1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Etibarlılıq əmsalımız yüksəkdir”
16.02.2017

Baki, FinanceTime. Məlumdur ki, əmək haqqının kartlar vasitəsilə avtomatlaşdırılmış qaydada verilməsi hər bir təşkilatın müasir inkişafını təmin edən layihələrdən biridir. Banklar tərəfindən təqdim olunan müvafiq layihələr, kiçik yaxud böyüklüyündən asılı olmayaraq, hər bir müəssisə üçün münasibdir. Azər Türk Bank olaraq bu istiqamətdə cəlbedici olan hansı üstünlüklərə maliksiniz” sualını cavablandıran bankın Strateji planlaşdırma və marketinq departamentinin direktoru Leyla Məmmədova bildirmişdir: -Bu proseslərə yeni qoşulan təşkilatlar da əməkdaşlıq üçün sözsüz ki, ən yaxşı tərəfdaş olacaq bank seçimində haqlıdırlar. Müştəri hər zaman etibarlı bankla işləməyə üstünlük verir. Sual oluna bilər ki, bəs bank vətəndaşa etibarlı olduğunu necə sübut edə bilər? Əlbəttə ki, belə hallarda bir qayda olaraq bankın səhmdarları araşdırılır.

Daha sonra bankın hesabatları, göstəriciləri nəzərdən keçirilir və s. Korporativ müştərilərə işçilərinin əmək haqqının rahat və vaxtında ödənilməsi üçün MasterCard və VİSA ödəniş kartlarını təklif edən Azər Türk Bank bildiyiniz kimi, dövlət bankıdır. Yəni səhmlərinin 75 faizi dövlətə məxsusdur.

Ötən ili 7 milyon 400 min manat xalis mənfəətlə başa vuran bankımızın kart müştərilərinin sayı, ötən ilin müvafiq dövrünə nisbətdə 54 faiz, kartla əməliyyatların dövriyyəsi 135 faiz artmışdır. Bütün bunlar bankımızın etibarlılıq əmsalının çox yüksək olduğundan xəbər verir. L. Məmmədova əmək haqlarının Azər Türk Bankın plastik kartları vasitəsilə verilməsinin üstünlüklərindən danışarkən xüsusilə qeyd etmişdir ki, müştərilərimiz 07 fevral 2017-ci il tarixdən etibarən əmək haqqı kartları ilə ölkə ərazisində istənilən bankın bankomatından əmək haqqını çəkdiyi zaman heç bir komissiya tutulmur. “Əmək haqqı müştərilərimiz elektron və mobil banking xidmətlərinə qoşulmaqla, bu xidmətlərin məziyyətlərindən faydalana bilərlər. Bank korporativ müştərilərinə, eləcə də əmək haqqı kartı sahiblərinə sərfəli şərtlərlə kreditlər təklif edir. Müştərilərə şənbə-bazar günləri də xidmət edən şöbələrimiz vardır,”- deyə o bildirmişdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment