1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Quşçularının Beynəlxalq Forumu” keçirilib
19.08.2016

Azərbaycan  Respublikası  Sahibkarlar  (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyası və Avrasiya Quşçular Assosiasiyasının təşəbbüsü Azərbaycan Quşçular Assosiasiyasının dəstəyi ilə  19 avqust 2016-ci il tarixdə  Bakı Biznes Mərkəzində   Quşçularının Beynəlxalq Forumu  keçirilib.

Tədbirdə hökumət nümayəndələri, eləcə də avadanlıq,  yem əlavələri, baytarlıq preparatları təchizatçısı olan MDB və xarici dövlətlərin, habelə digər maraqlı şirkətlərin, Azərbaycan  Respublikası  Sahibkarlar  (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyasının, Azərbaycan Quşçular Assosiasiyasının, Avrasiya Quşçular  Assosiasiyasının üzvü olan müəssisələrin, əlaqədar təşkilatların rəhbər və səlahiyyətli nümayəndələri iştirak  ediblər.

Tədbiri açıq elan edən Azərbaycan  Respublikası  Sahibkarlar  (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyasının prezidenti Məmməd Musayev  quşculuq sahəsində təcrübənin yayılması istiqamətində mühüm əhəmiyyət kəsb edən Beynəlxalq Quşçuluq Forumunun iştirakçılarını salamladı.

M.Musayev çıxışında qeyd etdi ki,  sahibkarlığın inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Dünya əhalisinin sürətlə artması nəticəsində ərzaq təhlükəsizliyi əsas problem olduğu dövrdə hər bir ölkə öz əhalisini ərzaq məhsulları ilə təmin etmək ücün bir sıra dövlət proqramları həyata kecirilir.  

Son  illər ölkədə özəl sektorun inkişaf etdirilməsi istiqamətində mühüm qərarlar qəbul edilir, demək olar ki, sahibkarlıq yeni dövrə qədəm qoyur. İqtisadiyyatın bir çox sahələri kimi, respublikada quşçuluğun daha da inkişaf etdirilməsi daima dövlətin diqqət mərkəzindədir. Azərbaycanda quşçuluq sahəsi son illər  sürətlə inkişaf edir. Ölkədə istehsal olunan yüksək keyfiyyətli quş əti daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə ixrac potensialı da yaradılıb. İntensiv inkişaf sayəsində ölkə  98% quş əti, 100% yumurta istehsalı ilə özünü təmin edir. Belə ki, cari ilin yanvar-iyun aylarında quşçuluq fabriklərində diri çəkidə 30,4 min ton quş əti, 342,9 milyon ədəd yumurta istehsal olunmuşdur. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 10,2 milyon baş olmuş, hər yumurtlayan toyuqdan orta hesabla 106 ədəd yumurta alınmışdır.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Forum iştirakçılarını salamladıqdan sonra Quşçuluq sahəsindəki vəziyyətdən, həmin sahənin müasir standartlara  uyğun məhsul istehsalı qabiliyyətindən söhbət açmışdır.

Bu sahəyə daim dövlət dəstəyi göstərilmiş, 2009-cu ildən başlayaraq  Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına kreditlər verilmişdir. Nəticədə yeni quşçuluq kompleksləri inşa olunmuş, fəaliyyət göstərən fabriklər yenidən qurulmuş və müasir avadanlıqla təchiz olunmuşdur. Bu gün quş məhsulları istehsalı əvvəlki illərə nisbətən bir neçə dəfə artmışdır. İllik quş əti istehsalı 100 min tona, yumurta istehsalı 1,5 milyard ədədə çatmışdır. Ölkə əhalisinin quş məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin olunur.

Quş əti məhsullarının istehsalı ilə məşğul olan iş adamlarının həyatında mühim hadisə hesab olunan  bu forumda quşçuluqda yemlənmə, baytarlıq, zootexnika və müasir avadanlıqlarla təhcizat  məsələləri  müzakirə olunmuşdur.

Avrasiya  Quşçuluq Assosiasiyasının  prezidenti  Sergey Şabayev Avrasiya Quşçular Assosiasiyasının qarşısında duran hədəflərdən söhbət açıb.  Sergey Şabayev  bildirib ki, bu sahənin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu sahədə qarşılıqlı  əməkdaşlıq Azərbaycanda quşçuluğun  inkişafına təkan vermiş olar.

Forumda  eyni zamanda bildirildi ki, hazırda quş ətinin ixracı üçün xarici bazarlar  axtarılır, ilkin olaraq MDB ölkələrinə çıxış  nəzərdə tutulmuş, ölkədə ilk dəfə olaraq kənd təsərrüfatının quşçuluq sahəsində daxili tələbatı ödəməklə yanaşı, xaricə ixrac imkanı da yaradılmışdır.

Daha sonra forum ayrı-ayrı sesiyalarla öz işini davam etdirib.

Qeyd edək ki, ötən il keçirilən Beynəlxalq Quşçuluq Forumu çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyası ilə Avrasiya  Quşçuluq Assosiasiyası  arasında birgə əməkdaşlıq müqaviləsi imzalanmışdı. Bu sənəd əsasında iki təşkilat arasında təcrübə mübadiləsi aparmaqla yanaşı, bu sahədə analitik məlumatların hazırlanması, müasir avadanlıqların əldə edilməsi ilə bağlı əməkdaşlıq da  həyata keçirilir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment