Baki, FinanceTime. British Council məzunların məşğulluq imkanlarının artırılması məqsədilə 17 yanvar, 2017-ci il tarixində universitet və işəgötürənlərin iştirakı ilə Məzunların Məşğulluğunun artırılmasına dair Forum həyata keçirtdi. ForumAzərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dəstəklənir.
British Council Azərbaycan 2014-cü ildən etibarən məzunların məşğulluq imkanları və qabiliyyətlərinin artırılması məqsədilə universitetlər və işəgötürənlərin iştirakı ilə silsilə tədbirlər həyata keçirmişdir. Bu məqsədə nail olmaq üçün British Council universitetlər və işəgötürənlər arasında əməkdaşlıq əlaqələrini dəstəkləyir və gələcək əməkdaşlıqların qurulması məqsədilə maraqlı tərəflər üçün görüş və ünsiyyət imkanını yaradır. Təşkil olunan tədbirlərin nəticəsi və hər iki tərəfdən əldə olunan rəylərə əsasən bu sahə üzrə mövcud olan boşluqların təyin edilməsi, qarşılıqlı şəkildə anlaşılması və lazımi addımların atılması üçün ali təhsil və biznes müəssisələri arasında üzbəüz görüşlərin keçirilməsinə ehtiyac olduğu qeyd edilmişdir.
Keçirilən tədbirlərin davamı olaraq British Council aidiyyatlı sahə üzrə əsas tərəfləri – universitetlər, biznes müəssisələri və Təhsil Nazirliyini bir yerə toplayaraq bilik mübadiləsi, yeni ideyaların formalaşması, imkanların araşdırılması üçün Məzunların Məşğulluğuna dair Forum keçirmişdir.
British Council tədbir iştirakçılarına Birləşmiş Krallığın bu sahədə əldə etdiyi təcrübəsi barədə ətraflı məlumatın çatdırılması məqsədilə Leicester Universitetinin nümayəndəsi, Rajesh Pateli Azərbaycana dəvət etmişdir. Tədbir zamanı həmçinin, yerli universitet və biznes müəssisələrinin nümayəndələri də bu sahə üzrə mövcud təcrübələ və çətinliklər barədə təqdimatlar keçirtmişdir.
Tədbir media nümayəndələrinə açıq şəkildə keçirilmişdir.