Baki, Finance Time. 05 iyul 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0101003512 ISIN kodlu, 91 gün tədavül müddətli, 20 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 11 investor tərəfindən 20 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 67,259,700.00 AZN təşkil etmişdir.
Sifarişlər 96.4427 AZN (14.9999%) və 98.4053 AZN (6.5902%) qiymət intervalında təqdim edilmişdir.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 98.2847 AZN (7.0972%) orta ölçülmüş qiyməti 98.3422 AZN (6.8553%) təşkil etmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 08.07.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 20 000 000 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 04.10.2016-cı ildir.
İstiqrazların tədavül müddəti – 91 gündür.