21 iyun 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100257S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi - 150 000 000 manat, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti –28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 8investor tərəfindən 10 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 171,922,400.00 AZN təşkil etmişdir.
Sifarişlər 98.9609 AZN (13.50%) və 99.0749 AZN (12.01%) qiymətində təqdim edilmişdir.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.9609 AZN (13.50%), orta ölçülmüş qiyməti –99.0459 AZN (12.38%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 21.06.2017 (t+0) tarixində həyata keçirilmişdir
Notların nominal üzrə reallaşdırılmış həcmi 150,000,000.00 AZN manat məbləğində müəyyən edilmişdir.
Notların ödəmə tarixi 19.07.2017-ci ildir.