1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Mastercard”: Nağd pul ən çirkli gündəlik əşya hesab olunur
30.11.2016

Baki, FinanceTime.   “Mastercard” şirkəti tərəfindən aparılan araşdırma onu göstərib ki, insanlar nağd pulu – əskinasları və qəpikləri – natəmiz və çirkli hesab etsələr də, avropalıların yalnız beşindən biri pula toxunduqdan sonra əllərini yuyur.

Avropanın 12 ölkəsindən olan 9 000 istehlakçı arasında aparılan araşdırmanın nəticələrinə əsasən, nağd pulun ictimai nəqliyyatda əl tutacaqlarından və barda sifariş olunan fındıq kimi ümumi qidadan daha çirkli olmasına baxmayaraq, avropalılar çirkli pul xərcləmə vərdişindən vaz keçməkdə çətinlik çəkirlər.

Tədqiqat çərçivəsində aparılan sorğuda iştirak edənlərin ¾ hissəsi etiraf edib ki, nağd pulun mikroblar daşıdığını nəzərə alaraq, onu istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Buna baxmayaraq, araşdırma göstərir ki, insanlar heyvanlara toxunduqdan (46%) və ya ictimai nəqliyyatdan istifadə etdikdən sonra (36%) əllərini yumağa daha çox meyillidirlər.

“Mastercard” və Oksford Universiteti tərəfindən birgə aparılan araşdırmanın nəticələrinə əsasən, bir Avropa əskinası özündə təxminən 26 000 bakteriya daşıyır. Hətta ən yeni və təmiz əskinasda mövcud olan bakteriyaların sayı 2 400-ə çatır ki, bu da insan sağlamlığı üçün potensial təhlükədir. Bunu nəzərə alaraq, insanlar anlamalıdır ki, tualet qapısının dəstəyinə, ümumi ərzaq məhsullarına və eskalatorun sürahisinə toxunmaq və digər fəaliyyət növləri kimi nağd pulla təmas da potensial təhlükə rolunu oynayır. Mövsumü qrip və digər xəstəliklərin geniş yayıldığı dövrdə nağd pulla təmas barədə qəbul edilmiş rəsmi beynəlxalq təlimatların olmamasına baxmayaraq, gigiyena baxımından bu dövrdə nağdsız hesablaşmalara keçmək daha məqsədəuyğundur.

Tədqiqat onu da göstərib ki, hər 10 avropalıdan 4-nün (37%) iddiasına görə, daha gigiyenik həyat tərzinə keçid etmək üçün gündəlik həyatlarında ən azı bir kiçik dəyişiklik etməyə hazırdırlar. Bu məqsədlə əksəriyyət nağd pulla müqayisədə kartla və ya nağdsız ödənişə üstünlük verdiklərini bildirib.

“Builki araşdırmanın nəticələrindən daha çox aydın olur ki, nağd pulun gigiyenik problemlərə yol açdığını anlamalarına baxmayaraq, avropalılar onun istifadəsi ilə bağlı vərdişi buraxmaqda çətinlik çəkirlər. Kontaktsız ödənişlər – innovativ pulköçürmə üsulu olmaqla yanaşı, həm də əskinas və qəpiklərdən istifadə zamanı keçə biləcək mikrob və bakteriyaların təsirini minimuma endirir”, - deyə “Mastercard Europe” şirkətinin kontaktsız ödənişlər üzrə rəhbəri Kris Kenqas (Chris Kangas) bildirib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment