Baki, Finance Time. 17 may 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104013492 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Sifarişlər 6 investor tərəfindən 9 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 20,249,200.00 AZN təşkil etmişdir.
Sifarişlər 80.0808 (gəlirlik 25.0109%) və 91.3500 (gəlirlik 9.5212%) qiymət intervalında təqdim edilmişdir.
İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 83.3333 (gəlirlik 20.1102%) orta ölçülmüş qiymət 89.4131 (gəlirlik 11.9056 %) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 18.05.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 000 000 AZN məbləğində müəyyən edilmişdir.
İstiqrazların ödəmə tarixi 16 may 2017-cı ildir.
İstiqrazların tədavül müddəti – 364 gündür.