1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank Mobile MDB məkanında ən mükəmməl mobil əlavələrdən biridir
20.09.2016

Bu haqda “Deloitte & Touche LLC” şirkətinin araşdırması zamanı məlum olub

Baki, FinanceTime.  Deloitte & Touche LLC şirkəti 2016-cı il üçün MDB banklarının mobil əlavələrinin araşdırılması ilə bağlı nəticəni açıqlayıb.  Araşdırmanın nəticəsində Azərbaycan bank sektorunda öz çoximkanlı və unikal xidmətləri ilə seçilən Unibank Mobile,  MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunub. Deloitte şirkətinin bir sıra MDB ölkələrində yerləşən ofislərində aparılan  yerli mobil əlavələrinin ekspes analizi nəticəsində,Azərbaycan bank sistemində ən qabaqcıl mobil banking xidmətinin, məhz Unibankın mobil banking sistemiolduğu qərarına gəlinib.

Funksionallıq baxımından, Unibank Mobile Rusiyanın ilk 5-liyində gedən mobil banking sistemləri ilə eyni səviyyədə qiymətləndirilib. Deloitte ekspertləri hesab edir ki,  Unibank Mobile-ın interfeysi, funksionallığı və naviqasiyası, Rusiyanın ən yaxşı mobil banking xidmətinə malik “Тинькофф Банк”la oxşardır. Hətta müştərilərinə verdiyi xidmət imkanlarına görə “Tinkoff Bank”dan üstünlukləri də var. Məsələn, tətbiq olunmuş sənədlərin əslini təqdim etmədən hesab açarkən müştərinin müəyyənləşdirilməsi (identifikasiya) imkanı Unibankın mükəmməl bir mobil əlavəyə malik olmasının göstəricisidi. Bu imkan Rusiya bazarında hələ tətbiq olunmayıb.

Deloitte-nin araşdırmasında vurğulanır ki, Unibank MobileAzərbaycanın mobil banking xidmətində  imkanlarına və müştərilərin istifadəsinə görə lider mövqedədir.  Üstülüklər sırasında bankın filial və bankomatlarının marşrutunun göstərilməsi, tranzaksiyaların statuslarına baxmaq imkanı, xüsusi təkliflərin bildirişi  üçün  geolokasiyalardan istifadə, aylıq ödənişlərinavtomatik həyata keçirilməsi üçün şablonunun yaradılması və  digər  imkanlar vurğulanır.

Araşdırmada Unibank Mobile-a qoşulmanın bir neçə üsulunun olması, ödənişlərdə çox variantlılıq, bir çox məhsulların, xidmətlərin banka getmədən sifarişi, istifadəsi üçün müştəriyə seçim imkanlarının yaradılması və digər imkanlar bu mobil əlavənin bazardakı digər banking xidmətlərindən üstünlüyü kimi qeyd olunur.

Qeyd edək ki, Unibank  ilk mərhələdə müştəri bazasının 25-30 faizinin mobil banking xidmətindən faydalanmasında maraqlıdır. Hədəf  Unibank müştərisinin banka gəlmədən, bütün bank məhsul və xidmətlərinin 90-95 faizindən öz telefonunda istifadə etmək imkanının yaradılmasıdır. Qoşulması çox asan olan Unibank Mobile  bankın müştərisinə təhlükəsiz, sürətli və rahat bank xidmətləri ilə təmin edir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment