1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES” təşkilatı tərəfindən “AWITA 2017” mükafatlarının təqdimat mərasimi keçiriləcək
16.01.2017

Baki, FinanceTime.  Cari ilin 26 yanvar tarixində Beynəlxalq Muğam Mərkəzində ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sahəsində çalışan ən qabaqcıl və uğur qazanmış qadınlara “AWITA 2017” - TheWomenin IT Award mükafatlarının təqdim olunma mərasimi keçiriləcək.

Azərbaycanda İKT sahəsinin populyarlaşması istiqamətində mütəmadi olaraq müxtəlif maarifləndirici tədbirlər təşkil edən Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES” təşkilatı tərəfindən təşkil olunacaqmərasim özündə 300-ə yaxın peşəkarları və müxtəlif qonaqları birləşdirəcək.

Tədbirdə müxtəlif dövlət orqanlarının, universitetlərin, İKT sahəsində aparıcı şirkətlərin və təşkilatların nümayəndələri və həmçinin, ölkəmizdə akkreditasiya olunmuş müxtəlif dövlətlərin fövqəladə və səlahiyyətli səfirləri iştirak edəcəklər.

Tədbir çərçivəsində son 12 ay ərzində qadınların informasiya texnologiyaları sahəsində əldə etdikləri uğurların və innovasiyaların nümayiş etdirilməsi və bu sahənin ən parlaq nümayəndələrinin seçilməsi planlaşdırılır. 

Qeyd etmək lazımdır ki, münsiflər heyəti 15 nominasiya üzrə qaliblərin müəyyənləşdirilməsi üçün mükafatın təqdim olunmasına iki həftə qalmış toplaşacaq. Yalnız kişilərdən ibarət olacaq münsiflər heyətinin tərkibində İKT sahəsində fəaliyyət göstərən müxtəlif özəl qurumlardan, tanınmış universitetlərdən, qabaqcıl kütləvi informasiya vasitələrindən, dövlət orqanları və s. strukturlardan olan nümayəndələr yer alacaq.  

Mükafatlandırmaya aşağıdakı nominasiyalar təqdim olunacaq: İlin innovatoru; İlin startapı; İlin proqram təminatı; İlin təsisçisi, baş icraçı direktoru və yaxud İT direktoru; İlin rəqəmsal lideri; İT sahəsində ilin qəhrəmanı; İlin transformasiyası; İlin qadını; İlin proqramçısı; İlin sahibkarı;Münsiflər heyətinin seçimi;Ucqar bölgədə İT sahəsinə verilən töhfə; İT sahəsində ilin müəllimi;İT sahəsində ilin qrupu/İT təhsil proqrami/İT təhsil layihəsi;İT sahəsində ilin tələbəsi.

Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES” İKT sahəsində çalışan bütün qadınları müvafiq şəkildə müraciət edərək bu tədbirdə iştirak etməyə və bu möhtəşəm mərasimin bir hissəsinə çevrilməyə dəvət edir.

Mükafatı əldə etmək üçün 18 yaşı tamam olmuş və Azərbaycan Respublikasının ərazisində yaşayan qadınlar və qızlar müraciət edə bilərlər.

Mükafata layiq görülmək istəyən şəxslər öz namizədliklərinin irəli sürülməsi üçün müvafiq formanı doldurmalı və ya davamlılığı 3 dəqiqədən çox olmayan video müraciət göndərməlidirlər.

Qeyd edək ki, müraciət etmək üçün namizədlər buünvana daxil olmalı və qeydiyyatdan keçməlidirlər.

Müraciət üçün son tarix 20 yanvar 2017-ci ildir.

 

 

 

“FEMMES DIGITALES” Klubu haqqında:

Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES” sıralarında Azərbaycanda İKT sahəsi ilə bu və ya digər dərəcədə əlaqəli olan 100-dən artıq qız və qadını birləşdirən ilk peşəkar təşkilatdır. Klubun yaradılmasında əsas məqsəd təsisçilərin öz şəxsi nümunələrindən çıxış etməklə və praktiki təlimlər vasitəsilə azərbaycanlı qızların və qadınların sürətlə inkişaf edən bu maraqlı sahə üzrə təhsil almaq və karyera qurmaq istəklərini və səylərini artırmaq, gündəlik həyatlarında informasiya texnologiyalarının verdiyi imkanlardan faydalanmağı öyrətmək və texnologiyaların nə qədər azadlıq və yeni imkanlar gətirdiyini, vaxta qənaət etdirdiyini gənc qızlara anlatmaqdan ibarətdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment