1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank “Təhsil avtobusu” layihəsini təşkil edir
14.07.2016

Baki, Finance Time. Kapital Bank “Azərbaycan üçün öyrət” (“Teach for Azerbaijan”) beynəlxalq təhsil proqramı çərçivəsində “Təhsil avtobusu” adlı Yay Məktəbi layihəsini keçirir. Bununla bağlı keçirilən tədbirdə Təhsil Nazirinin müaviniFirudin Qurbanov, millət vəkilləri, dövlət rəsmiləri və digər qonaqlar iştirak edirdi. Layihə 13-21 iyul 2016-cı il tarixləri arasında keçiriləcək.

“Təhsil avtobusu” adlı Yay Məktəbi Gəncə, Şəki, Lənkəran və Quba şəhərləri üzrə təhsil marafonuna çıxacaq. Marafonda əsasən zəif nəticə göstərən məktəblər iştirak edəcək. Hər bölgədə 2 gün davam edən layihədə müəllimlər, şagirdlərin mövcud biliklərini, mənimsəmə qabiliyyətini dəyərləndirmək üçün bir sıra mövzuları tədris edəcəklər.

“Kapital Bank Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan üçün öyrət” layihəsini dəstəklədi. LayihəüzrəBakıda, Lənkəranda, Qubada, Şəkidə və Gəncədə olan məktəblərdə akademik dərslər və fərdi inkişaf təlimləri keçirilib.Təhsil mövsümününsonunda isə“Təhsil avtobusu” Yay Məktəbini keçirmək qərarına gəldik. Əminəm ki,bu layihə də təhsil sahəsinin inkişafına öz töhfəsini verəcək və şagirdlərin dərsə olan marağını artıracaq” – deyə, Kapital Bank-ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva bildirib.

Qeyd edək ki, “Azərbaycan üçün öyrət” təhsil proqramı ölkənin təhsil strategiyasına uyğun olaraq, ümumtəhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment