1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Baltika-Bakı” şirkəti və yol polisi sərxoş idarəetmə probleminə həsr edilmiş aksiya keçiriblər
17.09.2016

Baki, FinanceTime.   16 sentyabr tarixində dünya pivə sənayesinin  liderlərindən sayılan “Carlsberg Group”un bir hissəsi olan“Baltika-Bakı” şirkəti və Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi“Sərxoş sürücülük” probleminə həsr edilmiş birgə aksiya keçiriblər. Aksiya dünya pivə istehsalçılarının “Beynəlxalq Məsuliyyətli Pivə İstehlakı Günü” (“Global Beer Responsibility Day”) adlı qlobal təşəbbüsü çərçivəsində təşkil edilib.

2015-ci ildə dünyanın aparıcı pivə istehsalçıları tərəfindən başlanmış “Beynəlxalq Məsuliyyətli Pivə İstehlakı Günü” təşəbbüsüayıq halda idarəetmənin əhəmiyyəti barədə əhalinin məlumat səviyyəsinin artırılmasına, yetkinlik yaşına çatmayan şəxslər tərəfindən və sükan arxasına alkoqollu içkilərin qəbul edilməsinin yolverilməzliyinə və ümumiyyətlə alkoqol istehlakı mədəniyyətinin inkişafına hədəflənib. 2015-ci ildə ABŞ, Rusiya, Almaniya, Böyük Britaniya, İtaliya, Ukrayna və Çinin də daxil olduğu bir sıra ölkədə bu təşəbbüs çərçivəsində aksiyalar keçirilib. Bu ənənin təşəbbüskarlarından olan“Carlsberg Group”pivə bazarlarında mövcud olduğu ölkələrdə bu problemlərin həllinə böyük diqqət yetirir.

“Carlsberg Group”un bir hissəsi olan “Baltika-Bakı” şirkəti sözügedən təşəbbüsə2016-cı ildə qoşulub. Sentyabrın 16-da Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və “Baltika-Bakı” şirkəti qəza baxımından şəhərintəhlükəli olan nöqtələrdə sərxoş halda avtomobilin idarə edilməsi problemini işıqlandıran aksiya həyata keçiriblər. Yol polisi əməkdaşları avtomobilləri saxlayaraq sürücülərə könüllü alkoqol testindən keçməyi təklif edib və daha sonra 16 sentyabr tarixinin “BeynəlxalqMəsuliyyətli Pivə İstehlakı Günü” olduğunu bildiriblər. “Baltika-Bakı” şirkətinin nümayəndələri isə sürücülərə sərxoş halda sükan arxasına keçmənin risklərini və müxtəlif spirtli içkilərin orqanizmdə həzm olunması müddətlərini əks etdirən məlumat kitabçası və suvenirlərtəqdim ediblər.

Aksiyaçərçivəsində yol polisi və “Baltika-Bakı” şirkəti tərəfindən şəhərin beş nöqtəsində birgə reydlər keçirilib.

“Baltika-Bakı” şirkətinin baş direktoru Viktor Semak: “Mövcud olduğumuz bazarlarda ictimai problemlərə diqqət yetirmək şirkətimizin ənənəsidir. “Baltika-Bakı”nın“BeynəlxalqMəsuliyyətli Pivə İstehlakı Günü”ndə bu beynəlxalq təşəbbüsə qoşulmaq qərarı sözügedən problemə cəmiyyətin diqqətini cəlb etmək və hər növ alkoqollu içkinin məsuliyyətli istehlakını təşviq etməyin əhəmiyyətindən irəli gəlir. Mən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məsələyə biganə yanaşmadıqlarına və aksiyanın təşkilində əməkdaşlığa görə dərin təşəkkürümü bildirirəm”. 

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsininictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov: “Təəssüf ki, hər il dünyada yüzlərlə insan sərxoş halda avtomobil idarə edilməsinin qurbanı olur və bu baxımdan şəhərimiz də istisna deyil. Şübhəsiz, biz bu problemi maksimal dərəcədə effektiv həll etmək üçün əlimizdən gələni əsirgəmirik

və son illər ərzində bu cür qayda pozuntularının sayı azalmaqdadır, lakin Bakı şəhərinin yollarında təhlükəsizliyi təmin etmək məqsədiləsözügedən işləri tam qüvvədə davam etmək bizim başlıca vəzifəmizdir və ölkənin aparıcı pivə istehsalçısı olan “Baltika-Bakı” şirkəti ilə əməkdaşlıq çərçivəsində bu aksiyanın keçirilməsi, avtomobil sahiblərinə ayıq sürücülüyün vacibliyini bir daha xatırlatmaq üçün əla imkandır. Digər tərəfdən mən şadam ki, “Baltika-Bakı” simasında alkoqollu məhsul istehsalçısı bu məsələnin əhəmiyyətini anlayır və şəhərimizin sakinlərinintəhlükəsizliyini hər şeydən üstün tutur”.

 

***

Beynəlxalq Məsuliyyətli Pivə İstehlakı Günü (Global Beer Responsibility Day)

2015-ci ildə əsası qoyulmuş Beynəlxalq Məsuliyyətli Pivə İstehlakı Günü pivə istehsalçılarının, topdan və pərakəndə satış nümayəndələrinin, dövlət və hüquq mühafizə orqanlarının, QHT-lər və digər tərəfdaşların səylərinə diqqətləri çəkməyə hədəflənən “Anheuser-Busch InBev”, “Carlsberg” və  “HEINEKEN” şirkətlərinin başladığı  təşəbbüsdür. “Beynəlxalq Məsuliyyətli Pivə İstehlakı Günü”ndə üç pivə istehsalı şirkəti alkoqolun zərərli istehlakı, həmçinin sərxoş halda avtomobilin idarə edilməsi və yetkinlik çatmamış şəxslərin alkoqoldan istifadə etməsi hallarını azaldan müxtəlif proqramları tətbiq edəcək, həmçinin xidmət və satış nümayəndələri üçün təlimlər və istehlakçılar üçün tədris proqramlarını həyata keçirir.

“Baltika-Bakı” pivə istehsalı zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 km məsafədə yerləşir. Şirkət 2008-ci ildən“Carlsberg Group”un hissəsidir. 2009-cu ilin may ayında isə yenidənqurma işlərindən sonra zavod yenidən istifadəyə verilib. 75% bazar payı ilə pivə sənayesinin lideri olan şirkət Azərbaycanın qeyri-xammal sektorunun ən böyük müəssisələrindən biri və yüzlərcə Azərbaycan vətəndaşının iş yeridir.

Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. Şirkətdə təqribən 250 əməkdaş çalışır və təxminən 400 nəfər  (distributor, agentliklər və podratçılar) iş prosesinə cəlb olunub. “Baltika-Bakı” zavodunun inkişafına yatırılan ümumi məbləğ 47 milyon AZN-dən çoxdur. Şirkət “Xırdalan”, “Tuborg”, “Baltika 7”, “Baltika 0”, “Baltika 9”, “Xırdalan Draft”, “Kuler”, “Əfsanə”, “Jiqulyovskoye Firmennoye” kimi populyar pivə brendləri istehsal edir.

“Carlsberg Group”1847-ci ildə təsis edilib və hazırda dünyada ən böyük pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşir. “Carlsberg Group” dünyanın üç böyük regionu olan Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində fəaliyyət göstərən zavodları  ilə 150-dən artıq ölkədə təmsil olunur. Şirkətin portfelinə 140-dan çox pivə markası daxildir. Qrupun ümumi əməkdaşlarının sayı 45 mindən artıqdır.

 

Əlavə məlumat əldə etmək üçün:

“Baltika-Bakı” MMC-nin və “Carlsberg Qazaxıstan”ın Korporativ münasibətlər üzrə meneceri Nadejda Ovsyannikovaya

Mob: +994 50 245 27 41

Kudryavceva_NA@baltika-baku.az

www.carlsberggroup.com,

“Baltika-Bakı” MMC-nin Korporativ münasibətlər üzrə mütəxəssisi

Lalə Əfəndiyə

Mob: +994 50 286 76 64

Afandi_lr@baltika-baku.az

www.carlsberggroup.com

və ya

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədova

Tel.: +994 12 590 21 33

müraciət edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment