1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başladı
27.03.2017

Baki, FinanceTime. Martın 18-də “ABAD”-a qoşulan ailələrin məhsullarının nümayişini həyata keçirtmək üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb.

Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il 1047 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs yaradılmışdır.

“ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələrin həyata keçirilməsidir.

“ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir. Bu sahədə ilkin olaraq Masallı, Balakən, İsmayıllı, Şəki və Bakı şəhərindən ümumilikdə sənətkarlıqla bağlı 63, kənd təsərrüfatı sahəsi üzrə isə 30 ailə seçilmişdir.

İlkin mərhələdə “ABAD” sənətkarlıq mərkəzində 63 ailənin 500 adda 2000-dən çox sənət nümunəsi, 5 ailənin isə 10 adda kənd təsərrüfatı məhsulları (cem, mürəbbə, bal) satışa çıxarılacaqdır.

Təqdim olunan bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailə təsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi “ABAD” leybli yerləşdirilib. Bu loqotip və “ABAD” leyblinin olması həmin məhsulun orijinallığından xəbər verir.

“ABAD” bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən də BMT-nin İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində, ailələrin biznesə cəlb edilməsini təşviq etmək üçün bir ailənin istehsal avadanlıqları ilə təchiz olunmuş ət məhsulları istehsalı konteyneri ilə təmin olunmasında UNDP maliyyə dəstəyi göstərmişdir.

2016-cı ilin noyabr ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “ABAD” arasında Əməkdaşlıq Sazişi imzalanmışdır. Sazişə əsasən, SOCAR Balakəndə növbəti “ABAD” mərkəzinin yaradılmasına və 12 ailənin zəruri istehsal avadanlıqları, o cümlədən istehsal konteynerləri ilə təmin olunmasına dəstək göstərəcəkdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment