1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank of Baku İnternet Bankçılıq xidmətini yeni funksiyalarla təkmilləşdirir!
22.05.2017

Baki, FinanceTime. Bank of Baku, internet bankçılıqdan istifadə edən həm fiziki, həm də hüquqi müştərilərinin rahatlığını təmin edəcək növbəti yeniliklərini təqdim edir. 70.000 nəfərdən çox şəxsin əməliyyatlarını daha rahat və sürətli şəkildə etmələrinə şərait yaradan internet bankçılıq təqdim etdiyi yeni istifadə imkanları ilə onların işini bir az daha asanlaşdıracaq.

İnternet bankçılığın təkmilləşdirilməsi istiqamətində aparılan mühüm işlərin nəticəsi olaraq aşağıdakı 3 əsas yeniliyi xüsusilə qeyd etmək lazımdır:

  1. SWIFT çıxarışın onlayn əldə olunması – müştərilər hesablar üzrə həyata keçirdikləri əməliyyatların çıxarışını Banka gəlmədən, internet bankçılıq vasitəsilə onlayn olaraq əldə edə bilərlər. Ödəniş haqqında bu çıxarışı həm mədaxil, həm də məxaric olunan bütün hesablar üzrə almaq mümkündür. Çıxarışda ödəməni həyata keçirən və alan şəxsin və ya qurumun adı, ünvanı, ödəniş məbləği və tarixi öz əksini tapır.

  2. Rekvizitlərin alınması – cari hesablar bölməsində olan istənilən hesabın rekvizitini indi internet bankinq istifadəçiləri çox rahat şəkildə özləri ala bilərlər. Bunun üçün cari hesablardan birinə keçib, rekvizitlər düyməsinə basmaq kifayətdir. Rekvizitlərin e-poçta göndərilməsi də mümkündür.

  3. Geri dönüş imkanlı bizimlə əlaqə bölməsi – bizimlə əlaqə bölməsi daha da təkmilləşdirilərək istifadəçilərdən daxil olan sual və müraciətlərin həmin gün ərzində cavablandırılmasına xidmət edir. Belə ki, xidmətdən istifadə edən şəxslər, səhifəni tərk etmədən bankla əlaqə qura və müraciətlərinə cavab ala bilərlər.  Müraciətlərini müxtəlif istiqamətlər üzrə ünvanlayacaq müştərilərlə  qısa zaman ərzində geri əlaqə saxlanılaraq, lazımi dəstək göstəriləcəkdir.

Yuxarıda qeyd olunanlarla yanaşı, xatırladaq ki, Bank of Baku-nun əmək haqqı kartlarından istifadə edən korporativ müştərilər əməkdaşlarının aylıq məvacibini banka gəlmədən internet bankçılıq vasitəsilə köçürə bilərlər.

Bank of Baku-nun İnternet Bankçılıq xidmətinə 145 Məlumat Mərkəzinə zəng etməklə və ya fliala müraciət etməklə qoşulmaq olar.

Xidmətin təqdim etdiyi istifadə imkanları və üstünlükləri haqqında ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

 

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment