş yerlərinin açılması məsələsi həll olunur ki, bu da şirkətin fəaliyyətinin əsas istiqamətlərindən biridir: “Bu baxımdan yeni açılan məntəqənin istifadəyə verilməsi ilə 35 yeni daimi iş yerinin açıldığını xüsusilə qeyd etmək istərdim”.

Xatırladaq ki, şirkət Beyləqanda həm də müştərilərin rahatlığını təmin etmək üçün hər cür şəraitə malik olan Motel də istifadəyə verib. Bundan başqa, şirkət gələcəkdə Bakı şəhərində və Tərtər rayonunda da yeni yanacaqdoldurma məntəqələrinin açılışını nəzərdə tutur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment