1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Turizm imkanlarımız Türkiyə jurnallarında
30.11.2016

Baki, FinanceTime. Azərbaycanın zəngin mədəniyyəti, mətbəxi, yaradılan müasir turizm infrastrukturu, istirahət və əyləncə mərkəzləri, həmçinin bir sıra ölkələrin vətəndaşları üçün viza sisteminin sadələşdirilməsi, elektron turist viza sisteminin tətbiqi ölkəmizə gələn xarici turistlərin sayının artmasına səbəb olub.

Azərbaycanın Körfəz ölkələri üzrə (“Atlantis Holidays”), həmçinin Almaniyada (“Aviareps”), Rusiyada (“Tur A Vent”), Türkiyədə (“Gateway”) turizm üzrə nümayəndəliklərinin fəaliyyət göstərməsi ölkəmizin bu sahədə imkanlarının daha geniş coğrafiyada tanınmasına təkan verir.

Turizm Azərbaycanda qeyri-neft sektorunun önəmli sahəsidir

Bu ilin fevral ayında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyədə fəaliyyətə başlayan “Gateway” şirkəti tərəfindən ölkəmizin turizm potensialının tanıdılması istiqamətində addımlar atılır. Qardaş ölkənin mətbuat səhifələrində ölkəmizlə bağlı yazılar dərc olunur, tanıtım layihələri icra edilir.

“Girişim” iqtisad jurnalının noyabr sayında Mədəniyyət və Turizm Nazirliyinin Türkiyədəki turizm təmsilçiliyinin icraçı direktoru Nurlana Çakmakın Azərbaycan haqqında geniş müsahibəsi yer alıb. N.Çakmak bildirib ki, turizm nümayəndəliyi fəaliyyətə başlayandan Azərbaycanın yaxşı bir turizm məkanı olduğunu türkiyəli turistlərə çatdırmağa çalışır. Türkiyəli turistlərin ölkəmizə maraqlarını artırmaq məqsədilə bir sıra mədəni tədbirlər keçirilir.

Müsahibədə qeyd olunur ki, 2016-cı ildə “Multikulturalizm ili” elan olunan Azərbaycanda mədəni müxtəlifliyə xüsusi hörmətlə yanaşılır. Bu da ölkədə xarici turistlərin özlərini tam rahat və təhlükəsiz hiss etmələrinə şərait yaradır: “İndi Azərbaycan ərəb ölkələri, Çin və Yaponiya da daxil olmaqla 10-dan artıq ölkənin vətəndaşları üçün sadələşdirilmiş viza sistemi tətbiq edir. Türkiyə vətəndaşlarına da hava limanlarında viza verilir. Bunun sayəsində Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən turistlərin sayı diqqətçəkən səviyyədə artıb”.

İcraçı direktor qeyd edir ki, turizm təmsilçiliyi hər iki ölkədə davamlı olaraq mədəniyyət və incəsənət sahəsində qarşılıqlı tədbirlər keçirəcək, sənədli filmlər və reklam çarxları hazırlayacaq: “Yaxın vaxtlarda Azərbaycanda da ticarət festivallarının (“shopping festival”) keçirilməsinə başlanılacaq. Bu sahədə Türkiyənin də təcrübəsindən yararlanılacaq. Mövcud lüks hotellərlə yanaşı, 2 və 3 ulduzlu hotellərin sayının artırılması da gündəmdədir. Bu ildən Azərbaycanda “Tax free” sistemi tətbiq olunur”.

Turizm sahəsində fəaliyyət göstərən investorları ölkəmizə dəvət edən N.Çakmak müsahibədə Azərbaycanın enerji resursları ilə zəngin ölkə kimi əsas gəlirlərini neft və qaz hasilatından əldə etdiyini bildirir. İqtisadiyyatın qeyr-neft sektorunda isə turizmin önəmli sahə kimi inkişaf etdiyi qeyd olunur. İki ölkə arasında qarşılıqlı olaraq investisiya yatırıldığı da diqqətə çatdırılır.

 “Ölkəni tanımaq üçün onun mətbəxindən də xəbərdar olmaq lazımdır”

 Ötən ay Türkiyədəki turizm təmsilçiliyimiz tərəfindən İstanbulda təşkil edilən “Qardaş süfrəsi” adlı tədbir də bu ölkənin bir neçə mətbu orqanında əhatəli işıqlandırılıb.

“Klass” jurnalında tədbir haqqında geniş məqalə dərc olunub. Yazıda Azərbaycanın zəngin mətbəxi haqqında oxuculara məlumat verilir. Qeyd olunur ki, çox güclü dostluq və qardaşlıq bağları olan Türkiyə və Azərbaycan insanının ortaq nöqtələrindən biri də mətbəx nümunələridir. Azərbaycanı tanımaq üçün onun mətbəxindən də xəbərdar olmaq lazımdır.

Məqalədə bildirilir ki, Azərbaycandan gələn iki aşpazın hazırladığı dolmalar, şah plov, balıq bükməsi, çığırtma və başqa yeməklər, şirniyyatlar, içkilər qonaqların marağına səbəb olub. Yazıda 2015-ci ildə Azərbaycanı 2 milyon xarici turistin ziyarət etdiyi, onlardan da 340 min nəfərin Türkiyə vətəndaşı olduğu vurğulanır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment