1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Mastercard” Novruz tətili ilə bağlı tövsiyələrini açıqlayıb
17.03.2017

Baki, FinanceTime. Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” şirkətiNovruz bayramı tətilində ölkə xaricinə üz tutmaq və çəkinmədən ödəniş etmək istəyənlər üçün tövsiyələrini açıqlayıb.

Daha öncə ziyarət etdiyinizölkələrə səfəriniz və ya yeni bir macəraya atılmanızdan asılı olmayaraq, tətil zövqünü sadəcə rahat və təhlükəsiz səyahət edə bildikdə hiss etmək mümkündür.“Mastercard” kefinizi poza biləcək təhlükələrə qarşı qoruyucu ipucuların, pasportunuz və ya kartınızı verən bankın əlaqə nömrələrinin təhlükəsizliyini qoruyur və ilk növbədə bu iki əsas məlumat mənbələrini pul qabınıza deyil, daha etibarlı bir yerə –telefonunuza qeyd etməyi tövsiyə edir. “Mastercard”həmçinin bu məlumatları telefonla zəng vurduqda rahatlıqla əlaqə saxlaya biləcəyiniz bir ailə üzvünüzə və ya etibar etdiyiniz bir dostunuza əmanət etməyin köməyinizə gələcəyini qeyd edir.

Digər əhəmiyyətli tövsiyə isə əşya çoxluğundan çəkinmək və özünüzlə sadəcə ehtiyac duyduğunuz minimum sayda əşya götürməkdir. Pul qabınızda əlavə yer tutan və başqalarının əlinə keçəcəyi təqdirdə sizin üçün təhlükə yarada biləcək rəsmi sənəd və ya fotoşəkil kimi əşyaları təhlükəsizliyiniz üçün evdə qoymağınız çox vacib məqamlardandır.

“Mastercard”ın təhlükəsizlik ipucularından biri də ödənişlərdə nağd pul yerinə kartlarınızdan istifadə etmənizdir. Valyuta mübadiləsi əvəzinə kartla ödənişlərə üstünlük versəniz səyahət zamanı daha praktik və etibarlı alış-veriş həyata keçirə bilərsiniz. Ölkə xaricində “Mastercard” bank kartı və ya kredit kartlarından istifadə etməyin üstünlüklərinə “Mastercard”ın dünyanın bütün ölkələrində keçərli olması və arzu etdiyiniz halda kart xərclərinizin valyuta mübadiləsi problemi olmadan ödənilə bilməsidir. Bununla yanaşı, bankınızın təqdim etdiyi endirim və bonus toplama kampaniyalarından yararlanmağa davam edə bilərsiniz.

Səyahət etdiyiniz şəhərlərdə qiymətsiz təklifləri də nəzərdən qaçırmaq olmaz: www.priceless.com.

Tətil müddətində kartınızı yanınızdan ayırmamağınız və ya qaldığınız hoteldə yaddan çıxarmamanız çox vacibdir.

Bununla belə, kartınızı itirdikə və ya oğurlandıqda sizdən xəbərsiz istifadə olunmaması üçün asanlıqla kartı bloka salıb, təhlükəsizliyinizi təmin edə bilərsiniz.

Vətənə döndükdə səyahət zamanı etdiyiniz alış-verişlərin qəbzini özünüzdə saxlayın ki, bu, hesabdan çıxarışla qəbzləri qarşılaşdıra və uyğunsuzluq aşkar etdiyiniz təqdirdə bankla əlaqə saxlamanıza imkan yaradacaq.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment