1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Lab” bankomatlardan pulların mistik şəkildə yoxa çıxmasının səbəblərini araşdırıb
10.04.2017

Baki, FinanceTime. Bir gün bankın işçiləri boş bir bankomatla üzləşirlər: pullar yoxa çıxsa da, fiziki müdaxilə və ya zərərli proqrama yoluxma izinə rast gəlinmir. Bankın korporativ şəbəkəsində də sistem qırılması barədə iz yoxdur. Bu məsələni aydınlaşdırmaq üçün bank “Kaspersky Lab” şirkətinə müraciət edir. Şirkətin mütəxəssisləri sadəcə bu soyğunçuluğu araşdıraraq, həm də cinayətin arxasında rusdilli hücumçuların dayandığı GCMANCarbanak kimi məşhur kiberqruplaşmaların izinə düşə bilmişlər.

Araşdırmanın başladığı vaxt “Kaspersky Lab” şirkətinin mütəxəssislərinin əlində sadəcə boşaldılmış bankomatın sərt diskindən götürülmüş iki fayl var idi: onlarda isə cihazın yoluxduğu zərərli proqram təminatının qeydləri mövcud idi. Kiberhücumun digər bütün sübutlarını cinayətkarlar məhv etmişdilər. Mövcud materialdan zərərvericilərin nümunələrini bərpa etmək isə kifayət qədər mürəkkəb tapşırıq idi. Bununla belə, ekspertlər mətn yığımlarından lazımi informasiyanı ayırd etmiş və onun əsasında zərərli proqramların nümunələrini üzə çıxarmaq, katerqoriyalaşdırmaq və aralarındakı əlaqəni tapmağa kömək edən YARA axtarış mexanizmini ərsəyə gətirdilər.

YARA sisteminin yaradılmasından bir gün sonra “Kaspersky Lab” şirkətinin mütəxəssisləri “ATMitch” adını almış zərərli proqram təminatının nümunəsini aşkarladılar. Təhlil nəticəsində məlum oldu ki, bu proqram sayəsində bir neçə ölkədə banklar qarət olunub.

“ATMitch” zərərli proqram təminatı bankomata bankın virusa yoluxmuş korporativ şəbəkəsindən uzaqdan idarəetmə sayəsində yüklənir və işə salınırdı: maliyyə təşkilatlarının bankomatları uzaqdan idarəetmə alətləri bu cinayəti törətməyə asanlıqla imkan verirdi. Zərərverici kassetlərdə əskinaslarını yoxlamaq kimi cihazın bələd olduğu komanda və əməliyyatları yerinə yetirməklə bankomatda özünü tamamilə leqal proqram təminatı kimi aparırdı.

Bankomatın üzərində nəzarəti ələ aldıqdan sonra hücumçular sadəcə bir düyməyə basmaqla istənilən an pul çəkə bilirdilər. Bir qayda olaraq, soyğun cinayətkarların dispenserdə pulun miqdarı barədə informasiya almasından sonra başlayırdı. Bundan sonra kibercinayətkar istənilən kassetdən istənilən miqdarda əskinasların verilməsinə komanda verir. Daha sonra isə istənilən bir bankomata yaxınlaşmaq və pulu götürüb yoxa çıxmaq tələb olunurdu. Bununla da bütün oğurluq prosesi bir neçə saniyə ərzində baş tuturdu.Əməliyyatın sonunda zərərverici proqram özü avtomatik olaraq bankomatdan yox olur.

“Qruplaşma çox güman ki, hələ də aktivdir. Lakin bu, təşviş üçün səbəb deyil. Kiberhücumların qarşısını ala bilmək üçün təşkilatın informasiya təhlükəsizliyi üzrə mütəxəssisi xüsusi bilik və bacarıqlara malik olmalıdır. Yadda saxlamaq lazımdır ki, hücumçular leqal alətlərdən istifadə edir və hücumdan sonra sistemdən bütün izləri itirirlər. Bu səbəbdən problemin həlli üçün“ATMitch”n proqramının çox zaman gizləndiyi yaddaşın təhlilinə xüsusi diqqət yetirmək lazimdir”, - deyə “Kaspersky Lab” şirkətinin antivirus üzrə aparıcı eksperti Sergey Qolovanov bildirib.

“Kaspersky Lab” şirkəti iki ay bundan öncə “ATMitch” zərərverici əməliyyatının soyğunçuluq mərhələləri haqqında məlumat vermişdi. Araşdırma haqqında ətraflı məlumatı şirkətin hesabatından əldə edə bilərsiniz: https://securelist.ru/blog/issledovaniya/30511/atmitch-remote-administration-of-atms.

“Kaspersky Lab” şirkətinin  qoruyucu həlləri “ATMitch” hücumlarını tanıyır və müvəffəqiyyətlə qarşısını alır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment