1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bu ilin II rübündə internet vasitəsilə yoluxma riskinə ən çox Azərbaycandan olan istifadəçilər məruz qalıb
25.08.2016

Baki, Finance Time.  “Kaspersky Lab” şirkətinin məlumatına əsasən, 2016-cı ilin ikinci rübündəAzərbaycandan olan hər üçüncü istifadəçi ən azından bir dəfə veb-təhlükələr ilə rastlaşıb və bu, dünya üzrə ən yüksəkgöstərici hesab olunur.

Beləliklə, internetdə yoluxma riskinə ən çox məruz qalmış istifadəçilərsiyahısında Azərbaycan birinci yerdə qərarlaşıb, halbuki ilin əvvəlində dördüncü pillədə idi. Liderlər üçlüyündə həmçinin Rusiya və Çin yer alıb, Azərbaycan isə bu top üçlükdən Qazaxıstanı sıxışdırıb çıxarıb. İkinci rübdə orta hesbala Azərbaycandan olan hər bir istifadəçinin payına 10,5 veb-təhlükə düşüb.

Buna baxmayaraq, lokal yoluxma təhlükəsinin yayılma dərəcəsinə görə aprel-iyun aylarında Azərbaycan heç ilk iyirmilikdə belə yer almayıb. Bu o deməkdir ki, keçən rübdəAzərbaycanda fayllar və portativ yaddaş daşıyıcıları vasitələri ilə kompüteri yoluxdurma riski digər ölkələrlə müqayisədə daha zəif idi.

“Şəbəkədə kibertəhlükələrin sayı hər gün dayanmadan artır, zərərverici proqramlar isə daha da qəlizləşir və güclənir. Səhlənkarlıq və diqqətsizlik göstərərək istifadəçi naməlum linkə daxil olduğu və ya naməlum şəxsin göndərdiyi məktubda əlavəni açdığı zaman öz kompüterinə çoxsaylı zərərvericilərdən birini yükləmə riskinə məruz qalmaqla yanaşı qiymətli fayllar iləməxfi məlumatları risk altına atır.Yeni və hələ geniş yayılmamış təhlükələri müəyyən edən güclü texnologiyaya malik etibarlı müdafiə həll vasitəsilə bu riskləri və onlarla bağlı problemləri aradan qaldırmaq mümkündür”, - deyə “Kaspersky Lab” şirkətinin Azərbaycan üzrə regional nümayəndəsi Müşviq Məmmədov qeyd edib.

2016-cı ilin ikinci rübündə dünya üzrə təhlükələrə dair ətraflı məlumat:

https://securelist.ru/analysis/malware-quarterly/29062/it-threat-evolution-in-q2-2016-statistics/

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment