1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı filiallarla bağlı məsələyə aydınlıq gətirdi
16.01.2017

Baki, FinanceTime.  Azərbaycan Beynəlxalq Bankının mətbuat xidməti Bankın, haqqında cinayət işi açılmış bir neçə filialı ilə bağlı məsələyə aydınlıq gətirib. Mətbuat xidmətinin açıqlamasına görə, həmin filiallar Qazax, Şəki, Şəmkir, Ağdaş, Yevlax və Binəqədi filiallarıdır. Bu filiallarla bağlı araşdırmaların aparılması üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ABB özü müraciət edib. Belə ki, Bankın müvafiq nəzarət orqanlarının ötən ilin martından oktyabr ayına qədər olan müddətdə apardığı audit və digər xarakterli yoxlamalar zamanı bu filialların fəaliyyətində müəyyən qüsurlar aşkarlanıb. Bu qüsurlar müvafiq normaların, daxili prosedur qaydaların tələblərinin pozulması nəticəsində Banka ziyan dəyməsi ilə bağlı olub. Həmin pozuntulara yol vermiş əməkdaşlar dərhal işdən kənarlaşdırılıb, eyni zamanda bu hallara hüquqi qiymət verilməsindən ötrü müvafiq sənədlər ABB tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edilib.

Açıqlamada o da qeyd edilir ki, Azərbaycan Beynəlxalq Bankı fəaliyyətin qanunvericiliyə uyğun qurulmasında, mövcud nöqsan və çatışmazlıqların vaxtında aşkar edilərək aradan qaldırılmasında, şəffaflığın təmin olunmasında maraqlıdır. Bank mərkəzi və yerli struktur bölmələrinin fəaliyyətində yol verilən hər hansı hüquqazidd hallara qarşı bundan sonra da prinsipiallıq nümayiş etdirəcək, qanunvericiliyin tələbələrini əsas tutacaq, müştəri etimadını qorumaq üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə çalışacaq.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment