1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Coca-Cola” istifadə etdiyi suyu tam həcmdə təbiətə qaytaranilk şirkət oldu
17.09.2016

Baki, FinanceTime.   Ümumdünya su həftəsində “Coca-Cola” şirkəti 2015-ci ildə təbiətə 337,7 mlrd. litr həcmində su qaytardığını bəyan edib. Bu, şirkətin məhsullarının istehsalında istifadə olunan suyun ümumi miqdarından 15% çoxdur. Bununla da “Coca-Cola” bu hədəfə planlaşdırılandan 5 il daha tez nail olan və gəlir həcminə görə dünyanın ən iri 500 şirkəti (“Fortune-500”) sırasında yer alan ilk şirkət olub.

2015-ci il ərzində “Coca-Cola” şirkəti dünya üzrə əvvəlkindən 5 mlrd. litr daha az – orta hesabla 300,19 mlrd. litr su istifadə edib. Təbiətə qaytarılan 337,7 mlrd. litr suyun 145,8 mlrd. litri istehsalda, qalan hissəsi isə “Coca-Cola”nın ekoloji layihələri sayəsində bərpa edilib. Qeyd olunan məlumatlar ətraf mühitin mühafizəsi üzrə fəaliyyət göstərən “The Nature Conservancy”, “LimnoTech” və “The Global Environment & Technology Foundation”müstəqil şirkətlərin araşdırmalarının nəticələri ilə təsdiqlənib.

2010-cu illə müqayisədə “Coca-Cola” zavodlarında su resurslarından istifadənin effektivliyi 12% artıb. Ümumilikdə isə ötən illə müqayisədə 2004-cü ildən şirkət bu göstəricini qeydə almağa başlayandan etibarən effektivlik 27% çoxalıb. Başqa sözlə, 2004-cü ildə “Coca-Cola” bir litr məhsulun istehsalı üçün ümumilikdə 2,7 litr su sərf edirdisə, hazırda bu göstərici 1,98 litr təşkil edir.

“Bunailiyyət “Coca-Cola” və tərəfdaşlarımız üçün qürurverici bir məqamdır. 2007-ci ildə qoyduğumuz hədəfə nail olmuşuq və bu, şirkətimizin gələcək inkişafın istiqamətlərindən biri olacaq. “Coca-Cola” məhsulu içənlər əmin ola bilər ki, şirkətimiz, o cümlədən istehsalçı tərəfdaşlarımız su istifadəsinə məsuliyyətlə yanaşır. Bununla belə, biz anlayırıq ki, su resurslarının strateji idarə olunması üzrə iş hələ bitməyib və diqqətimizi bundan sonra da ekoloji proqramların inkişafına, fəaliyyətimizin effektivliyinin artırılmasına yönəldəcəyik”, - deyə “Coca-Cola” şirkətinin İdarə Heyətinin sədri və icraçı direktoru Muxtar Kent bildirib.

“Coca-Cola” şirkətibu cür əhəmiyyətli nəticələrə istehsal prosesində suyun maksimum qənaətlə istifadasi, şirkətin bütün zavodlarında texniki suların təmizlənərək tam təhlükəsiz halda təbiətə qaytarmasıvə su qıtlığı olan ərazilərdə yaşayan insanları içməli su ilə təchiz edən layihələrdə iştirakı sayəsində nail olub. Bundan başqa, şirkət ekoloji maariflənmə və ətraf mühitə məsuliyyətli yanaşma ilə bağlı layihələr həyata keçirir. Məsələn, hazırda Azərbaycanda “Coca-Cola” şirkəti, ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyibirgə tərəfdaşlığı çərçivəsində “Ağac əkək, təbiətə töhfə verək” adlı layihə həyata keçirilir.2014-cü ilin fevral ayında başlayan layihə 2020-ci ilədək 100 mindən çox ağacın əkilməsini nəzərdə tutur. Bu günədək layihə çərçivəsində Azərbaycanda 30 mindən çox ağac əkilib. Cari ildə layihənin davamı olaraq daha 15 min ağacın əkilməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi ölkənin öncədən müəyyən edilmiş ərazilərində kütləvi meşələrin salınması və mövcud meşələrin bərpa olunması ilə Azərbaycanda su ehtiyatlarının qorunması və artırılmasına nail olmaqdır. “Coca-Cola” və ADA Universitetinin ağac əkintisi layihəsində müasir damcı suvarma texnologiyasından istifadə olunur ki, bu da öz növbəsində su ehtiyatlarından səmərəli istifadə deməkdir. Ötən il ərzində “Coca-Cola” dünyanın 71 ölkəsində 248 bu cür layihələri dəstəkləyib.

“Coca-Cola” dünya üzrə 863 zavodunun hər birində keyfiyyət, kəmiyyət və digər məsələlər, o cümlədən suyun təmizlənməsi və paylaşdırılması baxımından istehsal prosesinin təşkilində su təchizatının dayanıqlığının təmin edilməsi ilə bağlı sərt tələblər irəli sürür.

«“Azerbaijan Coca-Cola Bottlers” şirkəti Sulutəpə qəsəbəsində yerləşən zavodunda 2016-cı ildə müasir su təmizləmə qurğusunun quraşdırılması üçün 2 mln. ABŞ dolları məbləğində investisiya yatırıb. Bununla da “Azerbaijan Coca-Cola Bottlers” ölkədə bu cür qurğuya malik ilk şirkət olub. Sözügedən qurğu istehsal prosesində istifadə olunan suyu təmizləyərək ətraf mühit üçün tam təhlükəsiz hala gətirməyə imkan verir. Bu, investisiya fəaliyyətimizdə keyfiyyət və təhlükəsizlik standartlarına verdiyimiz yüksək əhəmiyyəti bir daha nümayiş etdirir», - deyə “Coca-Cola”nın Azərbaycandakı zavodunun direktoru Rəna Məmmədova bildirib.

“Coca-Cola”nın su resurslarının idarə olunması proqramı haqqında ətraflı məlumatı şirkətin müvafiq hesabatının səhifəsindən əldə edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment