1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


KapitalBank-da qanvermə aksiyası keçirilib
16.02.2017

Baki, FinanceTime. Kapital Bank əməkdaşları talassemiyadan əziyyət çəkən uşaqlara kömək məqsədilə ənənəvi qanvermə aksiyasında iştirak ediblər. “Bir qan, bir can” şüarı ilə keçirilən aksiya Azərbaycan Talassemiya Federasiyası ilə birgə həyata keçirilib.

“Bildiyiniz kimi 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramına start verilib. Kapital Bank-ın rəhbərliyi və əməkdaşları bir neçə ildir ki, bu aksiyada könüllü iştirak edərək, qana ehtiyacı olanlara dəstək göstərirlər. Aksiya zamanı yığılan qan,talassemiyadan əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq”, - deyə, Kapital Bank-ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva bildirib.

Qeyd edək ki, Hazırda Azərbaycanda 2000-dən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalan insanlar mövcuddur ki, onların həyatı kütləvi qanvermə aksiyalarından asılıdır. Məhz bu məqsədlə ölkədə Azərbaycan Talassemiya Federasiyasının təşəbbüsü ilə mütəmadi olaraq kütləvi qanvermə aksiyaları keçirilir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment