1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


PAŞA Bankın yenilənmiş “Internet Bank” xidmətindən istifadə edənlərin sayı durmadan artır
22.05.2017

Baki, FinanceTime. Azərbaycanın ən iri banklarından biri – PAŞA Bank - müştərilərinə yeni, funksional baxımdan genişləndirilmiş “Internet Bank” xidmətini təqdim edib. Əvvəlki üstünlükləri ilə yanaşı, yenilənmiş xidmət vasitəsilə Bank müştərinin dəyərli vaxtına qənaət edib, onlara daha rahat və daha geniş bank xidmətlərini 24/7 rejimində təqdim edir.

PAŞA Bankın Baş Kommersiya inzibatçısı cənab Melih Mengünün qeyd etdiyi kimi, müasir texnologiyalar sayəsində adi bank əməliyyatlarının böyük hissəsini uğurla elektron mühitə köçürmək mümkündür: “Hal-hazırda PAŞA Bankın əməliyyatlarının 70%-ə qədəri “Internet Bank” üzərindən həyata keçirilir. Bu isə, Bankın müştərilərinin bu xidmətə olan etimadının və yeni sistemin istifadəçilərə verdiyi rahatlığın göstəricisidir”.

Qeyd edək ki, PAŞA Bankın yenilənmiş “Internet Bank” xidməti vasitəsi ilə bir toxunuşda toplu ödənişlər etmək və işçilərin əmək haqlarını köçürmək mümkündür. Bunlarla yanaşı bank-daxili, ölkə-daxili, beynəlxalq, vergi və büdcə ödənişləri etmək, dövri-təkrarlanan ödəniş tapşırıqlarını yaratmaq, birdəfəlik şifrə (OTP) savayı, ASAN İmza xidməti vasitəsilə ödənişlərini təsdiq etmək, standart və fərdi kursla valyuta mübadiləsi etmək, akkreditivlərə və bank zəmanətlərinə baxmaq, hesabdan detallı çıxarışları almaq və digər funksiyalardan bəhrələnmək mümkündür. Bu funksionallıqlara əlavə olaraq, son bir-neçə ay ərzində gedən davamlı yenilənmələr nəticəsində PAŞA Bank İnternet bank istifadəçisi olan fərdi sahibkarlar və hüquqi şəxslər aşağıda qeyd olunan əlavələrdən də faydalanırlar:

-          Daha uzun əməliyyat günü və əməliyyatlar üzrə güzəştli xidmət haqqı

-          Kütləvi və dövrü təkrarlanan ödənişləri həyata keçirərək biznesin fasiləsizliyinin təmin edilməsi

-          Həyata keçirilən bütün ödəniş və köçürmələr, o cümlədən əmək haqqı ödənişləri üzrə dərin və detallı məlumatların analiz edilməsi

-          Ödənişlərin yaradılması və imzalanması, istifadəçilərə uyğun limitlərin tətbiq edilməsi və digər nəzarət mexanizmlərindən istifadə

-          Ticarət sektoru olaraq nəinki yalnız ödəniş və köçürmələr, eyni zamanda POS satış terminalları və elektron kommersiya saytları üzrə hər tranzaksiya üzrə ödənişlərin detallarını görə bilmək və real zamanda biznes analitikasını həyata keçirmək imkanı

Bu tip müştəri ehtiyaclarının reallaşdırılmasının və ölkəmizdə korporativ biznes sektoru daxilində digər maliyyə institutlarından öncə müştərilərinin istifadəsinə verməyinin səbəbi PAŞA Bankın rəqəmsalbankçılığı əsas prioritet qismində müəyyən etməsidir. Bankın fəaliyyətində əsas tutduğu prinsiplərdən biri müştərilərinin bizneslərinin inkişafını dəstəkləməkdir. Bunun üçün Bank öz xidmət ekosistemində yalnız banklarla deyil, həm də Maliyyə Texnologiyaları və Texnoloji şirkətlər ilə əməkdaşlıq edərək müştərilərinə yeni həllər təqdim edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment