1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Lab”: Cinayətkarlar kriptovalyutaların yığımı üçün özgə kompüterlərdən istifadə edir
14.12.2016

Baki, FinanceTime. Oktyabr ayının sonunda internet aləmində“Zcash” adlı yeni kriptovalyuta meydana çıxıb. Yeni kriptovalyutanın yaradıcılarının sözlərinə görə,bu, bitkoinlərin daha təhlükəsiz və anonim alternatividir. Yarandığı ilk gündən “Zcash”in qiyməti ildırım sürətilə artmağa başladı. Bu şərait yeni kriptovalyutanın əldə edilməsi üçün tətbiqlərin yaradılması prosesinə rəvac verdi. Bir çox hallarda bu tətbiqlər cinayətkarlar tərəfindən heç nədən şübhələnməyən insanların kompüterinə ötürülüb.

“Kaspersky Lab” şirkətinin ekspertlərinə məlum olub ki, kibercinayətkarlar bu cür qazanc əldə etmək üçün ən azı 1000 ədəd unikal kompüterdən istifadə edirlər. Nəticədə, onlar ay ərzində 6200 ABŞ dolları dəyərində kriptovalyuta əldə edir ki, bu da onlara il ərzində 75 min dollar “qazanmaq” imkanı verir.

“Zcash” yığımı üçün tətbiqlər istifadəçilərin kompüterinə “Windows” əməliyyat sisteminin məşhur aləti olan “Task Managaer” kimi digər leqal proqramlar formasında düşür. İstifadəçilər tez-tez torrentlərdən xüsusi modullarla təchiz edilmiş proqramlar yükləyir ki, onlar da əksər hallarda pirat proqramları olur.

Texniki baxımdan isə kriptovalyuta yığımı proqramları zərərli deyil. Bununla belə, istifadəçilər bu proqramların qurğuya mənfi təsirlərindən əziyyət çəkirlər. İlk növbədə mayninq enerji sərfedən bir prosesdir. Müvafiq olaraq“Zcash” yığımı üçün istifadə edilən kompüter daha çox enerji sərf edir ki, bu da elektrik enerjisi üzrə ödənilən məbləğin artımına səbəb olur. Bundan başqa, mayninq tətbiqinin işləməsi üçün operativ sistem yaddaşının 90%-i ayrılır və bu da özlüyündə kompüterin sürətini azaldır.

“Mayninq proqram təminatı zərərli proqram sayılmadığı üçün əksər müdafiə həlləri onları təhlükəsiz olaraq qiymətləndirir. Keçmişdə bitkoinlərlə bu, mayninq botnetlərinin yaranmasına səbəb olub –  kriptovalyutaların generasiyası üçün gücündən istifadə edilən yoluxmuş kompüterlər şəbəkəsinin yaranmasına gətirib çıxartdı. Yekunda isə vaxt və enerji resursları sərfiyatının həddən çox artması nəticəsində bitkoinlərin mayninq prosesi öz əhəmiyyətini itirdi və bütün bu botnetlər özləri yoxa çıxdı”, - deyə “Kaspersky Lab” şirkətinin antivirus üzrə baş mütəxəssisi Aleksandr Qostyev bildirib.

Kompüteri təhlükədən qorumaq və onu cinayətkarların “Zcash” və digər kriptovalyutaları əldə etmək məqsədilə istifadəsinin qarşısını almaq üçün istifadəçilər əmin olmalıdırlar ki, seçdikləri proqram təminatı zərərli məqsədi olan leqal proqramları tanıyır və onları bloklayır. “Kaspersky Lab” həlli belə funksiyaya makildir və onu tənzimləmələr bölməsindən aktivləşdirmək mümkündür.

Cinayətkarlar tərəfindən “Zcash” mayninqi üçün istifadə edilən proqram təminatı “Kaspersky Lab”ın RiskTool.Win64.BitCoinMiner.bez və RiskTool.Win64.BitCoinMiner.bfa kimi müdafiə məhsulları tərəfindən aşkar edilə bilir.

Özgə kompüterlər vasitəsilə cinayətkarların “Zcash” yığımı ilə pul qazanmaq üsulları haqqında daha geniş məlumatla “Kaspersky Lab” şirkətinin analitik hesabatında tanış olmaq mümkündür: https://securelist.ru/blog/issledovaniya/29759/zcash-or-the-return-of-malicious-miners/.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment