03 may 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102011498 ISIN kodlu, 91 gün tədavül müddətli, 15 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Sifarişlər 7 investor tərəfindən 14 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 44,451,100.00 AZN təşkil etmişdir.
Sifarişlər 97.6000 (gəlirlik 9.9999%) və 96.2020 (gəlirlik 16.0549%) qiymət intervalında təqdim edilmişdir.
İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 97.1320 (gəlirlik 12.0075%) orta ölçülmüş qiymət 97.2377 (gəlirlik 11.5524 %) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 04.05.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 15 000 000 AZN məbləğində müəyyən edilmişdir.
İstiqrazların ödəmə tarixi 02 avqust 2016-cı ildir.
İstiqrazların tədavül müddəti – 91 gündür.