1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Expressbank TaxFree4U xidmətinə qoşuldu
28.03.2017

Baki, FinanceTime. Expressbank-ın plastik kartları artıq TaxFree4U xidmətini dəstəkləyir. Belə ki, müştərilər Expressbank-ın plastik kartları ilə Avropanın aparıcı ölkələrində ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş satış nöqtələrində alış-veriş edərkən, hava limanlarında növbə gözləmədən, əlavə sənədlər təqdim etmədən ƏDV vergisini plastik kartlarına geri alacaqlar.

TaxFree4U şirkəti tərəfindən yaradılmış xüsusi mobil applikasiya Avropanın 6 ölkəsində (Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Finlandiya və İspaniya) alış-veriş zamanı ƏDV-nin qaytarılmasını asanlaşdırır. TaxFree4U xidmətinə qoşulmaq üçün Expressbank-ın filiallarında müştəriyə təqdim olunan müvafiq Promokod vasitəsi ilə TaxFree4U mobil əlavəni yükləməklə qeydiyyatdan keçmək, alış-veriş qəbzlərini bu proqram vasitəsi ilə Taxfree4u şirkətinə göndərmək gərəkdir. Müştəri hava limanında alış-veriş qəbzlərinin əslini təqdim etdikdən sonra öz ölkəsinə geri dönür və poçt vasitəsi ilə sənədləri TaxFree4U şirkətinə yollayır. Sənədlər icraya qəbul edildikdən sonra 48 saat ərzində ƏDV vergisi müştərinin plastik kart hesabına oturur.

Expressbank-ın plastik kartları ilə həm ölkədaxili, həm xaricdə alış-veriş zamanı qazanc imkanını qaçırmayın.

Qeyd edək ki, “Expressbank”ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə Visa Platinum / MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. 

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment