1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Kaspersky Lab” kiçik, orta və iri bizneslərə kiber hücumlardan dəyən zərərin məbləğini müəyyənləşdirib
20.09.2016

Baki, FinanceTime.  “Kaspersky Lab” şirkətinin məlumatına əsasəsn, iri şirkətlər üçün informasiya təhlükəsizliyi ilə bağlı hər hansı bir insident 891 min ABŞ dolları, kiçik və orta bizneslər üçün isə 86,5 min dollarməbləğində zərərə gətirib çıxarır. Müəyyən olunub ki, 2015-ci ilin yazından 2016-cı ilin yazınadək dünyada bütün təşkilatlar müxtəlif kiberhücumların qurbanı olub. Şirkətlərin 1/3 hissəsindən çoxu əməkdaşların İT resurslarından düzgün istifadə etməməsi və ya zərərli proqlamlara yoluxma biznesin aşağı məhsuldarlığına səbəb olub.

Dəymiş zərərin məbləğini hesablamaq məqsədilə “Kaspersky Lab” şirkəti təşkilatlardan onlara qarşı edilmiş ciddi kiberinsidentlərin səbəb olduğu itkiləri qiymətləndirməyi xahiş edib. Şirkətlər itirdikləri işlərə görə əldə edə biləcəkləri mənfəəti, həmçinin kiberhücumlarla mübarizəyə xərclədikləri məbləği hesablayıblar. Eyni zamanda, bura işçiləri əlavə işlədikləri vaxta görə edilən ödənişə, təhlükəsizlik sisteminin yaxşılaşdırılmasına, kənardan mütəxəssislərin cəlb olunmasına, yeni işçilərin  işə götürülməsinə, informasiya təhlükəsizliyi barədə təlimlərin təşkilinə, şirkətin nüfuzunu bərpa etmək üçün aparılan PR-aktivliklərəçəkilən xərclər də daxil edilib. İri şirkətlər gələcəkdə baş verə biləcək bu cür hücumların qarşısını almaq üçün orta hesabla xarici ekspertlərə 86 min dollar, işçilərin təlimatlandırılması üçün isə 79 min dollar xərcləyir. Bu göstəricilər iri olmayan təşkilatlar üçün müvafiq olaraq 11 min və 7 min dollardır. Xərclərin bu iki mərhələsi ümumi zərərin sadəcə 1/5 hissəsini təşkil edir.

“Biznes sahibləri çox gözəl anlayırlar ki, sadəcə bir kiberinsident hansı nəticələrə gətirib çıxara bilər. Belə ki, iri olmayan şirkətlərin 59%-i, iri şirkətlərin isə 62%-i bu xərclərin çıxarıb çıxarılmamasından asılı olmayaraq korporativ informasiya təhlükəsizliyi sistemlərini inkişaf etdirməyə hazırlaşır. Lakin hücumlarla uğurlu mübarizə üçün etibarlı təhlükəsizlik vasitələri ilə yanaşı tez reaksiya vermək bacarığı da lazımdır: şirkət insident haqqında nə qədər gec şübhələnirsə, nəticələrin aradan qaldırılması xərcləri də bir o qədər çox olur. Biznesləronlara zərər verə biləcək hadisələrə qarşı sürətli reaksiyavermə bacarıqlarını inkişaf etdirməlidirlər, bunun üçün isə müəyyən biliklərin olması qərəkdir. Məhz buna görə də biz şirkətlərə İT təhlükəziliyi təmin etmək üçün korporativ büdcənin həcmindən asılı olmayaraqeffektiv alətlərlə yanaşı kiberhücumların aşkar edilməsi üzrə sahib olduğumuz təcrübə və bilikləri təqdim edirik”, - deyə “Kaspersky Lab” şirkətinin Rusiya, Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə icraçı direktoru Sergey Zemkov bildirib.

İstənilən miqyaslı müəssisənin kompleksli müdafiəsi üçün “Kaspersky Lab” şirkəti “Business Kaspersky Security”universal təhlükəsizlik platformasını təklif edir. Bura İT infrastrukturun hər bir elementini geniş miqyaslı təhlükələrdən qoruyan ən yeni texnologiya və vasitələr daxildir ki, bu həm də məxfi məlumatın qorunmasını və istifadəçilərin şəbəkə resurslarına təhlükəsiz keçidini təmin edir. Proqram daha vacib məlumatları şifrələməyə imkan verir və mərkəzləşdirilmiş internet konsolu sayəsində işçi stansiyaların, serverlərin və mobil cihazların müdafiə sistemini internetə çıxış olan hər yerdən idarə etmək mümkündür.

Müdafiə sistemlərinin müntəzəm təkmilləşdirilməsinə baxmayaraq, bütün hücümların qarşısını almaq mümkün deyil, belə ki, texniki vasitələr sadəcə məlum hücumları aşkar etməyə imkan verir. Bu vəziyyətdə  “Business Kaspersky Security” və “Kaspersky Anti Targeted Attack Platform”un istifadəçiləri üçün qabaqcıl texniki vasitələrlə hücumları aşkar etmək və qarşısını almaqda unikal kombinasiya olan “Kaspersky Management Protection”xidməti yardım edə bilər. “Kaspersky Lab”ın mütəxəssisləri tərəfindən aparılan gündəlik monitorinq xidmətinin bir hissəsi olaraq, təhlükələrlə bağlı qabaqcıl analizlərlə birləşdirilir ki, bu da real vaxtda mühüm informasiya sistemlərinə hücum edən məşhur və yeni taradılan kibercasus və kiberkriminal şirkətləri aşkar edə bilir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment