1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Saxo Bank” genişmiqyaslı strateji əməkdaşlıq sayəsində Çində maliyyə texnologiyaları sahəsində iştirakını genişləndirir
21.04.2016

Baki, Finance Time. “Saxo Bank”, “Wallstreet CN” və “LeanWork” arasında üçtərəfli saziş imzalanıb ki, sözügedən sənəd bank üçün Şanxay azad ticarət zonasında 2015-ci ilin sentyabrında nümayəndəliyinin açılışından sonra Çində iştirakını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradır.

Çinin ən məşhur maliyyə nəşrlərindən biri sayılan “Wallstreet CN”nin oxuyucuları “LeanWork”un təqdim etdiyi ticarət sistemi və “Saxo Bank”ın açıq API-si əsasında “Wallstreet CN” tərəfindən hazırlanmış WEEX onlayn ticarət platforması vasitəsilə dünya kapital bazarlarına çıxış əldə edəcəklər.

“Bu unikal əməkdaşlıq “Saxo Bank”ın açıq API-sinin üstünlüklərini vurğulayır. Parametrlərin məhdudiyyətsiz imkanları sayəsində açıq API hazırda və gələcəkdə ticarət texnologiyalarının effektivliyini artırmaq imkanı yaradacaq. Bu, bütün iştirakçılar üçün qazanc dolu əməkdaşlıq deməkdir və biz Çin investorlarının imkanlarını artıran iki uğurlu startap ilə əməkdaşlıq etməyə olduqca şadıq”, - deyə “Saxo Bank”ın həmtəsisçisi və baş direktoru Kim Furne qeyd edib.

“Saxo Bank” – açıq API adını daşıyan REST əsasında yeni API vasitəsi ilə öz ticarət infrastrukturuna giriş təqdim edən ilk maliyyə institutlarından biridir. Bu addım “Saxo Bank”da aktivlərin hər növ ticarətinə və “back-office”in infrastrukturuna toxunaraq bankın tərəfdaşları, müştəriləri və kənar tətbiqçilərə ticarət infrastrukturu sahəsində 20 il ərzində inkişaf edilmiş yeniliklərə giriş təmin edir və qazancın artırılması üçün ticarət mühitini öz üstünlüklərinə görə uyğunlaşdırmaq imkanı yaradır.

Vu Saopen 2013-cü ildə Nyu-Yorkda yaşadığı dövrdə “Wallstreet CN” resursunun əsası qoyub və ilkin vaxtlarda resursu şəxsi bloq kimi nəzərdə tuturdu. Həmin ilin may ayında Çinə qayıtdıqdan sonra o, şirkətini Şanxayda qeydiyyatdan keçirdi. O, həmçinin “China Ping An” və “Hai Tong Securities” kimi investisiya fondlarının və tanınmış Çin institutlarının vençur investisiyalarını cəlb edə bilib.

Ötən 3 il ərzində “Wallstreet CN” populyarlıq qazandı və hər ay 15 milyon fərdi istifadəçi cəlb edə bildi. Hazırda resurs Çin səhmdarlarını mühüm iqtisadi və bazar xəbərləri ilə təmin edən qabaqcıl maliyyə resursuna çevrilib.

“Mənim üçün “Saxo Bank” və “LeanWork” ilə əməkdaşlıq böyük şərəfdir, “Saxo Bank” onlayn texnologiyalar və ticarət sahəsində liderdir. “Saxo Bank”ın qlobal iştirakı, “LeanWork”un regional əhatəsi və “Wallstreet CN” Çin investorlarına yönəlmiş WEEX ticarət platformasını rəqibsiz üstünlüyə çatdıracaq”, - deyə “Wallstreet CN”in təsisçisi və baş direktor Vu Saopen bildirib.

“LeanWork” – Honkonqda yerləşən gənc texnologiya şirkətidir. Şirkət fəaliyyətini brokerlər üçün çoxsaylı həllərin yaradılması ilə başlamış ki, sonradan Çin broker şirkətləri arasında populyarlıq qazana bilib. Hazırda “LeanWork” 30-dan çox İT-mütəxəssis fəaliyyət göstərən böyük işçi qrupa malikdir. Şirkətin ofisləri Çinin fərqli şəhərlərində yerləşir.

«“Saxo Bank”, “Wallstreet CN” və “LeanWork” – möhtəşəm komandadır. “Saxo Bank” onlayn ticarət sahəsində aparıcı maliyyə institutudur və 30 mindən artıq maliyyə alətindən istifadə hüququnu təmin edir. “LeanWork” regional özəllikləri başa düşür və İT sahəsində böyük təcrübəyə malikdir. Bunlar öz növbəsində yerli istifadəçilər üçün mükəmməl ticarət şəraiti yaradır», - deyə “LeanWork”un icraçı direktoru və təsisçisi Darren Syan vurğulayıb.

Əməkdaşlıq haqda saziş Danimarkanın Şanxaydakı Konsulluğunda Damimarkanın Şanxaydakı baş konsulu Nikolay Prisin iştirakı ilə imzalanıb.

 

 

“Saxo Bank” haqqında:

“Saxo Bank” özəl investor və korporativ müştərilərə ticarət üçün xidmətlər və investisiya strategiyasının tam spektrini təklif edən və multi-aktivlərin və investisiyaların online ticarəti ilə məşğul olan aparıcı peşəkar təşkilatdır. Onun TradingFloor.com maliyyə ictimai portalı multi-aktivlərin online ticarəti üçün ilk sosial platformadır. Avropada tam lisenziyaya malik olan ”Saxo Bank” müştərilərinə kompüter, planşet və smartfonlarda vahid akkauntla 20 dildə əlçatan olan və mükafata layiq görülmüş ” SaxoTrader” platforması vasitəsilə FX, CFDs, ETFs, ”Stocks”, ”Futures”, ”Options” və s. platformalarda ticarət aparmaq imkanını yaradır. Sözügedən platformanı dünya üzrə 100-dən çox maliyyə təşkilatı bəyənib. ”Saxo Bank” ənənəvi bank xidmətləri ilə yanaşı ”Saxo Privatbank” vasitəsilə peşəkar portfolio və pul vasitələri menecmentini də təklif edir. 1992-ci ildə təsis edilmiş “Saxo Bank”ın baş ofisi Kopenhagendə yerləşir. Bundan başqa, bankın Avropa, Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrika və Avstraliya da daxil olmaqla 26-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment