1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Youth Inc. Business Academy” proqramı Azərbaycanda yeni biznes layihələrə start verib
02.12.2016

Baki, FinanceTime.  “Youth Inc.” gənclərin sahibkarlıq proqramı çərçivəsində həyata keçirilən “Youth Inc. Business Academy” 6 həftəlik intensiv biznes təlimi kursu başa çatmışdır. “Coca-Cola” şirkəti, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2013-cü ildə başlayan “Youth İnc.”  Proqramı Azərbaycanda gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, gənclər arasında məşğulluğun artması üçün yeni imkanların yaradılmasına dəstək olur. Poqramın tərəfdaşları arasında həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Yüksək Texnologiyalar Parkı” və “Nobel Oil” enerji şirkəti də var.

Proqramın bağlanış mərasimində çıxış edənDVC-nin sədri Ələkbər Mustafayev qonaqları salamlayaraq qeyd edib: “İqtisadiyyatımızın inkişafı hər zaman aktual mövzulardan biri olaraq qalır. Məlumdur ki, sabahın iqtisadiyyatı bu günün gəncliyindən başlayır. “Youth Inc.”proqramı olaraq biz biznes proqramlar, təlim-tədris kursları təşkil etməklə gənclərimizin inkişafına şərait yaradırıq. Belə layihələrdən biri olan “Business Academy” akselerasiya proqramını təşkil etməkdə məqsədimizbiznes sahəsində gələcəyini qurmaq istəyən,biznes yönümlü gənclərin bu sektorda ilk addım atmalarına maksimum imkan yaratmaqdır”.

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayevöz növbəsindəbildirib: “2013-cü ildən başlayan bu Proqram çox uğurlu proqram kimi davam etməkdədir. “Youth Inc. Business Academy” akselerasiya proqramı sahibkarlıq, biznes istiqamətində fəaliyyət göstərir. Bu biznes ideyalar reallaşdıqda müəyyən sayda gənclər iş yerləri ilə təmin olunacaqlar. Mən belə layihələri dəstəkləyirəm və inanıram ki, bundan sonra da Biznes Akademiya çərçivəsində layihələr davam edəcək”

Tədbirdə çıxış edən “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev layihə ilə bağlı öz fikirlərini bölüşüb: «“Coca-Cola” fəaliyyət göstərdiyi bütün ölkələrdə cəmiyyətin inkişafı istiqamətində uzunmüddətli layihələr həyata keçirir. Bu cür layihələrdən biri də gənclərin iqtisadi imkanlarının yüksəldilməsinə xidmət edən “Youth Inc.” gənclərin sahibkarlıq proqramıdır. Fəaliyyətdə olduğu illər ərzində proqram çərçivəsində minlərlə gənc sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və təcrübə əldə edib. Çox şadıq ki, artıq uğurla yekunlaşmış akselerasiya proqramı 25 gəncinbiznes fəaliyyətinə dəstək olacaq. Ümid edirik ki, bu cür layihələr ümumilikdə ölkədə yeni iş yerlərinin yaradılmasına və ölkədə gənc sahibkarlığın inkişafına öz töhfəsini verəcək”.

Tədbirdə proqram iştirakçıları şəhadətnamə, mentorlar isə təşəkkürnaməilə təltif edilib. Bundan əlavə, proqram iştirakçıları biznes ideyalarını təqdim edib və layihə ilə bağlı öz təəssüratlarını bölüşüblər.

“Mən təhsil sektorunda çalışıram və bu sahədə biznes qurmaq marağındayam. İlk addım olaraq biznes ideyam var idi, lakin onu necə inkişaf etdirəcəyimi bilmirdim. “Youth Inc. Business Academy” proqramınaqoşulmaqla mənə gərəkli olan biznes planın yazılmasından başlayaraq biznes modelinqurulmasına qədər biliklər əldə etdim. Eyni zamanda proqram ərzində qrup şəklində müxtəlif biznes ideyalarasahib gənclərlə tanış oldum. İnanıram ki, gələcəkdə ortaq maraqlarda bir-birimizin biznesinə faydalı ola biləcəyik”, - deyə layihə iştirakçısı Mehriban Nəzərova qeyd edib.

“Mənim ideyam yerli və xarici bazarlar üçün nəzərdə tutulduğundan xarici mentorların fikirlərinialmaq və onlarınmühazirələrində iştirak etmək layihəmə yeni fikir, yeni düşüncə tərzi gətirdi. Bu təlimlərin təşkilinə görə “Youth Inc.” proqramına öz təşəkkürümü bildirirəm”, - deyə “Kvotter” ideyasının müəllifi Orxan Əhmədov bildirib.

Hazırda reallaşdırılması münasib görünən biznes ideyalara yerli və xarici mentorlar tərəfindən investisiya cəlb edilməsi məsələləri müzakirə edilir.

Tədbir çərçivəsində “Youth Inc.” proqramı və Yüksək Texnologiyalar Parkı (YTP) arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Xatırladaq ki, “Youth Inc. Business Academy” akselerasiya proqramı öz biznesini və ya startapını yaratmaq arzusunda olan gənclərin, biznes ideyanın necə formalaşması ilə maraqlanan şəxslərin iştirakı üçün təşkil olunub. Proqramın məqsədi istəkli, bacarıqlı və istedadlı gəncləri bir araya toplamaq, onlara qlobal startap bazarının təcrübəsini yaşatmaq və bu yolda düzgün istiqamət göstərmək olub.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment