1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank “Bu yay üzünüzə güləcək!” adlı kampaniyaya start verir
22.06.2017

Bankıkartları ilə ödəniş edənlədəyərli hədiyyələqazanmaq imkanı əldə edəcək.

Baki, FinanceTime. Ölkə ərazisində və ya kənarda alış-veriş etməklə smartfon qazanmaq istəyirsiniz? İnternet üzərindən məhsul sifariş etməklə planşet udmaq istəyirsiniz? Dostlarınızla nahar etməklə Antalyaya səyahət etmək şansı əldə etmək istəyirsiniz?

Bu imkanı Sizə AccessBank-ın keçirdiyi tirajlı lotereya yaradacaq!

AccessBank 15 yaşı münasibəti ilə, müştərilərinə 8 ədəd Samsung Galaxy planşeti, 4 ədəd Apple IPhone 7 smartfonu və 2 ədəd Türkiyənin Antalya şəhərinə 2 nəfərlik səyahət vauçeri qazandıracaq “Bu yay üzünüzə güləcək!” adlı kampaniyaya başlayır. 

Lotereyada iştirаk etmək üçün fiziki şəxslər AccessBank-dan əldə etdikləri Mastercard ödəniş kartı ilə 22 iyun – 20 avqust (daxil olmaqla) tarixləri ərzində ölkə ərazisində və xaricində yerləşən istənilən ticarət-xidmət müəssisəsində, həmçinin, İnternet üzərindən məhsullar və ya xidmətlər üzrə nağdsız əməliyyat etməlidirlər.  

Lotereyada iştirak hüququ qazanmaq üçün qeyd olunan tarixlər arasında edilən alış-veriş və onlayn ödəniş məbləğlərinin cəmi dəyəri minimum 20 AZN olmalıdır. Ümumi dəyəri 20 AZN olan müxtəlif ödənişlərin cəmi kart sahibinə 1 iştirak şansı qazandırır. Şansların sayı məhdudlaşdırılmır.

Lotereya 2 tirajdan ibarətdir və 22 iyun – 20 iyul (daxil olmaqla) tarixləri ərzində həyata keçirilən əməliyyatlar üzrə əldə edilmiş şanslar 31.07.2017-ci il tarixli tirajda,  2017-ci ilin 21 iyul – 20 avqust (daxil olmaqla) tarixləri ərzində həyata keçirilən əməliyyatlar üzrə əldə edilmiş şanslar isə 30.08.2017-ci il tarixli tirajda iştirak edəcək.

Rəqabət qabiliyyətliliyi ilə seçilən və geniş çeşiddə olan AccessBankın Mastercard ödəniş kartları vasitəsilə myAccess onlayn bankinq, SMS-məlumatlandırma, Card-to-Card, Cash by Code, 3D Secure və s. xidmətlərdən istifadə etmək mümkündür.

Ödənişlərinizi AccessBank-ın Mastercard plastic kartları ilə edin bu yay üzünüzə gülsun!

Lotereyanın şərtləri haqqında ətraflı məlumatı Bankın rəsmi internet səhifəsindənfacebook və twitter səhifələrindən və yaxud 151 - Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür. 

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan AccessBank tam çeşidli bank xidmətləri təqdim edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment