1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Saxo Bank” və “CME Group” məlumatların birgə istifadəsinə dairsaziş imzalayıb
04.03.2016

Saziş “Saxo Bank”ın müştəriləri üçün təhsil xidmətləri paketini genişləndirəcək

Baki, Finance Time. Onlayn ticarət və investisiya üzrə ekspert sayılan “Saxo Bank”və “CME Group”məlumatların birgə istifadəsinə dair saziş imzalayıblar ki, sözügedən sənəd “Saxo Bank”ın müştərilərinə “CME Group”un tədris materiallarından istifadə etməyə imkan yaradacaq. “CME Group” – həm keçirilmiş əməliyyatların sayına görə, həm də təklif olunan investisiya alətlərinin müxtəlifliyinə görə derivativlərin ticarətini təşkil edən dünyanın ən iri meydançalarındandır. 

“CME Group”un Fyuçerslər İnstitutuən yaxşı tədris materiallarını təklif edərək və bazar iştirakçılarını bilik və fyuçers ticarəti üçün lazımi resurslarla təmin edərək dünyanın hər tərəfindənmüəyyən sahələrə aid olan tərəfdaşları ilə işləyir. İnvestorların fyuçers ticarəti və fyuçers opsionlarının fayda və risklərini dərk etməsi məqsədilə “CME Group” müxtəlif səviyyəli strategiyalar hazırlayıb.

“Saxo Bank”ın fyuçerslər və birja opsionları şöbəsinin rəhbəri Patris Eno bildirib:«”Saxo Bank”investisiya təhsili sahəsində mövcud təcrübəsi ilə fəxr edir. Biz istərdik ki, müştərilərimiz ən yaxşı şəkildə ticarət etməyi bacarsınlar və məhz bu səbəbdən maliyyə alətləri üzrə biliklərinin genişlənməsi bizim üçün böyük əhəmiyyət kəsb edir.“CME Group” ilə əməkdaşlıq təhsil xidmətləri paketini genişləndirəcək».

“CME Group”un baş icraçı direktoru və pərakəndə satış şöbəsinin rəhbəri Mark Omens qeyd edib: «“Saxo Bank”ın geniş müştəri şəbəkəsi “CME Group”a fyuçers bazarı ilə maraqlanan treyderləri cəlb etməyə, həmçinin  onların bacarıqlarını artıracaq resurs və biliklərlə təmin etməyə imkan yaradacaq».

“CME Group”un Fyuçerslər İnstitutufyuçerslər bazarında ticarət etməyi, ticarət simulyasiyalarını və bazar tədqiqatlarının aparılmasını öyrədən innovativ onlayn platformadır. Sözügedən institutda, həmçinin onlayn məsləhət almaq, interaktiv təhsil modullarından, bazar təhlili və ticarət simulyatorlarından istifadə etmək mümkündür. İnternet səhifəsi vasitəsilə (www.myfuturesinstitute.com/saxo) iştirakçılar fyuçers bazarları haqqında məlumat əldə edib, həmçinin müxtəlif ticarət strategiyaları ilə tanış olub onları modelləşdirilmiş ticarət mühitində sınaqdan keçirə bilərlər.

“Saxo Bank” – marjinal onlayn ticarət və derivativlər ticarəti sahəsində xidmət göstərən, həmçinin geniş məhsullar spektrini təklif edən aparıcı tədarükçüdür. “Saxo Bank”ın ticarət platformalarında 30 mindən çox maliyyə alətindən yararlanmaq mümkündür. Bankın kompleksli ticarət platformaları həm müəssisə, həm də pərakəndə müştərilərə etibarlı, rəqabətə davamlı və innovativ ticarət həllərini təklif edir.

 

“Saxo Bank” haqqında:

“Saxo Bank” özəl investor və korporativ müştərilərə ticarət üçün xidmətlər və investisiya strategiyasının tam spektrini təklif edən və multi-aktivlərin və investisiyaların online ticarəti ilə məşğul olan aparıcı peşəkar təşkilatdır. Onun TradingFloor.com maliyyə ictimai portalı multi-aktivlərin online ticarəti üçün ilk sosial platformadır. Avropada tam lisenziyaya malik olan ”Saxo Bank” müştərilərinə kompüter, planşet və smartfonlarda vahid akkauntla 20 dildə əlçatan olan və mükafata layiq görülmüş ” SaxoTrader” platforması vasitəsilə FX, CFDs, ETFs, ”Stocks”, ”Futures”, ”Options” və s. platformalarda ticarət aparmaq imkanını yaradır. Sözügedən platformanı dünya üzrə 100-dən çox maliyyə təşkilatı bəyənib. ”Saxo Bank” ənənəvi bank xidmətləri ilə yanaşı, ”Saxo Privatbank” vasitəsilə peşəkar portfolio və pul vasitələri menecmentini də təklif edir. 1992-ci ildə təsis edilmiş “Saxo Bank”ın baş ofisi Kopenhagendə yerləşir. Bundan başqa, bankın Avropa, Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrika və Avstraliya da daxil olmaqla 26-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment