1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Minlərlə gəncin sahibkarlıq vərdişlərini inkişaf etdirən “Öz biznesinə başla!” adlı silsilə təlimləri başa çatıb
13.07.2016

Baki, Finance Time. "Coca-Cola" şirkəti, Azərbaycan Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin(DVC) dəstəyi iləhəyata keçirilən “Youth Inc.” gənclərin sahibkarlıq proqramı çərçivəsində “Öz biznesinə başla!” silsilə təlimlərin bağlanış və mükafatlandırma mərasimi keçirilib. “Youth Inc.” Biznes İnkubasiya Mərkəzində təşkil olunmuş tədbirdə layihə iştirakçıları, proqramın koordinatorlarıvə tərəfdaşları iştirak ediblər.

2016-cı ilin ilk yarısını əhatə edən “Öz biznesinə başla!” layihəsi çərçivəsində 12 ali təhsil ocağı, bir sıra gənclər təşkilatı, eləcə dəbütün “ASAN xidmət”mərkəzlərindəvə digər təlim-tədris ocaqlarında 36təlim keçirilməklə 1500 gəncsahibkarlığın əsaslarına yiyələnib.Təlimlərinməqsədi gənclərdə biznes ideyalarının formalaşdırılması, investorların cəlb olunması, maliyyə mənbələrinin tapılması, biznes ideyanın təhlilinin aparılması, biznesin qeydiyyatı və s. mövzularda bilik və məlumatın artırılması olub.

Təlim iştirakçıları arasından biznes təlimçi – multipleyer adını qazanmış 30-a yaxın gənc seçilib. Bu gənclər “Öz biznesinə başla!” layihəsi çərçivəsində nəzəri biliklər öyrədilib, həmçinin auditoriya qarşısında çıxış etmək, kütləni ələ almaq, liderlik bacarıqlarını nümayiş etdirmək və s. bacarıqlar aşılanıb. Daha sonra öyrəndikləri bilik və bacarıqları nümayiş etdirən biznes təlimçilər fəaliyyətləri dövründə öz həmyaşıdları – universitet tələbələri, gənclər təşkilatları nümayəndələrinin qarşısında çıxış ediblər.

Bağlanış mərasimində çıxış edənDVC-nin proqram direktoru Ələkbər Mustafayev keçirilən təlimlərin əhəmiyyətini vurğulayıb: “Sahibkarlığın inkişafı bugünkü gənclərin bu sahə üzrə bilik və məlumatlılıq dərəcəsi, eləcə də bu sahəyə olan maraq və istəklərindən birbaşa asılıdır. Gəncləri sahibkarlığa həvəsləndirməklə Azərbaycanda bu seqmentin davamlı inkişafı üçün çalışırıq. Düşünürəm ki, bundan sonra da sahibkarlığın inkişafı üçün ölkə gənclərinə diqqət ayırmalı, auditoriya üçün sahibkarlıq mədəniyyətini təbliğ etməli, sahibkarlıq ruhunun aşılanması üçün ilkin biliklər verməliyik”.

“Sevindiricidir ki, aramızda özünü və ətrafını inkişaf etdirmək istəyən gənclər var. Yeni dərs ilində təlimçilərimiz yeni mövzularla fərqli hədəf qruplarına öz təlimlərini keçəcək. Proqramın koordinatoru olaraq hər bir kiçik nüansı belə diqqətdə saxlayacağıq”, - deyə “Youth Inc.” proqramının koordinatoru Müşviq Həsənov qeyd edib.

Tədbirdə iştirak edən "Coca-Cola" şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib: “Çox şadam ki, bu gün “Youth Inc.” proqramı növbəti layihəsini uğurla yekunlaşdırır. Təqdirəlayiqdir ki, proqramın təlimçi gəncləriilk olaraq sahibkarlıq fəaliyyəti, biznes və biznesin əsas elementləri barədə, eləcə dəonun əhəmiyyəti haqqında öyrənib daha sonra digərlərini də məlumatlandırırlar. Gənclərin iqtisadi imkanlarının yüksəldilməsi“Coca-Cola”nın ölkədə fəaliyyətinin başlıca istiqamətlərindən biridir. Məhz buna görə layihənin həyata keçirilməsində əməyi keçən hər kəsə, xüsusi olaraq da təlimçilərimizə təşəkkür edirəm. Onların sayəsində “Coca-Cola”-nın dəstəklədiyi bu proqram Azərbaycan cəmiyyətinə müsbət dəyişikliklər bəxş etməyə davam edir. Növbəti addımlarında proqram iştirakçılarına  uğurlar arzulayıram!”

Rəsmi çıxışlardan sonra xüsusi meyarlar, o cümlədən keçirilən təlimlərin sayı, təlimdə iştirakçı sayı, təlim öncəsi və sonrası test nəticələri əsasında aparılandəyərləndirmənin nəticələri açıqlanıb və bütün iştirakçılar sertifikatla, layihə boyu ən yaxşı nəticə göstərən 2 təlimçi isə dəyərli hədiyyələrlə mükafatlandırılıb.

“Keçdiyim təlimlər, qazandığım uğur mənə əsl həyat təcrübəsi oldu. Təlimlər zamanı insanları tanımaq, onlara təsir etmək, informasiyanı düzgün şəkildə ötürmək və geri almağın vacibliyini öyrəndim. Artıq geniş auditoriya qarşısında çıxışımı maraqlı etməyin yollarını öyrəndim. Təşəkkürlər “Youth Inc.!”, -deyə təlimçi Aysel Məmmədova bildirib.

“Uğur xəritəmi çəkdikdə yolumun məhz “Youth Inc.” proqramından keçməsini görmək çox sevindiricidir. Hədəflərimə çatmağa yardımçı olan hər kəsə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm”, - deyəproqramın təlimçisiElçin Hacıəliyev öz təəssüratları ilə bölüşüb.

“Öz biznesinə başla!” silsilətəlimlərininbağlanış və mükafatlandırma mərasimini bu link keçid vasitəsilə izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=lUVmtIvcts0

Qeyd edək ki, Azərbaycanda 2013-cü ilin yanvar ayından uğurla həyata keçirilən "Youth Inc." proqramı "Coca-Cola", Azərbaycan Gənclər və İdman Nazirliyi və DVC təşkilatının dəstəklədiyi uzunmüddətli gənclər proqramıdır. "Youth Inc."in aktiv fəaliyyət göstərdiyi illər ərzində proqram məzunları 8 müxtəlif biznes layihələr həyata keçirib və 5 minə yaxın gənc müxtəlif seminarlarda iştirak edib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment