1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakcell şirkəti media nümayəndələri üçün Qəbələdə seminar təşkil edib
29.11.2016

Baki, FinanceTime. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 25-27 noyabr tarixlərində jurnalistlər üçün növbəti seminar təşkil edib. Bu dəfə jurnalistlərdən ibarət qrup Qəbələdə toplaşıb.

Seminarın məqsədi informasiya və kommunikasiya texnologiyaları, həmçinin ümumilikdə mobil telekommunikasiya haqqında jurnalistlərin məlumatlılığının artırılmasıddır.

Seminarın ilk günündə Bakcell şirkətinin Məhsulun inkişafı üzrə meneceri Şamil Həsənov iştirakçılara korporativ seqmenti əhatə edən Bakcell Biznes tarifləri barədə ətraflı məlumat verib. Sonra şirkətin Mobil internet üzrə yarımbölmə rəhbəri Hassan Şahid “Cəlbedici mobil həllər və təkliflər” mövzusunda çıxış edib.

Daha sonra şirkətin Müştəri Xidmətləri Departamentinin əməkdaşı Emin Əsgərsoy “Təmas nöqtələrində müştəri davranışı” mövzusu üzrə seminar iştirakçıları qarşısında təqdimat keçirib.

Seminarın ikinci günündə tədbir iştirakçıları üçün daha bir neçə mövzuda təqdimatlar təşkil olunub. Belə ki, “Bizimlə səyahət edərkən fərqi hiss edin” mövzusunda Bakcell şirkətinin Klass və Rouminq bölməsinin rəhbəri Anar Qurbanov media nümayəndələri ilə “Bakcell”in misilsiz rouminq təklifləri barədə ətraflı məlumatları paylaşıb. Daha sonra “Mobil telekommunikasiyada qlobal trendlər – İT və Texnologiya” mövzusu ilə  şirkətin İKT layihələrinin idarə edilməsinin biznes analizi üzrə baş mütəxəssisi Orxan Bədəlov çıxış edib. O.Bədəlov həmçinin “Mobil internet penetrasiyası. “Bakcell”in mobil interneti. Ən yaxşı 4G təcrübə – İT və Texnologiya” mövzusunda da çıxış edib.

Qeyd edilən mövzularla yanaşı, seminarda həmçinin Azərbaycanda startap mühiti də müzakirə edilib. Şirkətin korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova seminar iştirakçıları ilə ölkədəki startap mühitini müzakirə edib və “Bakcell”in innovativ developer layihəsi olan “Applab”ın son iki il ərzində nail olduğu yüksək nəticələr barədə məlumat verib.

Qeyd edək ki, Bakcell şirkətinin jurnalistlər üçün keçirdiyi bu seminar artıq üçüncü ildir ki, təşkil edilir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment