1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank-ın dəstəyi ilə İqtisad Universitetində “İnnovativ Bankçılıq” otağı təqdim edildi
22.09.2016

Baki, FinanceTime. Ölkədə təhsilin inkişafına önəm verən Kapital Bank, Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlığı çərçivəsində “İnnovativ Bankçılıq” otağını təqdim etdi. Universitetin əsas binasında yerləşən otaqda, tələbələrin özlərini bankda hiss etmələri üçün bütün zəruri imkanlar yaradılıb.

Kapital Bank tərəfindən tam təmir və təchiz olunan otaqda ilk dəfədir ki, kompüterlərə bank əməliyyat proqramının demo versiyası yazılıb və tələbələr 4 əsas bank əməliyyatlarını burada həyata keçirə biləcəklər. Dərsləri universitetin təlim keçmiş müəllimləri və seçilmiş tələbələr tədris edəcək.

“Kapital Bank sosial yönümlü fəaliyyəti istiqamətində təhsil layihələrinə böyük önəm verir. 2016-cı il ərzində müxtəlif təhsil proqramlarına dəstək göstərmişik. Hazırda biz İqtisad Universiteti, ADA Universiteti və Gəncə Texnologiyalar Universiteti ilə sıx əməkdaşlıq edirik. Cari ildə həmin ali məktəblərin 70-dək tələbəsi Kapital Bank-da təcrübə keçib. Əminəm ki, bu gün təqdimatına yığışdığımız bu layihə də uğur qazanacaq” – deyə, Kapital Bank-ın İdarə Heyəti sədri Rövşən Allahverdiyev bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment