1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-dən pulsuz göz müayinəsi
24.10.2016

Şirkətin yardımı ilə kimsəsiz qadının göz əməliyyatı uğurla həyata keçirilib

Baki, FinanceTime. Azercell Telekom-un dörd illik tarixi olan“Mobil Göz Klinikası” sosial layihəsi indiyə qədər valideyn himayəsindən məhrum olan minlərlə uşağa, həmçinin ahıllara və aztəminatlı ailələrə xidmət göstərib. Klinikanın həkimləri bu ilin avqust və sentyabr aylarında da müxtəlif göz xəstəliklərindən əziyyət çəkən insanlara dayaq durublar.Müayinə olunan xəstələrin arasında Mərdəkan qəsəbəsində,qonşusunun evində qalan tənha qadın Murzina Valentinanın iki gözündə katarakta aşkar olunub. Azercell-in, Xəzər Qayğıkeşlik mərkəzinin və TİSA beynəlxalq məktəbin tələbələri tərəfindən göstərilən yardım nəticəsində xanımın hər iki gözü uğurla əməliyyat edilib.

Azercell-in Mobil Göz klinikasının dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi" ictimai birliyinin həkim-oftalmoloqları  ümumillikdə avqust və sentyabr aylarında 206 nəfərə pulsuz tibbi xidmət göstərib.

İlk olaraq Mingəçevir şəhərində valideyn himayəsindən məhrum olan  uşaqlara, ahıllara və aztəminatlı ailələrə xidmət göstərilib. Həkimlər 29 böyük və 6 uşaq olmaqla 35 nəfəri müayinə ediblər. Həkimlərin geniş müayinələri nəticəsində 3 nəfərin gözündə  katarakta aşkar edilib və qərara gəlinib ki, xəstələr oktyabr ayında keciriləcək pulsuz əməliyyat aksiyasından yararlansınlar.

Azercell-in Mobil Göz klinikasının həkimləri Mingəçevirdən sonra Ağstafa rayonuna səfərləri zamanı 30 nəfəri müayinə edərək, 19 nəfərə eynək reseptləri yazıb,14 nəfərə müalicə təyin ediblər.

Azərbaycanın bölgələrinə səfərdən sonra Mobil Göz Klinikasının həkimləri Bakının bir sıra qəsəbələrində pulsuz yardımlarını davam etdiriblər. Bakının Pirallahı, Qaraçuxur, Bülbülə və Mərdəkan qəsəbələrində valideyn qayğısından məhrum olan 150 nəfərə yaxınkimsəsiz uşaq və aztəminatlı ailələrin üzvlərimüayinədən keçib və müalicə alıblar.

Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə Xəzər Qayğıkeşlik Layihəsi" ictimai birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinəsəfər ediblər. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, bölgələrə də üz tutublar. Azərbaycanın demək olar ki, bütün bölgələrində olan həkimlər müalicəyə ehtiyacı olan insanlara dayaq olublar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment