1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Mastercard” və Azərbaycanın aparıcı hotelləri yeni kampaniyaya başlayıb
19.01.2017

Baki, FinanceTime. Qlobal ödəniş texnologiyaları təchizatçısıolan “Mastercard” şirkətiAzərbaycanın aparıcı hotelləri ilə birlikdə yeni kampaniyaya start verib.

Kampaniya çərçivəsində bankdan asılı olmayaraq, bütün “Mastercard” və “Maestro” kart sahiblərinə xüsusi hazırlanmış promokodlardan istifadə etməklə seçilmiş hotellərdə onlayn və ya qeydiyyat masasında sifariş zamanı eksklüziv endirimlər təklif edilir.

Kampaniyanın şərtlərinə əsasən,kart sahibləri “Flame Towers Fairmont Hotel Baku”da otaq sifarişi zamanı 25%, Qəbələdə yerləşən “Chenot Palace Health Wellness” hotelində otaq sifarişi zamanı 20%, eləcə də hoteldə müalicə prosedurlarına 20%, “Chenot” məhsullarına və Tibbi şöbənin xidmətlərinə 10%, “JW Marriott Absheron Baku” hotelində otaq sifarişi zamanı 15%, “Boulevard Hotel Baku” və “Intourist Hotel Baku”da otaq sifarişinə və iaşə obyektlərində yemək və içki sifariş etdikdə (müxtəlif aksiyalar, alkoqollu içkilər və tütün məhsulları istisna olmaq şərtilə)15% dəyərində endirim təklif olunacaq.

“Hazırda icra olunan “Nağdsız Azərbaycan” strategiyamız çərçivəsində kart sahiblərimizi eksklüziv təkliflərlə sevindirməyi davam edirik. Biz müştərilərimizin təcrübələrini daha səmərəli və faydalı etmək üçün Azərbaycanın aparıcı hotelləri ilə əməkdaşlıq etməkdən qürur duyuruq. “Mastercard”ın Azərbaycanda uzunmüddətli planları var və və biz kart sahiblərimizi davamlı olaraq daha keyfiyyətli təcrübə ilə təmin etmək niyyətindəyik”, - deyə “Mastercard” şirkətinin Azərbaycan üzrə meneceri Alper Meriç bildirib.

Kampaniya bu ilin martın 31-dək bütün “Mastercard” kredit və debet və ya “Maestro” debet kart istifadəçiləri üçün keçərlidir. Kampaniyanın promokodları və şərtləri barədə ətraflı məlumat linkdə: 

http://www.mastercard.com/tr/consumer/azerbaijancampaignhotelsazeri.html

 

 

“Mastercard” haqqında:

“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment