1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Cərimə və büdcə ödənişləriniz Bank of Baku-nun İnternet Bankçılıq xidmətində!
21.10.2016

Baki, FinanceTime. Bank of Baku, İnternet Bankçılıq xidmətindən istifadə edən müştəriləri üçün növbəti yeniliyi təqdim edir. İndi müştərilər yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimə, eləcə də büdcə ödənişlərinin hamısını bir yerden – internet bankçılıq vasitəsilə rahatlıqla həyata keçirə biləcəklər. Müştərilərin rahatlığını təmin etmək məqsədilə tətbiq edilən bu yenilik onlara aşağıdakı xidmətlər üzrə ödənişlərini etmək imkanı yaradır:

-          Daxili İşlər Nazirliyi

-          İpoteka Ödənişləri

-          Vergilər Nazirliyi

-          Dövlət Sosial Müdafiə Fondu ödənişləri

Qeyd olunan yeni xidmətlər üzrə ödənişlərin siyahısını İnternet Bankçılıqda şəxsi kabinetdən “Kommunal və digər xidmətlərin ödənişi”ni seçib, “Büdcə ödənişləri” bölməsinə keçid almaqla tapmaq olar. İstifadəçilər, proqram təminatında hər bir ödəniş üzrə mövcud geniş axtarış modullarından istifadə etməklə ödəyəcəyi xidməti seçib, təsdiq düyməsinə basaraq ödənişi icra edə bilərlər. Tarixçədə saxlanılan hər bir ödənişi növbəti dəfə sadəcə təsdiq əsasında həyata keçirmək olar. 

Qeyd edək ki, İnternet Bankçılıqdan istifadə etməklə müştərilər həmçinin kommunal xidmətlər, mobil operatorlar, TV və internet provayderlər üzrə ödənişlərini istədikləri vaxt rahatlıqla də edə bilərlər.

Ödənişlərlə yanaşı, İnternet Bankçılıq istifadəçilərinə cari hesablar üzrə əməliyyatlarını, pul köçürmələrini, əmanət və kredit hesablarına nəzarəti və bir çox bank xidmətlərindən 24/7 rejimində istifadə imkanı yaradır.

İnternet Bankçılığa Bankın həm 145 Məlumat Mərkəzinə zəng etməklə, həm də filiala müraciət etməklə qoşulmaq olar.

Xidmətin təqdim etdiyi istifadə imkanları və üstünlükləri haqqında ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

 

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment