1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan və Cibuti arasında mülki aviasiya sahəsində mühüm razılaşmalar əldə olundu
02.12.2016

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Prezidenti Cahangir Əsgərov 2016-cı ilin 29-30 noyabr tarixlərində Cibuti Respublikasında işgüzar səfərdə olub.

Səfər çərçivəsində Cahangir Əsgərov Cibuti Respublikasının bir sıra yüksək səviyyəli rəsmi şəxsləri ilə görüş keçirib. 

30 noyabr 2016-cı il tarixdə Cibuti Respublikasının Prezidenti cənab İsmail Ömər Qelle ilə görüşən "Azərbaycan Hava Yolları" QSC-nin Prezidenti mehriban və səmimi qəbula görə öz dərin təşəkkürünü bildirərək, "Azərbaycan Hava Yolları" haqqında ətraflı məlumat verib. Eyni zamanda, Cahangir Əsgərov ölkələr arasında əməkdaşlıq üçün güclü potensialın mövcudluğunu vurğulayaraq, gələcəkdə Azərbaycan-Cibuti münasibətlərinin daha da inkişaf edəcəyini bildirib.

Cibuti Respublikasının Prezidenti İ.Ö.Qelle, öz növbəsində, Cahangir Əsgərovu salamlayaraq, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Həmçinin Prezident İ.Ömar Qelle Cibutinin daim qardaş Azərbaycanı hər bir sahədə dəstəklədiyini bildirib.

Daha sonra "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov Cibuti Ticarət Limanı və Azad Ticarət Zonasının sədri Əbubəkr Ömər Hadi ilə görüş keçirmişdir. 

Görüşlər zamanı yeni Cibuti beynəlxalq hava limanı layihəsinin təqdimatı baş tutmuş və Azərbaycan şirkətlərinin buradakı inşaat işlərində iştirak imkanları müzakirə olunmuşdur.

Bundan əlavə, “Azərbaycan Hava Yolları” ilə Cibuti  aviaşirkətləri arasında əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanmışdır.  İmzalama mərasimindən sonra şirkət rəhbərləri mətbuata açıqlama vermişlər.

Cahangir Əsgərovun Cibutiyə səfəri zamanı həmçinin Bakı - Cibuti arasında yükdaşımalar üzrə reysin açılması və eyni zamanda Azərbaycan- Cibuti müştərək yükdaşımalar şirkətinin yaradılması barədə razılıq əldə edilmişdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment