1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Lizinq


Joint Leasing sabit inkişafını davam etdirir
28.08.2012

Baki, Finance Time.  Joint Leasing şirkəti Azərbaycanın lizinq bazarında uğurlu fəaliyyətini davam etdirir. 2012-ci ilin əvvəlindən başlayaraq, şirkət müxtəlif sahələrdə reallaşdırılan layihələri maliyyələşdirmiş, sahibkarlarla və fərdi iş adamları ilə perspektivli işbirliyi qurmuşdur.

Bu ilin 1 avqust tarixinə şirkətin lizinq portfeli 35 mln. AZN  təşkil etmişdir.

Şirkətin baş direktoru Elçin Əhmədovun sözlərinə görə, Joint Leasing biznesin effektivliyinin artırılması istiqamətində planlı fəaliyyətini gələcəkdə də davam etdirmək niyyətindədir. “Maliyyə sektorunun vacib bir hissəsi kimi, Azərbaycanın lizinq şirkətləri də hazırda mürəkkəb dövrdə fəaliyyət göstərirlər. Yalnız düzgün strategiya qurmuş, risklərin qarşısını almaq üçün müvafiq preventiv tədbirlər görmüş, portfelin diversifikasiyasını təmin etmiş lizinq şirkətləri hazırda uğurla fəaliyyətlərini davam etdirirlər”, - deyə, E.Əhmədov bildirib. Baş direktorun fikrincə, Joint Leasing-in əldə etdiyi sabit maliyyə göstəriciləri göstərir ki, şirkət biznes üçün əhəmiyyət kəsb edən əsas istiqamətlərdə dayanıqlı inkişaf edir.

Joint Leasing risklərin və likvidliyin idarə olunmasına xüsusi önəm verməklə yanaşı, müştərilərin tələblərini nəzərə alır və onlara yüksək keyfiyyətli müasir lizinq məhsulları təklif edir. Hazırda Joint Leasing şirkəti ağır texnika, tikinti və istehsal avadanlıqları, yük maşınları və avtomobil, tibbi avadanlıq, biznes üçün əmlak üzrə lizinq məhsulları təklif edir. Səhmdarı, ölkənin və regionun ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə zəngin maliyyə resursları sayəsində Joint Leasing istər kiçik və orta, istərsə də ciddi maliyyə dəstəyi tələb edən iri biznes layihələrini maliyyələşdirməyə hazırdır.

2012-ci ilin sonuna kimi şirkət, səhmdarları DH Leasing LTD və ABB-nın dəstəyi ilə göstəricilərini daha da yaxşılaşdırmaq niyyətindədir. Şirkət cari ildə ixracın maliyyələşdirilməsi sxemindən daha geniş istifadəni nəzərdə tutur. Joint Leasing həmçinin maliyyə resurslarının diversifikasiyası məqsədi ilə digər maliyyə mənbələrindən vəsaitlər cəlb etməyi planlaşdırır.

Joint Leasing Company 2007-ci il 14 iyun tarixindən etibarən “Azərlizinq” şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərir. Joint Leasing şirkətinin təsisçiləri Böyük Britaniyanın DH Leasing LTD şirkəti (52,4%) və Azərbaycan Beynəlxalq Bankıdır (47,6%). Hazırda şirkətin nizamnamə kapitalı 700 min manat təşkil edir. Azərbaycanın ilk lizinq şirkəti olan “Azərilizinq” BM 1999-cu ildə yaradılıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment