1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığortadan yeni kampaniya: Yaşamınızı rahatlaşdırın, Bakıya ağac hədiyyə edin və 50 AZN-dək hədiyyə kartı qazanın
08.06.2017

Baki, FinanceTime. PAŞA Sığorta şirkəti “Yaşıl Bakı” - daşınmaz və daşınar əmlakın icbari və könüllü sığorta məhsulu ilə bağlı yeni hədiyyə kampaniyası başladır. Belə ki, iyunun 8-dən iyulun 8-dək “Yaşıl Bakı” məhsulunun Çinar, Cökə və ya Zeytun paketlərindən birini əldə edən hər kəs müvafiq olaraq 20, 30 və ya 50 AZN balansa malik “Bonus Plus” hədiyyə kartı qazanacaq. Müştərilər sözügedən hədiyyə kartlarından “Viva” şirniyyat evi, “Naxış”restoranı, “Café City” və “Maxi.az” məişət texnikası və elektronika mağazalarında faydalana bilərlər. 

“Yaşıl Bakı” sığorta məhsulunun əsas özəlliyi ondan ibarətdir ki,  hər üç paketin tarifləri öncədən müəyyən olunub və hər kəs özünə uyğun olan paketi seçə bilər. Belə ki, Çinar paketinin sığorta haqqı 99 AZN, Cökə paketinin 149 AZN, Zeytun paketinin isə  199 AZN təşkil edir. Paketlər bir-birlərindən təminat məbləğinə görə fərqlənir. “Yaşıl Bakı” paketləri yanğın, ildırım düşməsi; məişət və istehsalatda istifadə olunan qazın partlayışı; elektrik naqillərində baş verən qısaqapanma; su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, subasma; üçüncü şəxslərin hərəkətləri; təbii fəlakətlər; oğurluq, qarət; nəqliyyat vasitəsinin vurması, üçüncü şəxslərin əmlakına və səhhətinə dəyən ziyan kimi yüksək zərərli hadisələrdən sığortalayır.                         

Bununla yanaşı“Yaşıl Bakı” məhsulu əldə edilən zaman PAŞA Sığorta əməkdaşları tərəfindənpaketlərinadına və sayına uyğun olaraq paytaxtımızın öncədən müəyyən olunmuş yerlərində  ağaclar əkilir. Beləliklə, bu məhsulu əldə edən hər kəsin Bakının yaşıllaşmasında bir töhfəsi olacaqdır.

“Yaşıl Bakı” sığortasının daha bir üstünlüyü bu paketləri əldə edən hər kəsəmüxtəlif ticarət obyektlərində endirim imkanı verən xüsusi “Yaşıl Bakı” kartının təqdim olunmasıdır.

Hədiyyə kampaniyasında iştirak etmək və daha ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz.

“Yaşıl Bakı” sığortası, təminatlar və endirimlər barədə PAŞA Sığortanın rəsmi saytında yaxından tanış ola bilərsiniz:http://bit.ly/1L6BlVA

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment