1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” şirkəti maarifləndirmə işlərini uğurla davam etdirir
19.04.2016

Baki, Finance Time.  “PAŞA Həyat” şirkəti maarifləndirmə layihəsi çərçivəsində “Sığorta və sığorta mədəniyyəti” mövzusunda tələbələr üçün növbəti 73-cü təlimini başa çatdırıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, bu ilin aprel ayının 13-15-i tarixlərində şirkətin baş ofisində təşkil olunmuş təlimdə ölkənin müxtəlif ali təhsil ocaqlarından dəvət almış tələbələrlə yanaşı, mövzu ilə maraqlanan digər şəxslər də iştirak edib.

Təlimdə tələbələrə həyat və qeyri-həyat sığortası, sığorta qanunvericiliyi, eləcə də Azərbaycan və xarici sığorta bazarlarının müqayisəsi haqqında geniş məlumat verilib.

Təlimin sonunda tələbələrlə xatirə şəkili çəkilib, onlara “PAŞA Həyat”ın  müvafiq sertifikatları təqdim olunub.      

Qeyd edək ki, “PAŞA Həyat” 2013-cü ilin iyul ayından başlayaraq ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının tələbələri üçün sığorta sahəsinə aid müxtəlif mövzularda ustad dərsləri (Master Klaslar) təşkil edir.

Tələbələr arasında belə bir təlimin təşkil edilməsində əsas məqsəd iqtisadi sahədə təhsil alan tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bilik və bacarıq qabiliyyətlərini daha da artırmaq, eyni zamanda cəmiyyəti sığorta sahəsi haqqında maarifləndirməklə yanaşı, sığorta bazarının inkişafına dəstək olmaqdır.

İndiyədək təşkil olunan təlimlərdə müxtəlif ali təhsil ocaqlarından 1700-dək tələbə iştirak edib.Təlimdə iştirakçı sayının çox olması şirkətin sosial məsuliyyət çərçivəsində gənclərin sığorta sahəsində maariflənməyə verdiyi mühüm dəyərin bariz nümunəsi kimi qiymətləndirmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment