1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azər Türk Bank məzənnə iddialarına cavab verdi
25.08.2016

Baki, Finance Time. Azər Türk Bank ABŞ dollarının bu bankda rəsmi məzənnədən 8,2 % baha satılması ilə bağlı mətbuatda irəli sürülən iddialara aydınlıq gətirib. Bankın yaydığı açıqlamada bu məlumatın həqiqətə uyğun olmadığı bildirilib. Qeyd edilib ki, Azər Türk Bank valyuta satışını Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzərinə maksimum 4 % marja əlavə olunmaqla həyata keçirməkdədir.

Ödəniş kartları ilə konvertasiya əməliyyatları zamanı nağdlaşdırma həyata keçirilərkən də Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə əsas götürülür və bu növ əməliyyatlara 4 % həcmində konvertasiya (mübadilə) komisyonu tətbiq olunur. Ödəniş kartları üzrə nağdsız alış-veriş (POS-Terminallar və ya internet vasitəsilə) əməliyyatları zamanı isə konvertasiya yenə də Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəsi əsasında və üzərinə 0.50 % komissiya haqqısı əlavə olunmaqla həyata keçirilir. Bu səbəbdən də Azər Türk Bankın manat kartları üzrə xarici valyutaya konvertasiya əməliyyatlarına görə komissiya haqlarını artırması və beləliklə kartla valyuta satışının guya rəsmi məzənnə üzərinə 8,2 % əlavə olunmaqla həyata keçirilməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur. Açıqlamada o da vurğulanıb ki, Azər Türk Bank Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə ciddi əməl edir və müştəri məmnuniyyətinə hər zaman böyük önəm verir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment