1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Bakcell”dən Ulduzum abunəçiləri üçün lotereya
19.01.2017

Baki, FinanceTime. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə Ulduzum proqramının üzvləri üçün növbəti lotereyasına start verdiyini elan edir.Lotereyada oynanılan əsas mükafatın şanslı qalibinə Bakcell tərəfindən Mançesterə səyahət paketi təqdim olunacaq.

Lotereya çərçivəsindəBakcell abunəçiləri 10 ədəd 100 AZN-lik, 20 ədəd 50 AZN-lik, 40 ədəd 30 AZN-lik və90 ədəd 20 AZN-lik hədiyyə kartlarını udmaq şansını qazanacaqlar.Lotereyada oynanılan həftəlik uduş fondu, ümumi məbləği 5000 AZN təşkil etməklə, 160 ədəd hədiyyə kartından və final oyunda oynanılan bir əsas mükafatdan – Mançester şəhərinə səyahət paketindən ibarətdir.

Lotereyada iştirak etmək üçün“KOD” yazıb 5555 nömrəsinə SMS göndərmək yetərlidir. Bu zaman “Bakcell”dən abunəçiyə Ulduzum proqramının L’occitane, Katv1, Domino’s Pizza, Kids World, Tusi-Bohm Planetarium, Poppy gallery, Karen Millen, Megafun, Flo, Puma kimi tərəfdaşlarından birində istifadə etmək üçün Ulduzum kodu gələcək. Bu xidmətlərdən istifadə zamanı xərclənən məbləğ minimum 10 AZN olmalıdır. Qeyd olunan tərəfdaşların mağazalarında edilən hər 10 AZN məbləğində alışın müqabilində Bakcell abunəçiləri avtomatik olaraq Ulduzum lotereyasında iştirak etmək üçün imkanqazanacaqlar. Etdikləri alışların sayından asılı olaraq, Bakcell abunəçiləri həftəlik və final lotereya oyunlarında iştirak etmək imkanlarınınmiqdarı barədə məlumat mesajı alacaqlar.

Ulduzum lotereyası10 yanvar 2017-ci il tarixindən 21 mart 2017-ci il tarixinədək keçiriləcək. Bu müddətdə həftəlik uduşların nəticələri hər Çərşənbə axşamı elan ediləcək. Həftənin qalibi olmuş istənilən iştirakçı eyni zamanda lotereyada oynanılan əsas mükafatınşanslı qalibi ola və Mançester şəhərinə səyahət edə bilər. Lotereyanın final oyunu 27 mart 2017-ci il tarixində keçiriləcək.

Qeyd edək ki, Ulduzum proqramının 220-dən çox partnyorları siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var. Hazırda Ulduzum proqramının 2000000 nəfərdənçox abunəçisi var.

Ulduzum Lotereyası və Ulduzum proqramının üstünlükləri barədə daha ətraflı məlumatı www.ulduzum.az səhifəsindən əldə etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment