1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-dən korporativ müştərilər üçün pulsuz smartfon və sərfəli tarif
22.06.2017

Baki, FinanceTime. Azercell Telekom MMC 20 iyun 2017-ci il tarixindən etibarən abunəçilərinin ixtiyarına daha bir kampaniyanı verir. Azercell-in təqdim etdiyi “Yeni Şirkət” adlı bu sərfəli kampaniyadan bütün hüquqi şəxs statusuna malik olan B2B abunəçiləri yararlana bilərlər. Kampaniyaya qoşulan B2B abunəçiləri “Minimalist” danışıq paketinə abunə olmaqla Lenovo A2016 Smartfonunu, “Optimist “danişıq paketinə abunə olmaqla isə General Mobile 4G Smartfonu pulsuz əldə edə bilərlər.

“Minimalist” və “Optimist” tarif paketlərinə qoşulmaqla abunəçi bir sıra üstünlüklər qazanır. Belə ki, “Minimalist” tarif paketində abunəçi ayda cəmi 19 AZN ödəməklə Lenovo A2016 Smartfonunu qazanmaqla yanaşı, korporativ zənglərdən pulsuz istifadə edir. Bundan əlavə isə şəbəkədaxili zənglər üçün 1000 dəqiqə, şəbəkəxarici zənglər üçün 100 dəqiqə danışıq və 100 ədəd sms qazanır. Mobil internetdən istifadə etmək üçün isə 1 GB internet hədiyyə edilir.

“Optimist” tarif paketinə qoşulan abunəçilər də ayda cəmi 29 AZN ödəməklə General Mobile 4G Smartfonu, şəbəkədaxili 3000 dəqiqə, şəbəkəxarici 300 dəqiqə,300 ədəd sms-lə ilə yanaşı beynəlxalq zənglər üçün 30 dəqiqə pulsuz danışıq əldə edir. Bu üstünlüklərdən əlavə abunəçi eyni zamanda korporativ zənglərdən pulsuz yararlana və 3 GB internetdən istifadə edə bilər.

Qeyd edək ki, kampaniya yalnız yeni Fakturalı xətt abunəçiləri üçün nəzərdə tutulub. Şirkətin tarif paketinə qoşulan fiziki şəxslər kampaniyada iştirak edə bilməz.

Ələvə məlumat üçün abunəçilər 6050 nömrəsinə zəng edə bilərlər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment