1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“PAŞA BANK” VƏ “BANK VTB (AZƏRBAYCAN)”-ın filiallarına dair qərarlar qəbul edilib
16.02.2017

Baki, FinanceTime. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən “PAŞA Bank” ASC-nin yeni şöbəsinin açılmasına icazə verilmiş və “Bank VTB (Azərbaycan)“ ASC-nin 6 filialının lisenziyaları ləğv edilmişdir. Palatanın Direktorlar Şurasının iclasında “PAŞA Bank”-ın Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi 20 ünvanında yerləşəcək “Fərdi bankçılıq” şöbəsinin açılması üçün müraciətinə baxılmış və müsbət qərar qəbul edilmişdir. İclasda, həmçinin, “Bank VTB (Azərbaycan)” ASC-nin “İçərişəhər”, “Həzi Aslanov”, “Əhmədli”, “Bakıxanov”, “28 May” və “Xırdalan” filiallarının icazələrinin ləğv edilməsinə dair müraciətinə baxılmışdır. Filialların bağlanmasına əsas səbəb “Bank VTB (Azərbaycan)” tərəfindən xərclərin optimallaşdırılması göstərilmişdir. Direktorlar Şurası “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 16.2.9-cu və 17.3-cü maddələrini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Bank VTB (Azərbaycan)”-nin “İçərişəhər” filialının 11.08.2014-cü il tarixli №162/10 saylı, “Həzi Aslanov” filialının 20.08.2013-cü il tarixli №162/5 saylı, “Əhmədli” filialının 27.11.2013-cü il tarixli №162/6 saylı, “Bakıxanov” filialının 21.07.2014-cü il tarixli №162/8 saylı, “28 May” filialının 03.10.2014-cü il tarixli №162/12 saylı və “Xırdalan” filialının 26.09.2014-cü il tarixli №162/11 saylı icazələrini ləğv etmişdir. Sözügedən filialların ləğvindən sonra bankın filiallarının sayı 8 olacaq.
Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az saytı və press@fmsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment