Baki, Finance Time. 31 may 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102014492 ISIN kodlu, 91 gün tədavül müddətli, 5 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 10 investor tərəfindən 15 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 25,840,700.00 AZN təşkil etmişdir.
Sifarişlər 95.9340 AZN (gəlirlik 17.2358 %) və 98.1600 AZN (gəlirlik 7.6229 %) qiymət intervalında təqdim edilmişdir.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 97.5675 AZN (gəlirlik 10.1387 %) orta ölçülmüş qiyməti 97.8326 AZN (gəlirlik 9.0093 % %) təşkil etmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 01.06.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 5 000 000 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 30 avqust 2016-cı ildir.
İstiqrazların tədavül müddəti – 91 gündür.